https://sputnik.az/20230731/bakida-i-sinfe-qebulla-bagli-36-minden-cox-sorgu-yerlesdirilib-457314343.html
Bakıda I sinfə qəbulla bağlı 36 mindən çox sorğu yerləşdirilib
Bakıda I sinfə qəbulla bağlı 36 mindən çox sorğu yerləşdirilib
Sputnik Azərbaycan
Müraciətlərdən 1 843-ü məktəblərdə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzləri, 5 992-si sistemin "Əlaqə" bölməsi vasitəsilə cavablandırılıb 31.07.2023, Sputnik Azərbaycan
2023-07-31T16:24+0400
2023-07-31T16:24+0400
2023-07-31T16:32+0400
bakı
təhsil
bağça
uşaq bağçası
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426106200_0:160:3073:1888_1920x0_80_0_0_daf49a4e193c43ee77ad9ce3cac90f8d.jpg
BAKI, 31 iyul — Sputnik. İyulun 31-i (saat 14:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 36 928 uşaq üçün elektron sistem (https://mektebeqebul.edu.az/) vasitəsilə sorğu yerləşdirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı 7 835 elektron müraciət daxil olub. Müraciətlərdən 1 843-ü məktəblərdə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzləri, 5 992-si sistemin "Əlaqə" bölməsi vasitəsilə cavablandırılıb. Qeyd edək ki, I sinfə elektron qeydiyyat sisteminin tətbiqi təhsil sahəsində göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir. Onu da qeyd edək ki, ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesi sentyabrın 14-ü başa çatacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426106200_170:0:2901:2048_1920x0_80_0_0_e4c0c3c0c1e586f7fc34f4de21b415ca.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı, bağça, uşaq bağçası
bakı, bağça, uşaq bağçası
Bakıda I sinfə qəbulla bağlı 36 mindən çox sorğu yerləşdirilib
16:24 31.07.2023 (Yenilənib: 16:32 31.07.2023) Müraciətlərdən 1 843-ü məktəblərdə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzləri, 5 992-si sistemin "Əlaqə" bölməsi vasitəsilə cavablandırılıb
BAKI, 31 iyul — Sputnik. İyulun 31-i (saat 14:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 36 928 uşaq üçün elektron sistem (https://mektebeqebul.edu.az/) vasitəsilə sorğu yerləşdirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı 7 835 elektron müraciət daxil olub. Müraciətlərdən 1 843-ü məktəblərdə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzləri, 5 992-si sistemin "Əlaqə" bölməsi vasitəsilə cavablandırılıb.
Qeyd edək ki, I sinfə elektron qeydiyyat sisteminin tətbiqi təhsil sahəsində göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.
Onu da qeyd edək ki, ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesi sentyabrın 14-ü başa çatacaq.