https://sputnik.az/20230731/antarktidada-argentina-erazisi-olcusunde-buz-parcasi-eriyir-457280600.html
Antarktidada Argentina ərazisi ölçüsündə buz parçası əriyir
Antarktidada Argentina ərazisi ölçüsündə buz parçası əriyir
Sputnik Azərbaycan
Kolorado Universitetinin qlyasioloqu Ted Skambos bildirib ki, dəniz buzunun ərimə səbəblərindən biri də planetin çirklənməsinə və istiləşməsinə görə Antarktida... 31.07.2023, Sputnik Azərbaycan
2023-07-31T09:03+0400
2023-07-31T09:03+0400
2023-07-31T09:03+0400
antarktida
dünya xəbərləri
buz
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457280434_0:226:3078:1957_1920x0_80_0_0_9dc4af1aef752dc7ac45bd07f1cd2375.jpg
BAKI, 31 iyul - Sputnik. Antarktida, həcminə görə Argentina ərazisi ilə müqayisə edilə bilən dəniz buzunu itirib. Bu barədə Rusiya mediası "CNN"nin yazdığına istinadən xəbər verib. Qeyd olunur ki, hər il fevralın sonunda, qitəyə yay gələndə Antarktika dəniz buzları azalır, qışda isə yenidən bərpa olunur. Ancaq bu dəfə buzun səviyyəsi çox aşağı olduğu və alimlərin gözləntilərini doğrultmadığı üzə çıxıb. Milli Qar və Buz Məlumat Mərkəzinin (NSIDC) məlumatına görə, buz sahəsi ötən qış rekordundan 1,6 milyon kvadrat kilometr azdır. Kolorado Universitetinin qlyasioloqu Ted Skambos dəniz buzunun əriməsinin bir sıra səbəblərlə əlaqəli olduğunu, bunlardan birinin planetin çirklənməsinə və istiləşməsinə görə Antarktida ətrafında artan qərb küləklərinin olduğunu söyləyib. "Bəlkə də biz bir daha Antarktika sisteminin, məsələn, 15 il əvvəl olduğu kimi, çox uzun bir dövr ərzində, bəlkə də heç vaxt necə bərpa olunduğunu görə bilməyəcəyik", - deyə alim bildirib. Xatırladaq ki, bu ilin iyul ayının ilk həftəsində Yer kürəsində orta temperatur üç dəfə tarixi maksimumunu yeniləyərək 17,23 dərəcəyə çatıb. Əvvəllər rekord 2016-cı ilin avqustunda qeydə alınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457280434_176:0:2907:2048_1920x0_80_0_0_629f934d4835eb2241f701e9ef409886.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
antarktida, buz
Antarktidada Argentina ərazisi ölçüsündə buz parçası əriyir
Kolorado Universitetinin qlyasioloqu Ted Skambos bildirib ki, dəniz buzunun ərimə səbəblərindən biri də planetin çirklənməsinə və istiləşməsinə görə Antarktida ətrafında artan qərb küləkləridir.
BAKI, 31 iyul - Sputnik. Antarktida, həcminə görə Argentina ərazisi ilə müqayisə edilə bilən dəniz buzunu itirib.
Bu barədə Rusiya mediası "CNN"nin yazdığına istinadən xəbər verib.
Qeyd olunur ki, hər il fevralın sonunda, qitəyə yay gələndə Antarktika dəniz buzları azalır, qışda isə yenidən bərpa olunur. Ancaq bu dəfə buzun səviyyəsi çox aşağı olduğu və alimlərin gözləntilərini doğrultmadığı üzə çıxıb.
Milli Qar və Buz Məlumat Mərkəzinin (NSIDC) məlumatına görə, buz sahəsi ötən qış rekordundan 1,6 milyon kvadrat kilometr azdır.
Kolorado Universitetinin qlyasioloqu Ted Skambos dəniz buzunun əriməsinin bir sıra səbəblərlə əlaqəli olduğunu, bunlardan birinin planetin çirklənməsinə və istiləşməsinə görə Antarktida ətrafında artan qərb küləklərinin olduğunu söyləyib.
"Bəlkə də biz bir daha Antarktika sisteminin, məsələn, 15 il əvvəl olduğu kimi, çox uzun bir dövr ərzində, bəlkə də heç vaxt necə bərpa olunduğunu görə bilməyəcəyik", - deyə alim bildirib.
Xatırladaq ki, bu ilin iyul ayının ilk həftəsində Yer kürəsində orta temperatur üç dəfə tarixi maksimumunu yeniləyərək 17,23 dərəcəyə çatıb. Əvvəllər rekord 2016-cı ilin avqustunda qeydə alınıb.