DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Azərbaycanın təndiq edilməsinin haqlı bir əsası yoxdur - Hakan Fidan

© AP Photo / Burhan OzbiliciHakan Fidan
Hakan Fidan - Sputnik Azərbaycan, 1920, 31.07.2023
Abunə olmaq
Türkiyə XİN rəhbəri bildirib ki, Türkiyə Ermənistan münasibətlərinin dondurulmasının səbəbi Ermənistanın işğalçılıq siyasəti idi.
BAKI, 31 iyul — Sputnik. "Laçın Azərbaycan torpağıdır. Azərbaycan öz sərhəd buraxılış məntəqəsində hansı addımları atırsa, bu onun müstəqil haqlarından biridir". Bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
"Humanitar addımlarla bağlı Azərbaycanın göstərdiyi fəaliyyəti görürük. Həmin ərazidə tibbi məqsədlərlə gediş-gəlişə icazə verilir. Bu məsələdə Azərbaycanın təndiq edilməsinin haqlı bir əsası yoxdur", -deyə Türkiyə XİN rəhbəri qeyd edib.
Hakan Fidan Türkiyə-Ermənistan münasibətlərinə də aydınlıq gətirib:
"Türkiyə Ermənistan münasibətlərinin dondurulmasının səbəbi Ermənistanın işğalçılıq siyasəti idi. Bu gün işğal başa çatsa, da sonlandırılması lazım olan bəzi məsələlər var. Türkiyə olaraq bizim mövqeyimiz bundan ibarətdir ki, Azərbaycanla Ermənistan arasındakı razılaşmalar təmin edildikdən sonra Ermənistanla olan münasibətlərin normallaşdırılacaq. Türkiyə-Ermənistan münasibətlərinin normallaşdıırlması istiqamətində dialoq davam edir. Eyni zamanda Ermənistanla Azərbaycan arasında müxtəlif platformalarda danışıqlar gedir. Biz bu təmasları da yaxından izləyirik. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması çox vacibdir"
Xəbər lenti
0