https://sputnik.az/20230801/siqaret-tustusunun-saglamliga-zereri-457329596.html
Siqaret tüstüsünün sağlamlığa zərəri
Siqaret tüstüsünün sağlamlığa zərəri
Sputnik Azərbaycan
2,3 milyard insanın yaşadığı dünyanın 44 ölkəsində ÜST tərəfindən tövsiyə olunan "MPOWER" adlanan altı tütün əleyhinə tədbirdən heç biri qəbul edilməyib. 01.08.2023, Sputnik Azərbaycan
2023-08-01T08:00+0400
2023-08-01T08:00+0400
2023-08-01T10:09+0400
səhiyyə
siqaret
siqaret çəkmək
tüstü
tütün tüstüsü
https://cdnn1.img.sputnik.az/img/42288/42/422884215_0:255:3017:1952_1920x0_80_0_0_0acb4415a8c02c81394ef5a5a9be9cb7.jpg
BAKI, 1 avqust — Sputnik. Dünyada hər il təqribən 1,3 milyon insan siqaret tüstüsünün passiv tənəffüsündən həlak olur. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qlobal siqaret epidemiyası ilə bağlı 2023-cü il hesabatında bildirib. "Hər il təxminən 1,3 milyon insan tütün tüstünün təsirindən (siqaret çəkənin aldığı tüstü, həmçinin siqaretdən çıxan tüstü) həlak olur. Bütün bu ölümlərin qarşısını almaq olar", - hesabat müəllifləri qeyd ediblər. Onlar siqaret tüstüsünün "ürək-damar, tənəffüs sistemi, onkoloji xəstəliklər, insult və 2-ci tip diabetdən ölüm riski yaratdığını" xatırladıblar. ÜST-dən verilən məlumata görə, gəlir səviyyəsindən asılı olmayaraq bütün ölkələr "ölümcül tütün məhsullarına tələbatı azaltmaq imkanına malikdir". 2,3 milyard insanın yaşadığı dünyanın 44 ölkəsində ÜST tərəfindən tövsiyə olunan "MPOWER" adlanan altı tütün əleyhinə tədbirdən heç biri qəbul edilməyib. 15 il əvvəl hazırlanmış bu tövsiyələr toplusuna tütündən istifadənin monitorinqi, insanların tütün tüstüsündən qorunması, siqaret çəkməyin dayandırılması məqsədilə yardım göstərilməsi, tütünün zərərləri barədə xəbərdarlıq, tütün məhsullarının reklam olunmasına qoyulan qadağaya əməl olunmasına nəzarət və ondan vergilərin artırılması daxildir. ÜST ölkələri "tütün tüstüsündən azad ətraf mühit haqqında qanunların qəbulunu sürətləndirməyə" çağırıb. Hesabatda deyilir ki, tütün sənayesi və onunla əlaqəli olanların "güclü müqavimətinə baxmayaraq", dünya ölkələrinin demək olar ki, yarısı restoran, kafe və barlarda siqaret tüstüsündən tamamilə azad yerlərin yaradılması haqqında qanunlar qəbul edib. Dövlətlərin dörddə üçü səhiyyə və təhsil müəssisələrində insanları tütündən qoruyan qaydalar tətbiq edib. Hesabatda son on il yarım ərzində siqaretlə mübarizə sahəsində baş verən dəyişikliklər müsbət qiymətləndirilib. Dünyada siqaret çəkənlərin payı 2007-ci ildəki 22,8%-dən 2021-ci ildəki 17%-ə qədər azalıb ki, bu da "dünya ictimaiyyətinin kollektiv və əlaqələndirilmiş səylərinin" nəticəsi olub. "Əgər bu nisbət azalmasaydı, bu gün 300 milyon əlavə siqaret çəkən olardı", - deyə ekspertlər bildirir. 2022-ci ildə 5,6 milyard insan "MPOWER"in altı tövsiyəsindən ən azı birini həyata keçirən ölkələrdə yaşayıb. Bu, 2007-ci ildəkindən beş dəfə çoxdur. "ÜST bütün ölkələri (hər il) dünyada 8,7 milyon insanın ölümünə səbəb olan tütün epidemiyasının qarşısını almaq, tütün və nikotin sənayesinin lobbiçilik səylərini dayandırmaq üçün ən qabaqcıl təcrübə səviyyəsində "MPOWER" tədbirlərini tam şəkildə həyata keçirməyə çağırır", - deyə Ümumdünya Səhiyyə Təşkilatının sağlamlığın təşviqi üzrə departamentin rəhbəri Rodiger Kreç bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42288/42/422884215_171:0:2902:2048_1920x0_80_0_0_533eb10e5a874a0d96af1db8931b3a5e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
siqaret, siqaret çəkmək, tüstü, tütün tüstüsü
siqaret, siqaret çəkmək, tüstü, tütün tüstüsü
Siqaret tüstüsünün sağlamlığa zərəri
08:00 01.08.2023 (Yenilənib: 10:09 01.08.2023) 2,3 milyard insanın yaşadığı dünyanın 44 ölkəsində ÜST tərəfindən tövsiyə olunan "MPOWER" adlanan altı tütün əleyhinə tədbirdən heç biri qəbul edilməyib.
