https://sputnik.az/20230731/nuve-muharibesi-iqlim-deyisikliyinden-daha-tehlukeli-deyil---blinken-457296626.html
Nüvə müharibəsi iqlim dəyişikliyindən daha təhlükəli deyil - Blinken
Nüvə müharibəsi iqlim dəyişikliyindən daha təhlükəli deyil - Blinken
Sputnik Azərbaycan
ABŞ dövlət katibinin sözlərinə görə, qlobal istiləşmə dövrümüzün ekzistensial çağırışıdır, lakin bu, beynəlxalq nizam üçün başqa kəskin çağırışların olmaması... 31.07.2023, Sputnik Azərbaycan
2023-07-31T00:30+0400
2023-07-31T00:30+0400
2023-07-31T00:30+0400
dünya xəbərləri
entoni blinken
antoni blinken
nüvə müharibəsi
abş
dmitri medvedev
https://cdnn1.img.sputnik.az/img/07e7/06/06/455644921_0:0:3072:1728_1920x0_80_0_0_39536f745a2ebb386fb5d747b35e8179.jpg
BAKI, 31 iyul - Sputnik. “Potensial nüvə müharibəsi təhlükəsi iqlim dəyişikliyinin ekzistensial problemindən daha təhlükəli deyil, bu məsələlərdə iyerarxiya yoxdur”.Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.Onun sözlərinə görə, qlobal istiləşmə dövrümüzün ekzistensial çağırışıdır, lakin bu, beynəlxalq nizam üçün başqa kəskin çağırışların olmaması demək deyil.“Zamanın ekzistensial çağırışı var, lakin bu, beynəlxalq nizama ciddi çağırışların olmadığı anlamına gəlmir. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi kimi. Biz birdən çox işi yerinə yetirməliyik. Bizi qarşıda bir çox çağırışlar gözləyir və biz onlara eyni vaxtda cavab verməliyik” - Blinken deyib. Bu arada Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz "Telegram" kanalında yazıb ki, Rusiya Silahlı Qüvvələri öz ərazisindən imtina edəcəyi təqdirdə nüvə silahından istifadə etməli olacaq.O, Rusiya Silahlı Qüvvələrinin kollektiv düşmənin əks-hücumunu dəf edərək qlobal münaqişənin qarşısını aldığını bildirib.Medvedev qeyd edib ki, əgər "NATO-nun dəstəyi ilə Ukrayna Bandera qoşunlarının hücumu"nun uğur qazandığını və Rusiya ərazisinin bir hissəsini ələ keçirdiklərini təsəvvür etsək, Rusiya ölkə prezidentinin 02.06.2020-ci il tarixli fərmanının qaydalarına əsasən, "nüvə silahından istifadəyə getməlidir".Bu yaxınlarda ABŞ-ın sabiq Prezidenti Donald Tramp, ABŞ-dan daha çox nüvə silahına malik olan Rusiya ilə anlaşmağa çağırıb.Onun sözlərinə görə, Ukraynadakı münaqişə səbəbindən ABŞ hazırda "çox axmaq və təhlükəli vəziyyətdədir".Təqaüddə olan amerikalı polkovnik Daniel Davis bildirib ki, Qərbin Moskvanı "işğal olunmuş" ərazilərdən sıxışdırıb çıxarmaq istəyi Rusiyanın ən böyük nüvə silahı arsenalı ilə nəticələnəcək.
https://sputnik.az/20230730/rusiya-oz-erazisinden-imtina-ederse-nuve-silahindan-istifade-etmeli-olacaq-457278311.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/06/455644921_0:0:2732:2048_1920x0_80_0_0_afaab32b8be376503195c716348b42f8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
entoni blinken, antoni blinken, nüvə müharibəsi, abş, dmitri medvedev
entoni blinken, antoni blinken, nüvə müharibəsi, abş, dmitri medvedev
Nüvə müharibəsi iqlim dəyişikliyindən daha təhlükəli deyil - Blinken
ABŞ dövlət katibinin sözlərinə görə, qlobal istiləşmə dövrümüzün ekzistensial çağırışıdır, lakin bu, beynəlxalq nizam üçün başqa kəskin çağırışların olmaması demək deyil.
BAKI, 31 iyul - Sputnik. “Potensial nüvə müharibəsi təhlükəsi iqlim dəyişikliyinin ekzistensial problemindən daha təhlükəli deyil, bu məsələlərdə iyerarxiya yoxdur”.
Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
Onun sözlərinə görə, qlobal istiləşmə dövrümüzün ekzistensial çağırışıdır, lakin bu, beynəlxalq nizam üçün başqa kəskin çağırışların olmaması demək deyil.
“Zamanın ekzistensial çağırışı var, lakin bu, beynəlxalq nizama ciddi çağırışların olmadığı anlamına gəlmir. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi kimi. Biz birdən çox işi yerinə yetirməliyik. Bizi qarşıda bir çox çağırışlar gözləyir və biz onlara eyni vaxtda cavab verməliyik” - Blinken deyib.
Bu arada Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz "Telegram" kanalında yazıb ki, Rusiya Silahlı Qüvvələri öz ərazisindən imtina edəcəyi təqdirdə nüvə silahından istifadə etməli olacaq.
O, Rusiya Silahlı Qüvvələrinin kollektiv düşmənin əks-hücumunu dəf edərək qlobal münaqişənin qarşısını aldığını bildirib.
Medvedev qeyd edib ki, əgər "NATO-nun dəstəyi ilə Ukrayna Bandera qoşunlarının hücumu"nun uğur qazandığını və Rusiya ərazisinin bir hissəsini ələ keçirdiklərini təsəvvür etsək, Rusiya ölkə prezidentinin 02.06.2020-ci il tarixli fərmanının qaydalarına əsasən, "nüvə silahından istifadəyə getməlidir".
Bu yaxınlarda ABŞ-ın sabiq Prezidenti Donald Tramp, ABŞ-dan daha çox nüvə silahına malik olan Rusiya ilə anlaşmağa çağırıb.
Onun sözlərinə görə, Ukraynadakı münaqişə səbəbindən ABŞ hazırda "çox axmaq və təhlükəli vəziyyətdədir".
Təqaüddə olan amerikalı polkovnik Daniel Davis bildirib ki, Qərbin Moskvanı "işğal olunmuş" ərazilərdən sıxışdırıb çıxarmaq istəyi Rusiyanın ən böyük nüvə silahı arsenalı ilə nəticələnəcək.