https://sputnik.az/20230801/azerbaycanda-mal-qara-ve-qoyunlarin-sayi-niye-azalir---et-bahalasacaqmi-457322302.html
Azərbaycanda mal-qara və qoyunların sayı niyə azalır: Ət bahalaşacaqmı?
Azərbaycanda mal-qara və qoyunların sayı niyə azalır: Ət bahalaşacaqmı?
Sputnik Azərbaycan
Pambıqçılıq Azərbaycana ciddi ziyan vurur
2023-08-01T10:00+0400
2023-08-01T10:00+0400
2023-08-01T15:00+0400
dövlət
iqtisadiyyat
mal-qara
mal əti
mal-heyvan
ət
kənd təsərrüfatı
xırdabuynuzlu heyvanlar
heyvanlar
heyvan
https://cdnn1.img.sputnik.az/img/07e4/08/01/424580990_0:215:3072:1943_1920x0_80_0_0_0618a6d985676777bf2476bd7e7d2f26.jpg
BAKI, 1 avqust — Sputnik. Azərbaycanda iribuynuzlu mal-qaranın, qoyun və keçilərin baş sayı azalır. Dövlət Statistika Komitəsinə görə, 2023-cü il iyulun 1-i vəziyyətinə ölkə üzrə 7 milyon 322,3 min baş qoyun və keçi, 2 milyon 545,3 min baş iribuynuzlu mal-qara mövcud olub. 2022-ci ilin iyulun 1-i ilə müqayisədə iribuynuzlu mal-qaranın baş sayı 4,1%, qoyun və keçilərin baş sayı isə 8,8% azalıb. Qeyd edək ki, 2022-ci ildə də ölkədə iribuynuzlu mal-qaranın baş sayı 2021-ci illə müqayisədə 0,8%, qoyun və keçilərin baş sayı isə 1,6% aşağı düşüb. Bəs, maraqlıdır ölkədə iribuynuzlu mal-qaranın, qoyun və keçilərin baş sayı niyə azalır? Bu azalma ətin qiymətini bahalaşdıracaqmı? Ölkədə ət istehsalında vəziyyət necədir? Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, artıq xeyli vaxtdır iribuynuzlu və xırdabuynuzlu heyvanların baş sayı ölkədə azalır:"Təxminən 2014-2015-ci illərdən başlayaraq iribuynuzlu və xırdabuynuzlu heyvanların baş sayı aşağı düşür. Həmin dövrdə pambıq strateji məhsul kimi önə çıxarıldı və bir sıra heyvandarlıq təsərrüfatlarına aid torpaqlarda, örüş sahələrində pambıq əkildi. Ona görə də ölkədə iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalır. Digər tərəfdən, yemlərin bahalaşması da heyvanların sayının azalmasına təsir göstərdi". "Aqrar məhsulların istehsalını genişləndirmək lazımdır" Onun fikrincə, pambıqçılığa daha çox diqqətin ayrılması doğru deyil. Çünki pambıq əkini üçün məhdud torpaqlar var: "Biz pambıq ixracından il ərzində 150-200 milyon dollar vəsait qazanırıq, amma kənd təsərrüfatı məhsullarının, o cümlədən ətin idxalı üçün ümumilikdə il ərzində 2,5 milyard dollar vəsait xərcləyirik. Pambıqçılıqdan əl çəkib, aqrar məhsulların istehsalını genişləndirsək, ildə 2 milyard dollar qənaət edə bilərik". "Azərbaycan ətə olan tələbatının 80-90 faizini yerli istehsal hesabına ödəyə bilər" Ekspert diqqətə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərimizdə heyvandarlıq sahəsinin inkişafı üçün əlverişli şərait var. Kütləvi şəkildə heyvanların Laçın və Kəlbəcər yaylaqlarına aparılması məqsədəuyğun olar. Azərbaycan ətə olan tələbatının 80-90 faizini yerli istehsal hesabına ödəyə bilər və bunun üçün potensial var. "Payız aylarında ətin qiyməti yenidən qalxmağa başlayacaq" "Hazırda heyvan qıtlığı var. Ona görə də ətin qiyməti bahalaşır. Adətən əvvəlki illərdə yay aylarında ətin qiyməti ucuzlaşırdı. İndi isə təklif az olduğu üçün yay aylarında ucuzlaşma olmadı. Payız aylarında isə ətin qiyməti yenidən qalxmağa başlayacaq. İlin sonunadək ətin qiyməti 20%-ə qədər bahalaşa bilər"-, deyə ekspert əlavə edib. Azərbaycanda ət istehsalı artıb Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-iyun aylarında ölkədə diri çəkidə 285,4 min ton ət istehsal edilib, 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,1% artıb. "Qoyunlarda süni mayalanmanın tətbiqi" adlı layihə həyata keçirilir Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun məlumatına görə, dünya heyvandarlığında vəziyyəti təhlil edərkən belə bir qərara gəlmək olar ki, intensiv yetişdirmə zamanı heyvanların baş sayının artırılmasında, məhsuldarlığın yüksəldilməsində, yeni daha məhsuldar cinslərin yaradılmasında istifadə edilən ən etibarlı metodlar süni mayalanma, rüşeyin köçürmə və klonlaşdırmadır. Xarici ölkələrdə uzun müddət istifadə edilən təcrübələrin ölkəmizdə tətbiqi heyvanların baş sayının artırılmasına, məhsuldarlığın yüksəldilməsinə gətirib çıxaracaq. 