https://sputnik.az/20230801/azerbaycan-ozbekistan-birge-herbi-telimi-baslayib-457310225.html
Azərbaycan-Özbəkistan birgə hərbi təlimində hərbçilər yüksək peşəkarlıq nümayiş etdiriblər
Azərbaycan-Özbəkistan birgə hərbi təlimində hərbçilər yüksək peşəkarlıq nümayiş etdiriblər
Sputnik Azərbaycan
Azərbaycan-Özbəkistan hərbi təlimində möhtəşəm şou
2023-08-01T13:09+0400
2023-08-01T13:09+0400
2023-08-01T13:33+0400
özbəkistan
hərbi
müdafiə nazirliyi
azərbaycan
təlim
hərbi təlim
https://cdnn1.img.sputnik.az/img/07e7/08/01/457341032_0:33:1000:596_1920x0_80_0_0_a2316ae442d7caf5bff69ce7acb28d38.jpg
BAKI, 1 avqust — Sputnik. Azərbaycan və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə Daşkənd vilayətinin Çirçik poliqonunda keçirilən "UZAZ-2023" kompüter dəstəkli taktiki komanda-qərargah təlimi başa çatıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Birgə təlimin sonuncu mərhələsində xüsusi döyüş fəaliyyətlərinin aparılması üzrə tapşırıqlar kompüter və xəritə üzərində icra edilib. Təlimin başa çatması münasibətilə keçirilən tədbirdə çıxış edənlər hərbi qulluqçuların peşəkarlığını yüksək qiymətləndirib və qarşıya qoyulan məqsədlərə nail olunduğu qeyd edilib. Bildirilib ki, təlimin bütün mərhələləri üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib. Tədbirin sonunda qarşılıqlı hədiyyələr təqdim edilib. Qeyd edək ki, "UZAZ-2023" təlimi "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı"na əsasən keçirilib.***"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı"na əsasən "UZAZ-2023" kompüter dəstəkli taktiki komanda-qərargah təlimi başlayıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Daşkənd vilayətinin Çirçik poliqonunda keçirilən birgə təlimin birinci mərhələsində Azərbaycan və Özbəkistan hərbi qulluqçuları xüsusi döyüş fəaliyyətlərinin təşkili və planlaşdırılması üzrə tapşırıqları kompüter və xəritə üzərində icra ediblər. Təlimin əsas məqsədi qarşılıqlı təcrübə mübadiləsinin aparılması, hər iki dövlətin hərbi qulluqçularının qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, həmçinin qərargah zabitlərinin xəritə üzərində qərar qəbuletmə bacarıqlarının artırılması, onların peşəkarlıq və hazırlıq səviyyəsinin daha da yüksəldilməsidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/01/457341032_81:0:920:629_1920x0_80_0_0_836e832edaeb66c27253c3bd308d5255.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
özbəkistan hərbi təlim poliqon şou
özbəkistan hərbi təlim poliqon şou
Azərbaycan-Özbəkistan birgə hərbi təlimində hərbçilər yüksək peşəkarlıq nümayiş etdiriblər
13:09 01.08.2023 (Yenilənib: 13:33 01.08.2023) Çirçik poliqonunda keçirilən birgə təlimin birinci mərhələsində Azərbaycan və Özbəkistan hərbi qulluqçuları xüsusi döyüş fəaliyyətlərinin təşkili və planlaşdırılması üzrə tapşırıqları kompüter və xəritə üzərində icra ediblər
BAKI, 1 avqust — Sputnik. Azərbaycan və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə Daşkənd vilayətinin Çirçik poliqonunda keçirilən "UZAZ-2023" kompüter dəstəkli taktiki komanda-qərargah təlimi başa çatıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Birgə təlimin sonuncu mərhələsində xüsusi döyüş fəaliyyətlərinin aparılması üzrə tapşırıqlar kompüter və xəritə üzərində icra edilib. Təlimin başa çatması münasibətilə keçirilən tədbirdə çıxış edənlər hərbi qulluqçuların peşəkarlığını yüksək qiymətləndirib və qarşıya qoyulan məqsədlərə nail olunduğu qeyd edilib.
Bildirilib ki, təlimin bütün mərhələləri üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib. Tədbirin sonunda qarşılıqlı hədiyyələr təqdim edilib. Qeyd edək ki, "UZAZ-2023" təlimi "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı"na əsasən keçirilib.
"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı"na əsasən "UZAZ-2023" kompüter dəstəkli taktiki komanda-qərargah təlimi başlayıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Daşkənd vilayətinin Çirçik poliqonunda keçirilən birgə təlimin birinci mərhələsində Azərbaycan və Özbəkistan hərbi qulluqçuları xüsusi döyüş fəaliyyətlərinin təşkili və planlaşdırılması üzrə tapşırıqları kompüter və xəritə üzərində icra ediblər.
Təlimin əsas məqsədi qarşılıqlı təcrübə mübadiləsinin aparılması, hər iki dövlətin hərbi qulluqçularının qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, həmçinin qərargah zabitlərinin xəritə üzərində qərar qəbuletmə bacarıqlarının artırılması, onların peşəkarlıq və hazırlıq səviyyəsinin daha da yüksəldilməsidir.