Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanda Özbəkistan mədəniyyəti günləri keçiriləcək

© Sputnik / Murad OrujovBakı
Bakı - Sputnik Azərbaycan, 1920, 31.07.2023
Abunə olmaq
Mədəniyyət günləri çərçivəsində tanınmış özbək sənətçilərinin iştirakı ilə böyük konsert proqramı, eyni zamanda teatr tamaşalarının nümayişi, kitab sərgisinin keçirilməsi və digər tədbirlər nəzərdə tutulub
BAKI, 31 iyul — Sputnik. 1-4 avqust 2023-cü il tarixlərində Bakıda Özbəkistan mədəniyyəti günləri keçiriləcək.
Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib. Qeyd edilib ki, Özbəkistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən mədəniyyət günləri çərçivəsində tanınmış özbək sənətçilərinin iştirakı ilə böyük konsert proqramı, eyni zamanda teatr tamaşalarının nümayişi, kitab sərgisinin keçirilməsi və digər tədbirlər nəzərdə tutulub.
Dörd gün davam edəcək mədəniyyət günləri çərçivəsində məşhur sənətçilərdən Özbəkistanın Xalq artistləri Fərrux Zakirov, Nəsibə Abdullayeva, Haşimjon İsmaylov, Zulayxo Boyxanova, Gulsanam Mamazoitova, Jenisbek Piyazov, Samandar Alimov və başqaları azərbaycanlı sənətsevərlərin qarşısında çıxış edəcək.
Xəbər lenti
0