2018-ci ildən başlayaraq institutda "Qoyunçuluqda süni mayalanmanın tətbiqi" adlı layihə icra edilməkdədir. "Fermerlər heyvanların süni mayalanma yolu ilə çoxaldılmasına daha çox maraq göstərməyə başlayıb" Xatırladaq ki, bir müddət öncə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov Xəzər TV-yə bildirib ki, mal-qaranın sayı azalsa da 2022-ci ildə ölkədə ət istehsalı 3 faiz artıb: "Fermerlər heyvanların süni mayalanma yolu ilə çoxaldılmasına daha çox maraq göstərməyə başlayıblar. 1 il ərzində ölkədə təxminən 90 minə yaxın süni mayalanma yolu ilə heyvan doğulur. Bu üsula marağın artmasının səbəbi odur ki, fermer öz təsərrüfatında gündə 2 litr süd verən 3 inək saxlamaq əvəzinə süni mayalanma yolu ilə alınmış gündə 10 litr süd verən 1 inək saxlamağa üstünlük verir. Bu səbəbdən ölkədə iribuynuzlu heyvanların baş sayı azalsa da diri çəkidə ət və süd istehsalı artır". Nazirlik rəsmisi həmçinin bildirib ki, süni mayalanma yolu ilə alınan hər buzova görə təsərrüfatçılara 100 manat subsidiya verilir. Bundan əlavə, ölkəmizdə iribuynuzlu heyvanlar arasında embrion transferi ilə bağlı pilot layihəyə start verilib ki, bu da gələcəkdə ətlik və südlük mal-qaranın sayının artmasına şərait yaradacaq. Embrion transferi xaricdən heyvan idxalına ən yaxşı alternativ hesab olunur Respublika Süni Mayalanma Mərkəzinin direktoru Elton Əbdürəhmanovun sözlərinə görə, embrion transferi xaricdən heyvan idxalına ən yaxşı alternativ hesab olunur. Xaricdən dondurulmuş embrionun gətirilməsi və transplantasiyası başqa ölkələrdən damazlıq heyvan idxalından daha asan və ucuz başa gəlir. Embrion transferi üçün istifadə olunan texnologiya heyvanları ən intensiv üsulla yetişdirməyə imkan yaradır və ənənəvi reproduktiv üsulla müqayisədə genetik qiymətli heyvanların sayını dəfələrlə artırır. Bildirilib ki, embrion transferi tətbiqinin əsas məqsədi üstün keyfiyyətə malik inəklərdən alınacaq balaların sayını artırmaqdır. Embrion transferi dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan bir çox ölkələrində uğurla tətbiq edilir. Keçən il 182 min baş inək və düyə mayalandırılıb Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü il yanvarın 1-i vəziyyətinə damazlıq təsərrüfatlarında 6,1 min baş iribuynuzlu mal-qara, 16,6 min baş qoyun və keçi mövcud olub. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün dövlət və özəl damazlıq təsərrüfatları heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə ötən il 3,5 min baş iribuynuzlu mal-qara, 9,7 min baş qoyun və keçi satıblar. 2022-ci ildə 182,0 min baş inək və düyələr elit törədicilərin toxumları ilə mayalandırılıb. Süni mayalanma yolu ilə alınan hər buzova görə subsidiya verilir Azərbaycan Prezidentinin 19 avqust 2015-ci il tarixli "Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında" Sərəncamına əsasən süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiya ödənilir. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) əkinçilər kimi heyvandarlar da qeydiyyatdan keçərək öz təsərrüfatları ilə bağlı bəyan etməli və fəaliyyətləri barədə məlumat yerləşdirməlidirlər. Süni mayalanma ilə alınan buzova görə subsidiya müraciəti üçün bütün proses – bala verəcək heyvan haqqında məlumat, süni mayalanma mütəxəssisi, mayalandırma tarixi, doğulacaq balanın cinsi və doğulma tarixi EKTİS-də qeyd olunmalıdır. Bu məlumatların bir hissəsini fermer özü, bir hissəsini də süni mayalanma mütəxəssisi və baytar daxil edir. Buzov doğulduqdan sonra məlumatlar yoxlanılaraq təsdiqlənir və buzov sahibinə ödəmə edilir. Kəlbəcər və Laçın yaylaqları... Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, yazın son ayından başlayaraq heyvanların yaylaqlara aparılmasına başlanılır. Bu zaman heyvanların sağlam olması və qısa müddətdə təyin olunmuş yerə, yəni yaylaqlara çatdırılması vacib şərtlərdən biridir. Yaylaqlarda son dərəcə zəngin bitki örtüyü və yem ehtiyatı mövcuddur. İşğaldan əvvəlki dövrdə bu yaylaqlar Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən təsərrüfatların əsas köç yeri olub. Köç prosesi müvafiq dövlət qurumları ilə razılaşdırılmış vahid reqlament əsasında həyata keçirilir. Reqlamentə əsasən, yaylaq mövsümü sentyabrın əvvəllərində başa çatır. Ümumilikdə 2022-ci il yaylaq mövsümündə 17 min 406 şəxsin fermer təsərrüfatlarının tərkibində azad olunmuş ərazilərdəki yaylaqlara getməsinə icazə verilib. Qaydalara əsasən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından olan fermerlər öz təsərrüfatlarını Laçın və Kəlbəcər yaylaqlarına köçürə bilərlər. Təsərrüfatlarını yaylaqlara köçürmək istəyən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından olan fermerlər təsərrüfatın yerləşdiyi rayon üzrə Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət etməlidir. İyunda ən çox ət bahalaşıb Onu da əlavə edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin iyun ayında ən çox bahalaşma ət və ət məhsullarının qiymətlərində (0,7%) qeydə alınıb. Sümüklü mal ətinin 1 kq-nın orta qiyməti 13,86 manatdan 13,96 manata, sümüksüz mal ətinin 1 kq-nın orta qiyməti 16,10 manatdan 16,22 manata qalxıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycana 40 milyon 449 min dollar dəyərində 21 min 396 ton ət idxal edilib. Bu ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ət idxalı dəyər ifadəsində 19,2%, miqdar ifadəsində 6% artıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/01/424580990_212:0:2943:2048_1920x0_80_0_0_2b21a1ba0494d191f83fd34cb9a66d59.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
pambıqçılıq pambıq milyard dollar
pambıqçılıq pambıq milyard dollar
Azərbaycanda mal-qara və qoyunların sayı niyə azalır: Ət bahalaşacaqmı?
10:00 01.08.2023 (Yenilənib: 15:00 01.08.2023) Ekspertin fikrincə, pambıqçılıqdan əl çəkib, aqrar məhsulların istehsalını genişləndirsək, ildə 2 milyard dollar qənaət edə bilərik.
BAKI, 1 avqust — Sputnik. Azərbaycanda iribuynuzlu mal-qaranın, qoyun və keçilərin baş sayı azalır.
Dövlət Statistika Komitəsinə görə, 2023-cü il iyulun 1-i vəziyyətinə ölkə üzrə 7 milyon 322,3 min baş qoyun və keçi, 2 milyon 545,3 min baş iribuynuzlu mal-qara mövcud olub. 2022-ci ilin iyulun 1-i ilə müqayisədə iribuynuzlu mal-qaranın baş sayı 4,1%, qoyun və keçilərin baş sayı isə 8,8% azalıb.
Qeyd edək ki, 2022-ci ildə də ölkədə iribuynuzlu mal-qaranın baş sayı 2021-ci illə müqayisədə 0,8%, qoyun və keçilərin baş sayı isə 1,6% aşağı düşüb.
Bəs, maraqlıdır ölkədə iribuynuzlu mal-qaranın, qoyun və keçilərin baş sayı niyə azalır? Bu azalma ətin qiymətini bahalaşdıracaqmı? Ölkədə ət istehsalında vəziyyət necədir?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, artıq xeyli vaxtdır iribuynuzlu və xırdabuynuzlu heyvanların baş sayı ölkədə azalır:
"Təxminən 2014-2015-ci illərdən başlayaraq iribuynuzlu və xırdabuynuzlu heyvanların baş sayı aşağı düşür. Həmin dövrdə pambıq strateji məhsul kimi önə çıxarıldı və bir sıra heyvandarlıq təsərrüfatlarına aid torpaqlarda, örüş sahələrində pambıq əkildi. Ona görə də ölkədə iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalır. Digər tərəfdən, yemlərin bahalaşması da heyvanların sayının azalmasına təsir göstərdi".
