https://sputnik.az/20230801/qerbi-azerbaycan-cmasindan-aspa-ya-cagiris-457345750.html
Qərbi Azərbaycan İcmasından AŞPA-ya çağırış
Qərbi Azərbaycan İcmasından AŞPA-ya çağırış
Sputnik Azərbaycan
Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər üçün tədarük məsələsi Ermənistanın beynəlxalq rəyi çaşdırmaq üçün ortaya atdığı provokasiyadır. 01.08.2023, Sputnik Azərbaycan
2023-08-01T15:26+0400
2023-08-01T15:26+0400
2023-08-01T15:26+0400
qərbi azərbaycan icması
azərbaycan xəbərləri
aşpa
https://cdnn1.img.sputnik.az/img/07e7/01/08/450449394_0:84:892:586_1920x0_80_0_0_adf4e42f87a945e305ecb5a0ed70ef0c.jpg
BAKI, 1 avqust — Sputnik. Qərbi Azərbaycan İcması Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Tini Koksun 2023-cü il 31 iyul tarixli qərəzli bəyanatını qınayır və AŞPA-nı Ermənistanın məkrli oyunlarına alət olmamağa və öz müstəqilliyini qorumağa çağırır. Bu barədə İcmanın məsələ ilə bağlı açıqlamasında bildirilib. Açıqlamada, həmçinin qeyd olunub: "Bir daha vurğulamaq istərdik ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər üçün tədarük məsələsi Ermənistanın beynəlxalq rəyi çaşdırmaq üçün ortaya atdığı provokasiyadır. Belə ki, Ermənistanın göstərişi ilə bir qrup separatçı cinayətkar Azərbaycanın digər bölgələrindən Azərbaycanın Qarabağ bölgəsində ermənilər yaşayan məntəqələrə gedən yolları bağlayaraq, Ermənistandan nəzarətsiz şəkildə tədarük üçün eksklüziv yol tələb edirlər. Ermənistanın fitnəsi ilə həmin ünsürlər Ağdam-Xankəndi yolunu beton bloklar ilə döşəyərək bağlayıb. Həmin qüvvələr bunu nümayişkaranə şəkildə edib, yolun bağlanması aktının videogörüntülərini yayıb və həmin yoldan sadə insanların təchizatı üçün istifadəsinə imkan verməyəcəkləri barədə bəyanat veriblər. Bu baxımdan T.Koksun qeyd etdiyi faktaraşdırıcı missiya Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasında qərarlı olan Azərbaycana deyil, qərbi azərbaycanlıları Ermənistandan qovmuş, onların qayıdış hüququnu inkar edən Ermənistana göndərilməlidir. T.Koksa xatırladırıq ki, AŞPA-nın Ermənistan üzrə həm-məruzəçiləri Qərbi Azərbaycan İcmasının 1 mart 2023-cü il tarixdə onlara ünvanladığı məktuba hələ də cavab verməmişlər. Sülh və birgəyaşayış ideyalarını təşviq edən Qərbi Azərbaycan İcması T.Koksu insan hüquqları məsələsinə ikili standartlar prizmasından yanaşmamağa, Ermənistanla dialoq təklifimizə və Ermənistanda öz dədə-baba yurdlarımıza qayıdışa ictimai dəstək verməyə çağırır".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230727/beynelxalq-ictimaiyyet-qayidis-huququmuzu-desteklemelidir---qerbi-azerbaycan-cmasi-457187470.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/08/450449394_0:0:892:669_1920x0_80_0_0_d6c5b56431ad0980d430a65c8671061f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qərbi azərbaycan icması, aşpa
qərbi azərbaycan icması, aşpa
Qərbi Azərbaycan İcmasından AŞPA-ya çağırış
Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər üçün tədarük məsələsi Ermənistanın beynəlxalq rəyi çaşdırmaq üçün ortaya atdığı provokasiyadır.
BAKI, 1 avqust — Sputnik. Qərbi Azərbaycan İcması Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Tini Koksun 2023-cü il 31 iyul tarixli qərəzli bəyanatını qınayır və AŞPA-nı Ermənistanın məkrli oyunlarına alət olmamağa və öz müstəqilliyini qorumağa çağırır.
Bu barədə İcmanın məsələ ilə bağlı açıqlamasında bildirilib.
Açıqlamada, həmçinin qeyd olunub: "Bir daha vurğulamaq istərdik ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər üçün tədarük məsələsi Ermənistanın beynəlxalq rəyi çaşdırmaq üçün ortaya atdığı provokasiyadır. Belə ki, Ermənistanın göstərişi ilə bir qrup separatçı cinayətkar Azərbaycanın digər bölgələrindən Azərbaycanın Qarabağ bölgəsində ermənilər yaşayan məntəqələrə gedən yolları bağlayaraq, Ermənistandan nəzarətsiz şəkildə tədarük üçün eksklüziv yol tələb edirlər. Ermənistanın fitnəsi ilə həmin ünsürlər Ağdam-Xankəndi yolunu beton bloklar ilə döşəyərək bağlayıb. Həmin qüvvələr bunu nümayişkaranə şəkildə edib, yolun bağlanması aktının videogörüntülərini yayıb və həmin yoldan sadə insanların təchizatı üçün istifadəsinə imkan verməyəcəkləri barədə bəyanat veriblər.
Bu baxımdan T.Koksun qeyd etdiyi faktaraşdırıcı missiya Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasında qərarlı olan Azərbaycana deyil, qərbi azərbaycanlıları Ermənistandan qovmuş, onların qayıdış hüququnu inkar edən Ermənistana göndərilməlidir.
T.Koksa xatırladırıq ki, AŞPA-nın Ermənistan üzrə həm-məruzəçiləri Qərbi Azərbaycan İcmasının 1 mart 2023-cü il tarixdə onlara ünvanladığı məktuba hələ də cavab verməmişlər. Sülh və birgəyaşayış ideyalarını təşviq edən Qərbi Azərbaycan İcması T.Koksu insan hüquqları məsələsinə ikili standartlar prizmasından yanaşmamağa, Ermənistanla dialoq təklifimizə və Ermənistanda öz dədə-baba yurdlarımıza qayıdışa ictimai dəstək verməyə çağırır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.