DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Danimarka XİN rəhbəri: Hadisələrin nəzarətdən çıxmasını gözləməməliyik

© AFP 2024 / TT News Agency /FREDRIK SANDBERGDanimarka-İsveç ekstremist Rasmus Paludan
Danimarka-İsveç ekstremist Rasmus Paludan - Sputnik Azərbaycan, 1920, 31.07.2023
Abunə olmaq
Rasmussen vurğulayıb ki, Danimarka hakimiyyəti kənar təzyiqlərə görə deyil, krallığın maraqlarına əsaslanaraq belə hərəkətləri məhdudlaşdırmaq niyyətindədir.
BAKI, 31 iyul — Sputnik. Danimarka hökumətinin digər ölkələri, mədəniyyətləri və dinləri təhqir edən ictimai tədbirlərin, o cümlədən Quran yandırılmasının məhdudlaşdırılması təşəbbüsü krallığın bir sıra müsəlman ölkələri ilə münasibətlərində artan gərginliyi aradan qaldırmağa kömək edəcək. Bunu Danimarka xarici işlər naziri Lars Lyokke Rasmussen bildirib.
"Ümid edirik ki, həm Danimarkada, həm də ondan kənarda bu məsələ üzərində işlədiyimizi elan etməyimiz hal-hazırda üzləşdiyimiz problemlərin səngiməsinə gətirib çıxaracaq", - "Reuters" onun sözlərindən sitat gətirib.
Rasmussen vurğulayıb ki, Danimarka hakimiyyəti kənar təzyiqlərə görə deyil, krallığın maraqlarına əsaslanaraq belə hərəkətləri məhdudlaşdırmaq niyyətindədir.
"Biz sadəcə oturub hadisələrin nəzarətdən çıxmasını gözləməməliyik.
Danimarka hökuməti iyulun 30-da elan edib ki, digər ölkələrin, mədəniyyətlərin və dinlərin təhqir olunduğu və bunun dövlətin təhlükəsizliyi üçün ciddi mənfi nəticələrə səbəb ola biləcəyi xüsusi hallarda ictimai toplantılara icazə verilməməsi imkanlarını araşdırır. Bəyanatda vurğulanır ki, bir sıra hərəkətlər ilk növbədə Danimarkanın maraqlarına və vətəndaşlarının təhlükəsizliyinə ciddi ziyan vura biləcək təhqir və digər ölkələrin reaksiyalarına görə həyata keçirilib.
Xəbər lenti
0