https://sputnik.az/20230802/bineqedide-kutlevi-su-ogurlugu-askarlanib---vdeo-457384107.html
Binəqədidə kütləvi su oğurluğu aşkarlanıb - VİDEO
Binəqədidə kütləvi su oğurluğu aşkarlanıb - VİDEO
Sputnik Azərbaycan
Qanunsuz əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq. 02.08.2023, Sputnik Azərbaycan
2023-08-02T21:50+0400
2023-08-02T21:50+0400
2023-08-02T21:50+0400
binəqədi
cəmiyyət
su
su sayğacları
içməli su
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0f/451803800_0:159:3076:1889_1920x0_80_0_0_4c054416705d499f38d633529b10a0d1.jpg
BAKI, 2 avqust — Sputnik. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə kompleks tədbirləri davam etdirir. Binəqədi rayonu, Zəngəzur küçəsində sahibkara məxsus tikilməkdə olan 7 apartman tipli binanın içməli su təchizatı sisteminə baxış keçirilərkən uçotdan yayınma halı aşkarlanıb. Belə ki, sahibkar texniki şərt almadan əhali qrupu abonenti üçün çəkilmiş su xəttindən sahibkarlıq məqsədilə binaların tikintisində istifadə edir. Üstəlik həmin apartmanlar və ətrafdakı fərdi yaşayış evləri texniki şərt alınmadan tullantı su şəbəkəsinə qoşulub. Aparılan nəzarət tədbirləri zamanı, Biləcəri qəsəbəsi, Məlikaslanov küçəsi 6-cı döngədə bir sahibkara məxsus "Fədək bağı" meyvə-tərəvəz satışı və ət kəsimi məntəqəsində texniki şərt almadan, müqavilə bağlamdan sudan qeyri-qanuni istifadə edildiyi aşkarlanıb. Əraziyə cəlb edilmiş qəza briqadası tərəfindən qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi olaraq bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında "Azərsu" Açıq Səhmdar Cəmiyyəti üzrə 8899, Binəqədi rayonunda isə 1785 sudan qanunsuz istifadə halları aşkarlanıb, 100-ə yaxın fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0f/451803800_174:0:2903:2047_1920x0_80_0_0_60f0d88dbeb579a26c772de6f4668a5c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
binəqədi, su, su sayğacları, içməli su
binəqədi, su, su sayğacları, içməli su
Binəqədidə kütləvi su oğurluğu aşkarlanıb - VİDEO
Qanunsuz əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
BAKI, 2 avqust — Sputnik. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə kompleks tədbirləri davam etdirir.
Binəqədi rayonu, Zəngəzur küçəsində sahibkara məxsus tikilməkdə olan 7 apartman tipli binanın içməli su təchizatı sisteminə baxış keçirilərkən uçotdan yayınma halı aşkarlanıb. Belə ki, sahibkar texniki şərt almadan əhali qrupu abonenti üçün çəkilmiş su xəttindən sahibkarlıq məqsədilə binaların tikintisində istifadə edir. Üstəlik həmin apartmanlar və ətrafdakı fərdi yaşayış evləri texniki şərt alınmadan tullantı su şəbəkəsinə qoşulub.
Aparılan nəzarət tədbirləri zamanı, Biləcəri qəsəbəsi, Məlikaslanov küçəsi 6-cı döngədə bir sahibkara məxsus "Fədək bağı" meyvə-tərəvəz satışı və ət kəsimi məntəqəsində texniki şərt almadan, müqavilə bağlamdan sudan qeyri-qanuni istifadə edildiyi aşkarlanıb. Əraziyə cəlb edilmiş qəza briqadası tərəfindən qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi olaraq bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur.
Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında "Azərsu" Açıq Səhmdar Cəmiyyəti üzrə 8899, Binəqədi rayonunda isə 1785 sudan qanunsuz istifadə halları aşkarlanıb, 100-ə yaxın fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.