https://sputnik.az/20230801/dn-fermerlere-muraciet-edib-457342666.html
DİN fermerlərə müraciət edib
DİN fermerlərə müraciət edib
Sputnik Azərbaycan
Polis fermerləri biçini başa çatan sahələrin yandırılmasından çəkinməyə, qaydalara uyğun olaraq əkin sahələrinin biçindən sonra şumlanmağa çağırıb. 01.08.2023, Sputnik Azərbaycan
2023-08-01T14:20+0400
2023-08-01T14:20+0400
2023-08-01T14:20+0400
fermer
cəmiyyət
din
əkin
https://cdnn1.img.sputnik.az/img/07e5/02/10/426238859_0:0:3072:1728_1920x0_80_0_0_bab4eb36fafb7d2f8925428d02d6531f.jpg
BAKI, 1 avqust — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) biçini başa çatmış sahələrin yandırılması ilə bağlı fermerlərə müraciət edib. Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, Azərbaycanın bir sıra rayonlarında fermerlərin biçini başa çatmış sahələri yandırması müşahidə olunur. "Kənd təsərrüfat təyinatlı əkin sahələrinin biçindən sonra şumlamaq əvəzinə yandırılması həmin ərazilərdə bir sıra neqativ fəsadların yaranmasına səbəb olur. Polis əməkdaşları tərəfindən respublikamızın bütün ərazilərində bu kimi halların aradan qaldırılması və fermerlərlə profilaktik, təbliğat-maarifləndirmə tədbirləri həyata keçirilir. Bu istiqamətində Goranboyda 7, Bərdədə 3, Göyçayda 2, Saatlıda 2, Şamaxıda 2, Beyləqanda 1, Şabranda 1, Qubada 1, Abşeron 1 fakt üzrə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq məsuliyyət tədbirləri görülüb. Qeyd olunanları nəzərə alaraq fermerlərdən xahiş edirik ki, biçini başa çatan sahələrin yandırılmasından çəkinsinlər, qaydalara uyğun olaraq əkin sahələrinin biçindən sonra şumlanmasına üstünlük versinlər", - nazirlikdən qeyd olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/10/426238859_252:0:2983:2048_1920x0_80_0_0_a25159a48506532e9f712326ecb4fea0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fermer, din, əkin
DİN fermerlərə müraciət edib
Polis fermerləri biçini başa çatan sahələrin yandırılmasından çəkinməyə, qaydalara uyğun olaraq əkin sahələrinin biçindən sonra şumlanmağa çağırıb.
BAKI, 1 avqust — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) biçini başa çatmış sahələrin yandırılması ilə bağlı fermerlərə müraciət edib.
Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, Azərbaycanın bir sıra rayonlarında fermerlərin biçini başa çatmış sahələri yandırması müşahidə olunur.
"Kənd təsərrüfat təyinatlı əkin sahələrinin biçindən sonra şumlamaq əvəzinə yandırılması həmin ərazilərdə bir sıra neqativ fəsadların yaranmasına səbəb olur.
Polis əməkdaşları tərəfindən respublikamızın bütün ərazilərində bu kimi halların aradan qaldırılması və fermerlərlə profilaktik, təbliğat-maarifləndirmə tədbirləri həyata keçirilir.
Bu istiqamətində Goranboyda 7, Bərdədə 3, Göyçayda 2, Saatlıda 2, Şamaxıda 2, Beyləqanda 1, Şabranda 1, Qubada 1, Abşeron 1 fakt üzrə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq məsuliyyət tədbirləri görülüb.
Qeyd olunanları nəzərə alaraq fermerlərdən xahiş edirik ki, biçini başa çatan sahələrin yandırılmasından çəkinsinlər, qaydalara uyğun olaraq əkin sahələrinin biçindən sonra şumlanmasına üstünlük versinlər", - nazirlikdən qeyd olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.