https://sputnik.az/20230731/turkiye-taxil-sazisini-berpa-etmek-ucun-qerble-danisiqlar-aparir-457300235.html
Türkiyə "taxıl sazişi"ni bərpa etmək üçün Qərblə danışıqlar aparır
Türkiyə "taxıl sazişi"ni bərpa etmək üçün Qərblə danışıqlar aparır
Sputnik Azərbaycan
Taxıl sazişi iyulun 18-də dayandırılıb, Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib. 31.07.2023, Sputnik Azərbaycan
2023-07-31T10:50+0400
2023-07-31T10:50+0400
2023-07-31T11:34+0400
taxıl
dünya xəbərləri
saziş
türkiyə
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445332669_0:163:3061:1885_1920x0_80_0_0_830386e07de28cadf6d97fc20e0431f4.jpg
BAKI, 31 iyul — Sputnik. Türkiyə "taxıl sazişi"ni bərpa etmək üçün bir sıra Qərb ölkələri ilə danışıqlar aparır, məsələni BMT ilə koordinasiya edir. Bunu Ankaradakı danışıqlarda iştirak edən mənbə RİA Novosti-yə bildirib. "Qərb ölkələri ilə Qara dəniz taxıl təşəbbüsünün işini necə bərpa etmək barədə bir sıra danışıqlar aparılır. BMT-nin koordinasiya etdiyi prosesin təfərrüatlarına açıqlamaq istəmirəm, lakin çox aktiv, ciddi iş gedir. Ankara yaxın gələcəkdə Moskva ilə ən yüksək səviyyədə ehtiyacı olan ölkələr üçün ərzaq məhsullarının çatdırılması və emalı üçün konkret variantları müzakirə etməyi planlaşdırır, bəzi nəticələrvar", - agentliyin həmsöhbəti bildirib. "Mən bildiyimə görə, yaxın vaxtlarda yüksək səviyyəli telefon danışıqları (Türkiyə və Rusiya Federasiyası prezidentləri arasında) hazırlanır. Digər mövzularla yanaşı, Rusiya ərzaq məhsullarının çatdırılması və emalına necə kömək edə biləcəyimizə dair konkret variantlar müzakirə olunacaq", - mənbə bildirib. 2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan Qara Dəniz Təşəbbüsü Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının və ərzaq məhsullarının, eləcə də gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Bu müqavilə paket sazişin bir hissəsidir. İkinci hissə - üç il müddətinə nəzərdə tutulmuş Rusiya-BMT memorandumu - Rusiyanın ərzaq və gübrə ixracının bərpa olunmasını , Rosselxozbank-ın SWIFT-ə yenidən qoşulmasını, kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin tədarükünün bərpasını və bir sıra digər tədbirləri nəzərdə tutur. Taxıl sazişi iyulun 18-də dayandırılıb, Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib. Rusiya prezidenti Vladimir Putin əvvəllər qeyd edib ki, BMT-nin səylərinə baxmayaraq, Rusiya ilə razılaşmanın şərtləri yerinə yetirilməyib, çünki Qərb ölkələri vədlərinə əməl etmək niyyətində deyillər. Putin dəfələrlə qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini öz dövlətlərinə ixrac edib və sövdələşmənin əsas məqsədi - ehtiyacı olan ölkələrə, o cümlədən Afrika ölkələrinə taxıl tədarükü heç vaxt həyata keçirilməyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445332669_165:0:2896:2048_1920x0_80_0_0_52deaf099946ca03cdcd0bc71bc9f37a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
taxıl, saziş, türkiyə, ukrayna
taxıl, saziş, türkiyə, ukrayna
Türkiyə "taxıl sazişi"ni bərpa etmək üçün Qərblə danışıqlar aparır
10:50 31.07.2023 (Yenilənib: 11:34 31.07.2023) Taxıl sazişi iyulun 18-də dayandırılıb, Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib.
BAKI, 31 iyul — Sputnik. Türkiyə "taxıl sazişi"ni bərpa etmək üçün bir sıra Qərb ölkələri ilə danışıqlar aparır, məsələni BMT ilə koordinasiya edir. Bunu Ankaradakı danışıqlarda iştirak edən mənbə RİA Novosti-yə bildirib.
"Qərb ölkələri ilə Qara dəniz taxıl təşəbbüsünün işini necə bərpa etmək barədə bir sıra danışıqlar aparılır. BMT-nin koordinasiya etdiyi prosesin təfərrüatlarına açıqlamaq istəmirəm, lakin çox aktiv, ciddi iş gedir. Ankara yaxın gələcəkdə Moskva ilə ən yüksək səviyyədə ehtiyacı olan ölkələr üçün ərzaq məhsullarının çatdırılması və emalı üçün konkret variantları müzakirə etməyi planlaşdırır, bəzi nəticələrvar", - agentliyin həmsöhbəti bildirib.
"Mən bildiyimə görə, yaxın vaxtlarda yüksək səviyyəli telefon danışıqları (Türkiyə və Rusiya Federasiyası prezidentləri arasında) hazırlanır. Digər mövzularla yanaşı, Rusiya ərzaq məhsullarının çatdırılması və emalına necə kömək edə biləcəyimizə dair konkret variantlar müzakirə olunacaq", - mənbə bildirib.
2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan Qara Dəniz Təşəbbüsü Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının və ərzaq məhsullarının, eləcə də gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.
Bu müqavilə paket sazişin bir hissəsidir. İkinci hissə - üç il müddətinə nəzərdə tutulmuş Rusiya-BMT memorandumu - Rusiyanın ərzaq və gübrə ixracının bərpa olunmasını , Rosselxozbank-ın SWIFT-ə yenidən qoşulmasını, kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin tədarükünün bərpasını və bir sıra digər tədbirləri nəzərdə tutur.
Taxıl sazişi iyulun 18-də dayandırılıb, Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib. Rusiya prezidenti Vladimir Putin əvvəllər qeyd edib ki, BMT-nin səylərinə baxmayaraq, Rusiya ilə razılaşmanın şərtləri yerinə yetirilməyib, çünki Qərb ölkələri vədlərinə əməl etmək niyyətində deyillər. Putin dəfələrlə qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini öz dövlətlərinə ixrac edib və sövdələşmənin əsas məqsədi - ehtiyacı olan ölkələrə, o cümlədən Afrika ölkələrinə taxıl tədarükü heç vaxt həyata keçirilməyib.