https://sputnik.az/20230802/azerbaycanda-emek-pensiyasinin-hesablanmasi-qaydasi-deyisib-457368854.html
Azərbaycanda əmək pensiyasının hesablanması qaydası dəyişib
Azərbaycanda əmək pensiyasının hesablanması qaydası dəyişib
Sputnik Azərbaycan
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb və bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir. 02.08.2023, Sputnik Azərbaycan
2023-08-02T10:37+0400
2023-08-02T10:37+0400
2023-08-02T10:50+0400
pensiya
cəmiyyət
əli əsədov
https://cdnn1.img.sputnik.az/img/42279/64/422796472_0:160:3073:1888_1920x0_80_0_0_89f2153946c35b0c7ebba365c4fca585.jpg
BAKI, 2 avqust — Sputnik. "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nda dəyişiklik edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması zamanı əsas götürülən əməkhaqqı, dövlət məvacibi, yaxud təminat xərcliyi müəyyən edilərkən şəxsin yalnız əmək və ya xidməti vəzifələrinin yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar pensiya təyinatı tarixinədək nəzərə alınacaq. İndiyədək pensiya təyinatı tarixinədək şərti yox idi. Qərara əsasən, əmək pensiyalarının yenidən hesablanma halları da dəyişib. İndiyədək əmək pensiyasının sığorta hissəsi artırıldıqda əmək pensiyaları yenidən hesablanırdı. Qərara əsasən isə əmək pensiyasının sığorta hissəsi qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği artırıldıqda əmək pensiyaları yenidən hesablanacaq. Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir. Qeyd edək ki, bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə əsasən hazırlanıb və əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42279/64/422796472_170:0:2901:2048_1920x0_80_0_0_0c61766cfb511f85ae4b923c05381c3f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pensiya, əli əsədov
Azərbaycanda əmək pensiyasının hesablanması qaydası dəyişib
10:37 02.08.2023 (Yenilənib: 10:50 02.08.2023) Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb və bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.
BAKI, 2 avqust — Sputnik. "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nda dəyişiklik edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması zamanı əsas götürülən əməkhaqqı, dövlət məvacibi, yaxud təminat xərcliyi müəyyən edilərkən şəxsin yalnız əmək və ya xidməti vəzifələrinin yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar pensiya təyinatı tarixinədək nəzərə alınacaq. İndiyədək pensiya təyinatı tarixinədək şərti yox idi.
Qərara əsasən, əmək pensiyalarının yenidən hesablanma halları da dəyişib. İndiyədək əmək pensiyasının sığorta hissəsi artırıldıqda əmək pensiyaları yenidən hesablanırdı. Qərara əsasən isə əmək pensiyasının sığorta hissəsi qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği artırıldıqda əmək pensiyaları yenidən hesablanacaq.
Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.
Qeyd edək ki, bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə əsasən hazırlanıb və əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir.