Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Türkiyədə sərnişin avtobusu 50 metr hündürlükdən aşıb, ölən və yaralananlar var

© Mithat Abakan/DHA-Depo Photos via APTürkiyədə avtobus qəzası
Türkiyədə avtobus qəzası - Sputnik Azərbaycan, 1920, 30.07.2023
Abunə olmaq
Yaralılar təcili yardım maşınları ilə Ərzurum və Qarsdakı xəstəxanalara çatdırılıb.
BAKI, 30 iyul - Sputnik. Türkiyənin Qars şəhərində sərnişin avtobusu qəzaya uğrayıb, 7 nəfər ölüb, daha 22 sərnişin yaralanıb.
Türkiyə KİV-lərinin yaydığı məlumata görə, Bursa-Qars ekspedisiyasını həyata keçirən sərnişin avtobusu Ərzurum-Qars avtomobil yolunun Sarıqamış rayonu Karakurt kəndinin girişində 50 metr hündürlükdən aşıb.
Hadisə yerinə təcili yardım, xilasedicilər, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları və jandarm cəlb edilib.
Yaralılar təcili yardım maşınları ilə Ərzurum və Qarsdakı xəstəxanalara çatdırılıb.
Vəziyyəti ağır olan yaralılardan biri təcili yardım helikopteri ilə Ərzuruma aparılıb.
Xəbər lenti
0