DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran Səudiyyə Ərəbistanının təşəbbüsünü dəstəklədi

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidJida
Jida - Sputnik Azərbaycan, 1920, 31.07.2023
Abunə olmaq
Səudiyyə Ərəbistanı avqustun əvvəlində Qərb ölkələrinin iştirakı ilə Ukrayna üzrə sülh danışıqları keçirməyi planlaşdırır.
BAKI, 31 iyul — Sputnik. İran hakimiyyəti Ukraynadakı münaqişənin siyasi həllinə yönəlmiş istənilən təşəbbüsləri, o cümlədən Səudiyyə Ərəbistanında planlaşdırılan müvafiq danışıqları alqışlayır. Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani Şafi məlumat verib.
O, avqustun əvvəlində Səudiyyə Ərəbistanının Ciddə şəhərində gözlənilən sülh danışıqları barədə məlumatı şərh edərkən deyib: "Biz Ukrayna böhranının siyasi həllinə nail olmağa imkan verəcək istənilən hərəkət və təşəbbüsləri alqışlayırıq".
Səudiyyə Ərəbistanı avqustun əvvəlində Qərb ölkələrinin iştirakı ilə Ukrayna üzrə sülh danışıqları keçirməyi planlaşdırır.
ABŞ-nin "The Wall Street Journal" nəşrinin məlumatına görə, avqustun 5-dən 6-dək Ciddədə keçiriləcək görüşə 30 ölkədən yüksəksəviyyəli rəsmilər gələcək, lakin Rusiya bu siyahıda yoxdur.
Xəbər lenti
0