BAKI, 1 avqust — Sputnik. Dünyada hər il təqribən 1,3 milyon insan siqaret tüstüsünün passiv tənəffüsündən həlak olur.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qlobal siqaret epidemiyası ilə bağlı 2023-cü il hesabatında bildirib.
"Hər il təxminən 1,3 milyon insan tütün tüstünün təsirindən (siqaret çəkənin aldığı tüstü, həmçinin siqaretdən çıxan tüstü) həlak olur. Bütün bu ölümlərin qarşısını almaq olar", - hesabat müəllifləri qeyd ediblər.
Onlar siqaret tüstüsünün "ürək-damar, tənəffüs sistemi, onkoloji xəstəliklər, insult və 2-ci tip diabetdən ölüm riski yaratdığını" xatırladıblar. ÜST-dən verilən məlumata görə, gəlir səviyyəsindən asılı olmayaraq bütün ölkələr "ölümcül tütün məhsullarına tələbatı azaltmaq imkanına malikdir".
2,3 milyard insanın yaşadığı dünyanın 44 ölkəsində ÜST tərəfindən tövsiyə olunan "MPOWER" adlanan altı tütün əleyhinə tədbirdən heç biri qəbul edilməyib. 15 il əvvəl hazırlanmış bu tövsiyələr toplusuna tütündən istifadənin monitorinqi, insanların tütün tüstüsündən qorunması, siqaret çəkməyin dayandırılması məqsədilə yardım göstərilməsi, tütünün zərərləri barədə xəbərdarlıq, tütün məhsullarının reklam olunmasına qoyulan qadağaya əməl olunmasına nəzarət və ondan vergilərin artırılması daxildir. ÜST ölkələri "tütün tüstüsündən azad ətraf mühit haqqında qanunların qəbulunu sürətləndirməyə" çağırıb.
Hesabatda deyilir ki, tütün sənayesi və onunla əlaqəli olanların "güclü müqavimətinə baxmayaraq", dünya ölkələrinin demək olar ki, yarısı restoran, kafe və barlarda siqaret tüstüsündən tamamilə azad yerlərin yaradılması haqqında qanunlar qəbul edib. Dövlətlərin dörddə üçü səhiyyə və təhsil müəssisələrində insanları tütündən qoruyan qaydalar tətbiq edib.
Hesabatda son on il yarım ərzində siqaretlə mübarizə sahəsində baş verən dəyişikliklər müsbət qiymətləndirilib. Dünyada siqaret çəkənlərin payı 2007-ci ildəki 22,8%-dən 2021-ci ildəki 17%-ə qədər azalıb ki, bu da "dünya ictimaiyyətinin kollektiv və əlaqələndirilmiş səylərinin" nəticəsi olub. "Əgər bu nisbət azalmasaydı, bu gün 300 milyon əlavə siqaret çəkən olardı", - deyə ekspertlər bildirir.
2022-ci ildə 5,6 milyard insan "MPOWER"in altı tövsiyəsindən ən azı birini həyata keçirən ölkələrdə yaşayıb. Bu, 2007-ci ildəkindən beş dəfə çoxdur.
"ÜST bütün ölkələri (hər il) dünyada 8,7 milyon insanın ölümünə səbəb olan tütün epidemiyasının qarşısını almaq, tütün və nikotin sənayesinin lobbiçilik səylərini dayandırmaq üçün ən qabaqcıl təcrübə səviyyəsində "MPOWER" tədbirlərini tam şəkildə həyata keçirməyə çağırır", - deyə Ümumdünya Səhiyyə Təşkilatının sağlamlığın təşviqi üzrə departamentin rəhbəri Rodiger Kreç bildirib.