"Aqrar məhsulların istehsalını genişləndirmək lazımdır"
Onun fikrincə, pambıqçılığa daha çox diqqətin ayrılması doğru deyil. Çünki pambıq əkini üçün məhdud torpaqlar var: "Biz pambıq ixracından il ərzində 150-200 milyon dollar vəsait qazanırıq, amma kənd təsərrüfatı məhsullarının, o cümlədən ətin idxalı üçün ümumilikdə il ərzində 2,5 milyard dollar vəsait xərcləyirik. Pambıqçılıqdan əl çəkib, aqrar məhsulların istehsalını genişləndirsək, ildə 2 milyard dollar qənaət edə bilərik".
"Azərbaycan ətə olan tələbatının 80-90 faizini yerli istehsal hesabına ödəyə bilər"
Ekspert diqqətə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərimizdə heyvandarlıq sahəsinin inkişafı üçün əlverişli şərait var. Kütləvi şəkildə heyvanların Laçın və Kəlbəcər yaylaqlarına aparılması məqsədəuyğun olar. Azərbaycan ətə olan tələbatının 80-90 faizini yerli istehsal hesabına ödəyə bilər və bunun üçün potensial var.
"Payız aylarında ətin qiyməti yenidən qalxmağa başlayacaq"
"Hazırda heyvan qıtlığı var. Ona görə də ətin qiyməti bahalaşır. Adətən əvvəlki illərdə yay aylarında ətin qiyməti ucuzlaşırdı. İndi isə təklif az olduğu üçün yay aylarında ucuzlaşma olmadı. Payız aylarında isə ətin qiyməti yenidən qalxmağa başlayacaq. İlin sonunadək ətin qiyməti 20%-ə qədər bahalaşa bilər"-, deyə ekspert əlavə edib.
Azərbaycanda ət istehsalı artıb
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-iyun aylarında ölkədə diri çəkidə 285,4 min ton ət istehsal edilib, 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,1% artıb.
"Qoyunlarda süni mayalanmanın tətbiqi" adlı layihə həyata keçirilir
Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun məlumatına görə, dünya heyvandarlığında vəziyyəti təhlil edərkən belə bir qərara gəlmək olar ki, intensiv yetişdirmə zamanı heyvanların baş sayının artırılmasında, məhsuldarlığın yüksəldilməsində, yeni daha məhsuldar cinslərin yaradılmasında istifadə edilən ən etibarlı metodlar süni mayalanma, rüşeyin köçürmə və klonlaşdırmadır. Xarici ölkələrdə uzun müddət istifadə edilən təcrübələrin ölkəmizdə tətbiqi heyvanların baş sayının artırılmasına, məhsuldarlığın yüksəldilməsinə gətirib çıxaracaq. 2018-ci ildən başlayaraq institutda "Qoyunçuluqda süni mayalanmanın tətbiqi" adlı layihə icra edilməkdədir.
"Fermerlər heyvanların süni mayalanma yolu ilə çoxaldılmasına daha çox maraq göstərməyə başlayıb"
Xatırladaq ki, bir müddət öncə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov Xəzər TV-yə bildirib ki, mal-qaranın sayı azalsa da 2022-ci ildə ölkədə ət istehsalı 3 faiz artıb: "Fermerlər heyvanların süni mayalanma yolu ilə çoxaldılmasına daha çox maraq göstərməyə başlayıblar. 1 il ərzində ölkədə təxminən 90 minə yaxın süni mayalanma yolu ilə heyvan doğulur. Bu üsula marağın artmasının səbəbi odur ki, fermer öz təsərrüfatında gündə 2 litr süd verən 3 inək saxlamaq əvəzinə süni mayalanma yolu ilə alınmış gündə 10 litr süd verən 1 inək saxlamağa üstünlük verir. Bu səbəbdən ölkədə iribuynuzlu heyvanların baş sayı azalsa da diri çəkidə ət və süd istehsalı artır".
Nazirlik rəsmisi həmçinin bildirib ki, süni mayalanma yolu ilə alınan hər buzova görə təsərrüfatçılara 100 manat subsidiya verilir. Bundan əlavə, ölkəmizdə iribuynuzlu heyvanlar arasında embrion transferi ilə bağlı pilot layihəyə start verilib ki, bu da gələcəkdə ətlik və südlük mal-qaranın sayının artmasına şərait yaradacaq.
