https://sputnik.az/20230731/macaristan-parlamenti-svecin-nato-ya-daxil-olmasini-tesdiq-ede-bilmeyib-457321073.html
Macarıstan parlamenti İsveçin NATO-ya daxil olmasını təsdiq edə bilməyib
Macarıstan parlamenti İsveçin NATO-ya daxil olmasını təsdiq edə bilməyib
Sputnik Azərbaycan
Məlumatda deyilir ki, hazırda Macarıstan parlamenti yay tətilindədir və rəsmi olaraq yalnız 25 sentyabrdan işə başlayacaq. Bu səbəbdən İsveçin NATO-ya... 31.07.2023, Sputnik Azərbaycan
2023-07-31T18:04+0400
2023-07-31T18:04+0400
2023-07-31T18:06+0400
nato
dünya xəbərləri
finlandiya
isveç
macarıstan
parlament
https://cdnn1.img.sputnik.az/img/07e6/01/18/438440708_0:311:3072:2039_1920x0_80_0_0_c7c582c0899cddb210d77eb08f7d6702.jpg
BAKI, 31 iyul — Sputnik. Macarıstan parlamenti ölkənin Baş naziri Viktor Orbanın partiyasının mövqeyinə görə İsveçin NATO-ya daxil olmasını təsdiq edə bilməyib. Bu barədə Macarıstan Milli Məclisinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, "FİDES - Macarıstan Vətəndaş Birliyi" partiyası boykot elan edib və müxalifətin təşkil etdiyi növbədənkənar toplantıya qatılmayıb. Məlumatda deyilir ki, hazırda Macarıstan parlamenti yay tətilindədir və rəsmi olaraq yalnız 25 sentyabrdan işə başlayacaq. Bu səbəbdən İsveçin NATO-ya üzvlüyünün bu tarixdən əvvəl ratifikasiya olunacağı gözlənilmir. Xatırladaq ki, Finlandiya və İsveç ötən ilin mayında NATO-ya üzv olmaq üçün müraciət edib, lakin Türkiyə bu ölkələrdən PKK/YPG təşkilatlarının terrorçu elan etmələrini, həmçinin 2016-cı ildə terrorizmdə və ya dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunan şəxslərin ekstradisiyasını tələb edərək üzvlük prosesini əngəlləmişdi. Finlandiyanın NATO Alyansına qəbulu ilə bağlı rəsmi mərasim bu il aprelin 4-də təşkilatın Brüsseldəki mənzil-qərargahında keçirilib. (APA)
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/18/438440708_210:0:2941:2048_1920x0_80_0_0_0bbb8a896418f6ac5b470fa6457bbcf7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nato, finlandiya, isveç, macarıstan, parlament
nato, finlandiya, isveç, macarıstan, parlament
Macarıstan parlamenti İsveçin NATO-ya daxil olmasını təsdiq edə bilməyib
18:04 31.07.2023 (Yenilənib: 18:06 31.07.2023) Məlumatda deyilir ki, hazırda Macarıstan parlamenti yay tətilindədir və rəsmi olaraq yalnız 25 sentyabrdan işə başlayacaq. Bu səbəbdən İsveçin NATO-ya üzvlüyünün bu tarixdən əvvəl ratifikasiya olunacağı gözlənilmir
BAKI, 31 iyul — Sputnik. Macarıstan parlamenti ölkənin Baş naziri Viktor Orbanın partiyasının mövqeyinə görə İsveçin NATO-ya daxil olmasını təsdiq edə bilməyib.
Bu barədə Macarıstan Milli Məclisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, "FİDES - Macarıstan Vətəndaş Birliyi" partiyası boykot elan edib və müxalifətin təşkil etdiyi növbədənkənar toplantıya qatılmayıb.
Məlumatda deyilir ki, hazırda Macarıstan parlamenti yay tətilindədir və rəsmi olaraq yalnız 25 sentyabrdan işə başlayacaq. Bu səbəbdən İsveçin NATO-ya üzvlüyünün bu tarixdən əvvəl ratifikasiya olunacağı gözlənilmir.
Xatırladaq ki, Finlandiya və İsveç ötən ilin mayında NATO-ya üzv olmaq üçün müraciət edib, lakin Türkiyə bu ölkələrdən PKK/YPG təşkilatlarının terrorçu elan etmələrini, həmçinin 2016-cı ildə terrorizmdə və ya dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunan şəxslərin ekstradisiyasını tələb edərək üzvlük prosesini əngəlləmişdi.
Finlandiyanın NATO Alyansına qəbulu ilə bağlı rəsmi mərasim bu il aprelin 4-də təşkilatın Brüsseldəki mənzil-qərargahında keçirilib. (APA)