Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanlı kinorejissorun son mənzili "Qurd qapısı" oldu

© Photo : REPORT Cəmil Fərəcov
 Cəmil Fərəcov - Sputnik Azərbaycan, 1920, 02.08.2023
Abunə olmaq
"Arvadım Mənim, Uşaqlarım Mənim", "Azərbaycan məktəbi yüksəlişdə", "Azərbaycan və Nobel qardaşları", "Başdan ayağa", "Bəhrə", "Bir səfərin izilə", "Biz qayıdacağıq" kimin onlarla filmin rejissoru olan Cəmil Fərəcov bu gün torpağa tapşırılıb.
BAKI, 2 avqust — Sputnik. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Fərəcov dəfn olunub.
Onun cənazəsi "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər.
Xatırladaq ki, rejissor ötən gün vəfat edib.
Qeyd edək ki, Cəmil Əliqulu oğlu Fərəcov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. 1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyib. "Arvadım Mənim, Uşaqlarım Mənim", "Azərbaycan məktəbi yüksəlişdə", "Azərbaycan və Nobel qardaşları", "Başdan ayağa", "Bəhrə", "Bir səfərin izilə", "Biz qayıdacağıq", Nəzarətin reydi "Mozalan"ın qeydi kimi onlarla sənədli və bədii filmlərin rejissoru olub.
Xəbər lenti
0