Embrion transferi xaricdən heyvan idxalına ən yaxşı alternativ hesab olunur
Respublika Süni Mayalanma Mərkəzinin direktoru Elton Əbdürəhmanovun sözlərinə görə, embrion transferi xaricdən heyvan idxalına ən yaxşı alternativ hesab olunur. Xaricdən dondurulmuş embrionun gətirilməsi və transplantasiyası başqa ölkələrdən damazlıq heyvan idxalından daha asan və ucuz başa gəlir. Embrion transferi üçün istifadə olunan texnologiya heyvanları ən intensiv üsulla yetişdirməyə imkan yaradır və ənənəvi reproduktiv üsulla müqayisədə genetik qiymətli heyvanların sayını dəfələrlə artırır.
Bildirilib ki, embrion transferi tətbiqinin əsas məqsədi üstün keyfiyyətə malik inəklərdən alınacaq balaların sayını artırmaqdır. Embrion transferi dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan bir çox ölkələrində uğurla tətbiq edilir.
Keçən il 182 min baş inək və düyə mayalandırılıb
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü il yanvarın 1-i vəziyyətinə damazlıq təsərrüfatlarında 6,1 min baş iribuynuzlu mal-qara, 16,6 min baş qoyun və keçi mövcud olub. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün dövlət və özəl damazlıq təsərrüfatları heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə ötən il 3,5 min baş iribuynuzlu mal-qara, 9,7 min baş qoyun və keçi satıblar. 2022-ci ildə 182,0 min baş inək və düyələr elit törədicilərin toxumları ilə mayalandırılıb.
Süni mayalanma yolu ilə alınan hər buzova görə subsidiya verilir
Azərbaycan Prezidentinin 19 avqust 2015-ci il tarixli "Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında" Sərəncamına əsasən süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiya ödənilir.
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) əkinçilər kimi heyvandarlar da qeydiyyatdan keçərək öz təsərrüfatları ilə bağlı bəyan etməli və fəaliyyətləri barədə məlumat yerləşdirməlidirlər. Süni mayalanma ilə alınan buzova görə subsidiya müraciəti üçün bütün proses – bala verəcək heyvan haqqında məlumat, süni mayalanma mütəxəssisi, mayalandırma tarixi, doğulacaq balanın cinsi və doğulma tarixi EKTİS-də qeyd olunmalıdır. Bu məlumatların bir hissəsini fermer özü, bir hissəsini də süni mayalanma mütəxəssisi və baytar daxil edir. Buzov doğulduqdan sonra məlumatlar yoxlanılaraq təsdiqlənir və buzov sahibinə ödəmə edilir.
Kəlbəcər və Laçın yaylaqları...
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, yazın son ayından başlayaraq heyvanların yaylaqlara aparılmasına başlanılır. Bu zaman heyvanların sağlam olması və qısa müddətdə təyin olunmuş yerə, yəni yaylaqlara çatdırılması vacib şərtlərdən biridir. Yaylaqlarda son dərəcə zəngin bitki örtüyü və yem ehtiyatı mövcuddur. İşğaldan əvvəlki dövrdə bu yaylaqlar Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən təsərrüfatların əsas köç yeri olub. Köç prosesi müvafiq dövlət qurumları ilə razılaşdırılmış vahid reqlament əsasında həyata keçirilir. Reqlamentə əsasən, yaylaq mövsümü sentyabrın əvvəllərində başa çatır.
Ümumilikdə 2022-ci il yaylaq mövsümündə 17 min 406 şəxsin fermer təsərrüfatlarının tərkibində azad olunmuş ərazilərdəki yaylaqlara getməsinə icazə verilib.
Qaydalara əsasən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından olan fermerlər öz təsərrüfatlarını Laçın və Kəlbəcər yaylaqlarına köçürə bilərlər. Təsərrüfatlarını yaylaqlara köçürmək istəyən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından olan fermerlər təsərrüfatın yerləşdiyi rayon üzrə Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət etməlidir.
İyunda ən çox ət bahalaşıb
Onu da əlavə edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin iyun ayında ən çox bahalaşma ət və ət məhsullarının qiymətlərində (0,7%) qeydə alınıb. Sümüklü mal ətinin 1 kq-nın orta qiyməti 13,86 manatdan 13,96 manata, sümüksüz mal ətinin 1 kq-nın orta qiyməti 16,10 manatdan 16,22 manata qalxıb.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycana 40 milyon 449 min dollar dəyərində 21 min 396 ton ət idxal edilib. Bu ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ət idxalı dəyər ifadəsində 19,2%, miqdar ifadəsində 6% artıb.