Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Metyu Miller: "Sülh razılaşmasının əldə ediləcəyinə inanırıq"

© AP Photo / Nathan HowardMetyu Miller, arxiv şəkli
Metyu Miller, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.08.2023
Abunə olmaq
ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, Bakı və İrəvan çətin kompromislərə getməlidir.
BAKI, 1 avqust — Sputnik. "Biz Ermənistanla Azərbaycan arasında sülh razılaşmasının əldə edilə biləcəyinə inanırıq". Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib.
O bildirib ki, Bakı və İrəvan çətin kompromislərə getməlidir:

"Biz sülh sazişi haqqında danışmağa davam edirik".

M.Millerin sözlərinə görə, ABŞ dövlət katibi Antoni Blinken sülhə nail olmaq üçün Azərbaycan və Ermənistan liderləri ilə danışıqlar aparır.
Xatırladaq ki, iyulun 29-da ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında sülh prosesi üzrə danışıqlar və bölgədə son vəziyyət müzakirə olunub.
Ermənistan tərəfinin atdığı təxribatçı addımların sülh prosesinə maneçilik törətdiyini bildirən dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisində qanunsuz olaraq qalmaqda davam etməsi bölgədə hərbi gərginlik mənbəyidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0