https://sputnik.az/20230801/xn-slam-emekdasliq-teskilati-olkelerini-islamofobiya-ile-mubarize-aparmaga-cagirib-457360548.html
XİN İslam Əməkdaşlıq Təşkilatı ölkələrini islamofobiya ilə mübarizə aparmağa çağırıb
XİN İslam Əməkdaşlıq Təşkilatı ölkələrini islamofobiya ilə mübarizə aparmağa çağırıb
Sputnik Azərbaycan
Xarici işlər nazirinin müavini İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında iştirak edib. 01.08.2023, Sputnik Azərbaycan
2023-08-01T19:17+0400
2023-08-01T19:17+0400
2023-08-01T19:17+0400
siyasət
azərbaycan xin
quran
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443300809_0:160:3072:1888_1920x0_80_0_0_bc07fb75329a46e0b92abb16535c4e85.jpg
BAKI, 1 avqust - Sputnik. 31 iyul 2023-cü il tarixində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının virtual formatda növbədənkənar iclası keçirilib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bir sıra ölkələrdə Quran-i Kərimin təhqir olunması və yandırılması halları ilə əlaqədar keçirilən tədbirdə ölkəmizi Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev təmsil edib.Nazir müavini Fariz Rzayev tədbirdə çıxış edərək, xarici ölkələrində müqəddəs Quranın yandırılması və təhqir olunması hallarına yol verildiyini, bunun ifadə azadlığı adı altında təqdim olunması kimi məsuliyyətsiz hərəkətlərin qəbuledilməz olduğunu vurğulayıb, müvafiq dövlət qurumları tərəfindən İslamofobiya ilə mübarizə aparmağa çağırış edib.Bundan əlavə, F.Rzayev çıxışında Azərbaycanın müstəqilliyinin ilk günlərindən İslamofobiyanın qurbanına çevrildiyini və ərazilərimizin 20%-nin Ermənistan tərəfindən işğalı zamanı erməni qüvvələrinin çoxlu sayda məscidləri, mədrəsələri və islam irsimizin simvollarını dağıtdığı faktlarını diqqətə çatdırıb.Buna baxmayaraq, Azərbaycanın nifrət və zorakılıq əvəzinə mültikulturalizm və tolerantlıq dəyərlərini təşviq etdiyi, bununla bağlı, Azərbaycanın mədəniyyətlərarası və dinlərarası platforma kimi bır sıra yüksək səviyyəli tədbirlərə mütəmadi əsasda ev sahibliyi etdiyi qeyd olunub.Növbədənkənar iclasın sonunda məsələyə dair müvafiq qətnamə qəbul edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443300809_171:0:2902:2048_1920x0_80_0_0_a41f024457513d606a08e05161350930.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan xin, quran
XİN İslam Əməkdaşlıq Təşkilatı ölkələrini islamofobiya ilə mübarizə aparmağa çağırıb
Xarici işlər nazirinin müavini İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında iştirak edib.
BAKI, 1 avqust - Sputnik. 31 iyul 2023-cü il tarixində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının virtual formatda növbədənkənar iclası keçirilib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bir sıra ölkələrdə Quran-i Kərimin təhqir olunması və yandırılması halları ilə əlaqədar keçirilən tədbirdə ölkəmizi Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev təmsil edib.
Nazir müavini Fariz Rzayev tədbirdə çıxış edərək, xarici ölkələrində müqəddəs Quranın yandırılması və təhqir olunması hallarına yol verildiyini, bunun ifadə azadlığı adı altında təqdim olunması kimi məsuliyyətsiz hərəkətlərin qəbuledilməz olduğunu vurğulayıb, müvafiq dövlət qurumları tərəfindən İslamofobiya ilə mübarizə aparmağa çağırış edib.
Bundan əlavə, F.Rzayev çıxışında Azərbaycanın müstəqilliyinin ilk günlərindən İslamofobiyanın qurbanına çevrildiyini və ərazilərimizin 20%-nin Ermənistan tərəfindən işğalı zamanı erməni qüvvələrinin çoxlu sayda məscidləri, mədrəsələri və islam irsimizin simvollarını dağıtdığı faktlarını diqqətə çatdırıb.
Buna baxmayaraq, Azərbaycanın nifrət və zorakılıq əvəzinə mültikulturalizm və tolerantlıq dəyərlərini təşviq etdiyi, bununla bağlı, Azərbaycanın mədəniyyətlərarası və dinlərarası platforma kimi bır sıra yüksək səviyyəli tədbirlərə mütəmadi əsasda ev sahibliyi etdiyi qeyd olunub.
Növbədənkənar iclasın sonunda məsələyə dair müvafiq qətnamə qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.