https://sputnik.az/20230731/ukrayna-vetendas-muharibesi-ile-uzlese-biler-457281223.html
Ukrayna vətəndaş müharibəsi ilə üzləşə bilər
Ukrayna vətəndaş müharibəsi ilə üzləşə bilər
Sputnik Azərbaycan
Kuçmanın sabiq müşaviri bildirib ki, seçkilərin ləğv edilməsi ilə əlaqədar Kiyevi vətəndaş müharibəsi gözləyir. 31.07.2023, Sputnik Azərbaycan
2023-07-31T01:05+0400
2023-07-31T01:05+0400
2023-07-31T01:05+0400
ukrayna
dünya xəbərləri
ali rada
vladimir zelenski
putin
seçki
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457280931_0:0:3354:1887_1920x0_80_0_0_cfffbd05160b9f9190342c60aec5ed1d.jpg
BAKI, 31 iyul - Sputnik. Ukrayna hakimiyyəti ölkədə hərbi vəziyyətə görə ləğv edilmiş seçkiləri keçirməmək qərarına gəlsə, Ukrayna vətəndaş müharibəsi ilə üzləşə bilər. Bu barədə RİA Novosti Ukraynanın sabiq Prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskinin sözlərinə istinadən xəbər verir. Məmur hesab edir ki, hərbi vəziyyəti ləğv etməkdən imtina edən hazırkı dövlət başçısı Vladimir Zelenskinin vəzifədəki səlahiyyət müddəti bitdikdə legitimliyini itirmək riski daşıyır. "Bu hakimiyyət qeyri-qanuni sayılacaq. Qanunsuz olduğu halda, o qanundan kənardır və istənilən ukraynalı konstitusiyanın beşinci maddəsi çərçivəsində üsyançıları məhv edə bilər", - deyə Soskin proqnozlaşdırıb. Qanuna görə, Ukraynada parlament seçkiləri 2023-cü ilin payızında, prezident seçkiləri isə 2024-cü ilin martında keçirilməlidir. Lakin yerli qanunlara görə hərbi vəziyyət zamanı səsvermə keçirilə bilməz. Sonuncu dəfə Ali Rada Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyətin müddətini 2023-cü il noyabrın 15-dək uzadıb. Ukraynada nə baş verir? Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub. Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
https://sputnik.az/20230730/qerb-zelenskini-evez-etmek-ucun-adam-axtarir-457275843.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457280931_53:0:2784:2048_1920x0_80_0_0_9a7edfa8cc9a2399917bee836b0cd014.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna, ali rada, vladimir zelenski, putin, seçki
ukrayna, ali rada, vladimir zelenski, putin, seçki
Ukrayna vətəndaş müharibəsi ilə üzləşə bilər
Kuçmanın sabiq müşaviri bildirib ki, seçkilərin ləğv edilməsi ilə əlaqədar Kiyevi vətəndaş müharibəsi gözləyir.
BAKI, 31 iyul - Sputnik. Ukrayna hakimiyyəti ölkədə hərbi vəziyyətə görə ləğv edilmiş seçkiləri keçirməmək qərarına gəlsə, Ukrayna vətəndaş müharibəsi ilə üzləşə bilər.
Bu barədə RİA Novosti Ukraynanın sabiq Prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskinin sözlərinə istinadən xəbər verir.
Məmur hesab edir ki, hərbi vəziyyəti ləğv etməkdən imtina edən hazırkı dövlət başçısı Vladimir Zelenskinin vəzifədəki səlahiyyət müddəti bitdikdə legitimliyini itirmək riski daşıyır.
"Bu hakimiyyət qeyri-qanuni sayılacaq. Qanunsuz olduğu halda, o qanundan kənardır və istənilən ukraynalı konstitusiyanın beşinci maddəsi çərçivəsində üsyançıları məhv edə bilər", - deyə Soskin proqnozlaşdırıb.
Qanuna görə, Ukraynada parlament seçkiləri 2023-cü ilin payızında, prezident seçkiləri isə 2024-cü ilin martında keçirilməlidir. Lakin yerli qanunlara görə hərbi vəziyyət zamanı səsvermə keçirilə bilməz.
Sonuncu dəfə Ali Rada Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyətin müddətini 2023-cü il noyabrın 15-dək uzadıb.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.