https://sputnik.az/20230801/yayin-son-ayinda-gozlenilen-hava---proqnoz-457345486.html
Yayın son ayında gözlənilən hava - PROQNOZ
Yayın son ayında gözlənilən hava - PROQNOZ
Sputnik Azərbaycan
Avqust ayında bizi necə hava gözləyir
2023-08-01T15:37+0400
2023-08-01T15:37+0400
2023-08-01T15:37+0400
hava
cəmiyyət
proqnoz
yay
temperatur
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0f/441945086_0:103:2000:1228_1920x0_80_0_0_a4de1a0783982300f7da670421df0f62.jpg
BAKI, 1 avqust — Sputnik. Avqust ayı Azərbaycanda adətən ən isti keçən ay olub. Çoxillik meteoroloji müşahidələrə görə havanın maksimal temperaturu Naxçıvanda və Aran rayonlarında 44 (Culfa-Ordubadda 46), dağətəyi rayonlarda 43, dağlıq rayonlarda 37 dərəcə isti müşahidə edilib. Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, lakin bu il bəzi Avropa ölkələrindən fərqli olaraq yay istiləri ölkəmizdə çox davamlı və güclü olmayıb. Hidrometeoroloji müşahidə şəbəkəsindən daxil olan məlumatlara əsasən yalnız bir gün Aran rayonlarında temperatur 37 dərəcəyədək yüksəlib. Paytaxtda isə ən yüksək temperatur 35 dərəcəni aşmayıb. İyul ayında Bakıda yalnız bir gün 40 dərəcə temperatur davam edib, aran rayonlarında 42 dərəcəyədək yüksəlib. "Çoxillik meteoroloji məlumatlara əsasən son 21 il ərzində avqust ayının temperatur göstəricilərində çox əhəmiyyətli fərqlər olub. Belə ki, Bakıda ən isti hava 2017-ci il avqustun 9-da 42.6 dərəcə isti olub. Üç ildən sonra isə avqustun 25-26-da havanın temperaturu 2017-ci illə müqaisədə 27 dərəcə aşağı olub və Bakıda cəmi 16 dərəcə isti qeydə alınıb. Son 21 il ərzində avqust ayında havanın orta aylıq temperaturu keçən il daxil olmaqla 17 il iqlim normasından 3.9 dərəcəyədək yüksək, 3 il normadan 1.6 dərəcəyədək aşağı, yalnız 2013-cü ildə iqlim norması daxilində olub". N.Mahmudovun sözlərinə görə, bu il isə avqust ayının birinci ongünlüyündə çox güclü istilərin olması gözlənilmir. Ayın 3-dən 5-i gündüzədək arabir güclənən şimal küləyinin üstünlüyü nəticəsində havanın maksimal temperaturu 35 dərəcəni aşmayacaq. Xidmət rəisinin sözlərinə görə, bu ilin avqust ayında yağıntılar daha çox birinci ongünlüyün ortalarında gözlənilir ki, bu zaman bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli yağışın olması proqnozlaşdırılır. Həmin dövrdə şimal-qərb küləyinin arabir 23-28 m/s-dək güclənməsi gözlənilir. 2019-cu il avqustun 5-də şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Sumqayıtda 40 m/s çatıb. "Küləkli havada Abşeron çimərliklərində əhalinin xüsusilə diqqətli olması tövsiyə olunur. Hava şəraiti ilə bağlı yenilənən məlumatları və xəbərdarlıqları meteo.az saytından əldə edə bilərsiniz".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0f/441945086_114:0:1887:1330_1920x0_80_0_0_87f1cda3abf08335acf6d7d3050883ba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hava proqnoz milli hidrometeorologiya xidməti isti avqust yay
hava proqnoz milli hidrometeorologiya xidməti isti avqust yay
Yayın son ayında gözlənilən hava - PROQNOZ
Son 21 il ərzində avqust ayında havanın orta aylıq temperaturu keçən il daxil olmaqla 17 il iqlim normasından 3.9 dərəcəyədək yüksək, 3 il normadan 1.6 dərəcəyədək aşağı, yalnız 2013-cü ildə iqlim norması daxilində olub.
BAKI, 1 avqust — Sputnik. Avqust ayı Azərbaycanda adətən ən isti keçən ay olub. Çoxillik meteoroloji müşahidələrə görə havanın maksimal temperaturu Naxçıvanda və Aran rayonlarında 44 (Culfa-Ordubadda 46), dağətəyi rayonlarda 43, dağlıq rayonlarda 37 dərəcə isti müşahidə edilib.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, lakin bu il bəzi Avropa ölkələrindən fərqli olaraq yay istiləri ölkəmizdə çox davamlı və güclü olmayıb. Hidrometeoroloji müşahidə şəbəkəsindən daxil olan məlumatlara əsasən yalnız bir gün Aran rayonlarında temperatur 37 dərəcəyədək yüksəlib. Paytaxtda isə ən yüksək temperatur 35 dərəcəni aşmayıb. İyul ayında Bakıda yalnız bir gün 40 dərəcə temperatur davam edib, aran rayonlarında 42 dərəcəyədək yüksəlib.
"Çoxillik meteoroloji məlumatlara əsasən son 21 il ərzində avqust ayının temperatur göstəricilərində çox əhəmiyyətli fərqlər olub. Belə ki, Bakıda ən isti hava 2017-ci il avqustun 9-da 42.6 dərəcə isti olub. Üç ildən sonra isə avqustun 25-26-da havanın temperaturu 2017-ci illə müqaisədə 27 dərəcə aşağı olub və Bakıda cəmi 16 dərəcə isti qeydə alınıb.
Son 21 il ərzində avqust ayında havanın orta aylıq temperaturu keçən il daxil olmaqla 17 il iqlim normasından 3.9 dərəcəyədək yüksək, 3 il normadan 1.6 dərəcəyədək aşağı, yalnız 2013-cü ildə iqlim norması daxilində olub".
N.Mahmudovun sözlərinə görə, bu il isə avqust ayının birinci ongünlüyündə çox güclü istilərin olması gözlənilmir. Ayın 3-dən 5-i gündüzədək arabir güclənən şimal küləyinin üstünlüyü nəticəsində havanın maksimal temperaturu 35 dərəcəni aşmayacaq.
"Ümumiyyətlə ay ərzində havanın temperaturunun iqlim normasına yaxın, ayın ortalarında isə normadan yüksək olacağı proqnozlaşdırılır. Adətən avqust ayında Azərbaycan ərazisində yağmurlu günlərin sayı az olur, 2 gündən 7 günə kimi paylanır. Buna baxmayaraq, son 21 il ərzində ən çox yağıntı 2011-ci ildə qeydə alınıb. Ay ərzində Bakıda 26 mm yağıntı düşüb ki, bu da iqlim normasından 4 dəfə çox olub".
Xidmət rəisinin sözlərinə görə, bu ilin avqust ayında yağıntılar daha çox birinci ongünlüyün ortalarında gözlənilir ki, bu zaman bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli yağışın olması proqnozlaşdırılır. Həmin dövrdə şimal-qərb küləyinin arabir 23-28 m/s-dək güclənməsi gözlənilir. 2019-cu il avqustun 5-də şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Sumqayıtda 40 m/s çatıb.
"Küləkli havada Abşeron çimərliklərində əhalinin xüsusilə diqqətli olması tövsiyə olunur. Hava şəraiti ilə bağlı yenilənən məlumatları və xəbərdarlıqları meteo.az saytından əldə edə bilərsiniz".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.