https://sputnik.az/20230730/herbi-liseylere-ve-mmu-nezdinde-gizir-hazirliq-kursuna-qebul-imtahanlari-kecirilir-457272726.html
Hərbi liseylərə və MMU nəzdində gizir hazırlıq kursuna qəbul imtahanları keçirilir
Hərbi liseylərə və MMU nəzdində gizir hazırlıq kursuna qəbul imtahanları keçirilir
Sputnik Azərbaycan
Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini sənədləri gətirməlidirlər. 30.07.2023, Sputnik Azərbaycan
2023-07-30T09:43+0400
2023-07-30T09:43+0400
2023-07-30T10:24+0400
imtahan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0e/427921887_0:100:1200:775_1920x0_80_0_0_e794c343c175e1f8f01c9185f4c20e5b.jpg
BAKI, 30 iyul - Sputnik. Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Müdafiə Nazirliyinin hərbi liseylərinə və Milli Müdafiə Universitetinin nəzdində gizir hazırlıq kursuna (orta ixtisas təhsili pilləsi üzrə) qəbul imtahanları keçirir.DİM-dən bildirilib ki, Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı Bakı və Naxçıvan şəhərlərində, digər imtahan isə Bakıda təşkil olunacaq. Hərbi liseylərə qəbul imtahanında 1118, gizir hazırlıq kursuna qəbul imtahanında isə 118 abituriyentin iştirakı nəzərdə tutulur.İmtahanların idarə olunmasına 6 ümumi imtahan rəhbəri, 16 imtahan rəhbəri, 120 nəzarətçi-müəllim və 12 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb edilib. İmtahanlar bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır. Saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini sənədləri gətirməlidirlər.Qeyd: Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa abituriyentin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0e/427921887_141:0:1200:794_1920x0_80_0_0_680a663d5ac710b8fcc44299e86edc4b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
imtahan
Hərbi liseylərə və MMU nəzdində gizir hazırlıq kursuna qəbul imtahanları keçirilir
09:43 30.07.2023 (Yenilənib: 10:24 30.07.2023) Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini sənədləri gətirməlidirlər.
BAKI, 30 iyul - Sputnik. Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Müdafiə Nazirliyinin hərbi liseylərinə və Milli Müdafiə Universitetinin nəzdində gizir hazırlıq kursuna (orta ixtisas təhsili pilləsi üzrə) qəbul imtahanları keçirir.
DİM-dən bildirilib ki, Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı Bakı və Naxçıvan şəhərlərində, digər imtahan isə Bakıda təşkil olunacaq. Hərbi liseylərə qəbul imtahanında 1118, gizir hazırlıq kursuna qəbul imtahanında isə 118 abituriyentin iştirakı nəzərdə tutulur.
İmtahanların idarə olunmasına 6 ümumi imtahan rəhbəri, 16 imtahan rəhbəri, 120 nəzarətçi-müəllim və 12 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb edilib. İmtahanlar bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır. Saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini sənədləri gətirməlidirlər.
Qeyd: Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa abituriyentin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.