Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İslamafobiya bəzi ölkələrdə kifayət qədər geniş vüsət alıb - Ceyhun Bayramov

© Sputnik / Алексей Филиппов / Mediabanka keçidМинистр иностранных дел Азербайджана Джейхун Байрамов
Министр иностранных дел Азербайджана Джейхун Байрамов - Sputnik Azərbaycan, 1920, 31.07.2023
Abunə olmaq
Azərbaycan XİN rəhbəri bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində nazirlər toplantı həyata keçiriləcək və bu məsələ ciddi müzakirə mövzusu olacaq.
BAKI, 31 iyul — Sputnik. İslam dövlətləri Qurana qarşı hücumlarla bağlı ortaq mövqe sərgiləməlidir.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, İslam ölkələri arasında bu mövzu ilə bağlı təmaslar davam edir: "Qurani-Kərimə qarşı hücumlarla bağlı mövqeyimizi tez-tez ortaya qoyuruq. İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin xarici işlər nazirləri bu gün onlayn toplantı keçirəcək. Bu məsələni geniş müzakirə edəcəyik. Biz bu məsələ ilə bağlı ortaq mövqe ortaya qoymalı, koordinasiyalı davranmalıyıq".
Öz növbəsində Azərbaycan xarici işlər naiziri Ceyhun Bayramov da bildirib ki, Quranı-Kərimə qəbuledilməz hücumlar daha geniş mənzərinin tərkib hissəsi kimi götürülməlidir.
Onun sözlərinə görə, islamafobiya bəzi ölkələrdə kifayət qədər geniş vüsət alıb və müqəddəs kitablara qarşı təcavüz islamafobiyanın təzahürlərindən yalnız bir hissəsidir.
"Bəzi ölkələrdə daha geniş mənada bununla bağlı kampaniyaları görürük. Bu tamamilə qəbuledilməzdir. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində nazirlər toplantı həyata keçiriləcək və bu məsələ ciddi müzakirə mövzusu olacaq",- deyə Azərbaycan XİN rəhbəri bildirib.
Xəbər lenti
0