https://sputnik.az/20230801/azparking-mobil-tetbiqi-bu-tarixden-istifadeye-verilecek-457334792.html
"AzParking" mobil tətbiqi bu tarixdən istifadəyə veriləcək
"AzParking" mobil tətbiqi bu tarixdən istifadəyə veriləcək
Sputnik Azərbaycan
Anar Rzayev qeyd edib ki, vətəndaşlar mobil tətbiqi cihaza yükləyib qeydiyyatdan keçərək ondan istifadə edə biləcəklər. 01.08.2023, Sputnik Azərbaycan
2023-08-01T14:25+0400
2023-08-01T14:25+0400
2023-08-01T14:25+0400
cəmiyyət
parklanma
ödəniş
mobil
https://cdnn1.img.sputnik.az/img/41105/37/411053735_0:0:2001:1125_1920x0_80_0_0_e561232a7c2bff467bf66123c29d58d9.jpg
BAKI, 1 avqust — Sputnik. Nəqliyyat vasitələrinin parklanmasının idarəedilməsi üçün mobil tətbiq - "AzParking" bu il avqust ayının 7-dən istifadəyə veriləcək. Bunu parklanmanın idarəedilməsi üçün mobil tətbiqin təqdimatı ilə bağlı brifinq zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyyətinin sədri Anar Rzayev bildirib. Onun sözlərinə görə, mobil tətbiq artıq hazırdır və onun istifadəyə verilməsi 7 avqust tarixində baş tutacaq. Anar Rzayev qeyd edib ki, vətəndaşlar mobil tətbiqi cihaza yükləyərək, qeydiyyatdan keçərək ondan istifadə edə biləcək. Xatırladaq ki, Nazirlər Kabineti "Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği"nin təsdiq edilməsi haqqında qərar qəbul edib. Şəhər mərkəzi ilə kənar yaşayış məntəqələrində yerləşən parklanma yerlərinə görə qiymətlərin diversifikasiyasını ehtiva edən qərara əsasən Bakı şəhəri üzrə 5 parklanma zonası müəyyən edilib və ödənişlər hər zonaya uyğun tətbiq edilir.IV parklanma zonasına aid ərazilərdə parklanma ödənişsizdir. Eyni zamanda qaydalara əsasən, digər zonalarda nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan 07:00-ə qədər, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur.Təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda yaşayan sakinlər də müraciət edərək fərdi parklanma talonları ala və həmin parklanma yerlərindən ödənişsiz istifadə edə bilərlər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41105/37/411053735_165:0:1828:1247_1920x0_80_0_0_a8efda0f17431f023ab2a776926fbdab.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
parklanma, ödəniş, mobil
"AzParking" mobil tətbiqi bu tarixdən istifadəyə veriləcək
Anar Rzayev qeyd edib ki, vətəndaşlar mobil tətbiqi cihaza yükləyib qeydiyyatdan keçərək ondan istifadə edə biləcəklər.
BAKI, 1 avqust — Sputnik. Nəqliyyat vasitələrinin parklanmasının idarəedilməsi üçün mobil tətbiq - "AzParking" bu il avqust ayının 7-dən istifadəyə veriləcək.
Bunu parklanmanın idarəedilməsi üçün mobil tətbiqin təqdimatı ilə bağlı brifinq zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyyətinin sədri Anar Rzayev bildirib.
Onun sözlərinə görə, mobil tətbiq artıq hazırdır və onun istifadəyə verilməsi 7 avqust tarixində baş tutacaq.
Anar Rzayev qeyd edib ki, vətəndaşlar mobil tətbiqi cihaza yükləyərək, qeydiyyatdan keçərək ondan istifadə edə biləcək.
Xatırladaq ki, Nazirlər Kabineti "Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği"nin təsdiq edilməsi haqqında qərar qəbul edib. Şəhər mərkəzi ilə kənar yaşayış məntəqələrində yerləşən parklanma yerlərinə görə qiymətlərin diversifikasiyasını ehtiva edən qərara əsasən Bakı şəhəri üzrə 5 parklanma zonası müəyyən edilib və ödənişlər hər zonaya uyğun tətbiq edilir.
IV parklanma zonasına aid ərazilərdə parklanma ödənişsizdir. Eyni zamanda qaydalara əsasən, digər zonalarda nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan 07:00-ə qədər, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur.
Təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda yaşayan sakinlər də müraciət edərək fərdi parklanma talonları ala və həmin parklanma yerlərindən ödənişsiz istifadə edə bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.