SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Blinken Qarabağın erməni əhalisinə yüklərin çatdırılması üçün kompromis təklif edib

© AP Photo / Sergei GritsABŞ dövlət katibi Entoni Blinken
ABŞ dövlət katibi Entoni Blinken - Sputnik Azərbaycan, 1920, 30.07.2023
Abunə olmaq
Dövlət katibi "Laçın dəhlizi ilə" kommersiya, humanitar və şəxsi avtomobillərin sərbəst tranzitinə təcili ehtiyac olduğunu vurğulayıb.
BAKI, 30 iyul - Sputnik. ABŞ Dövlət katibi Antoni Blinken dünən Azərbaycan Prezidenti İlham Əliyevlə danışıb və Qarabağdakı humanitar vəziyyətdən dərin narahatlığını bildirib. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller məlumat verib.
Dövlət katibi Blinken "Laçın dəhlizi ilə" kommersiya, humanitar və şəxsi avtomobillərin sərbəst tranzitinə təcili ehtiyac olduğunu vurğulayıb və humanitar yüklərin Qarabağın erməni əhalisinə çatdırılması üçün alternativ marşrutlar üzrə kompromislərin zəruriliyini qeyd edib.
Blinken bütün tərəflərin sülh danışıqlarında fəallığını davam etdirməsinin vacibliyini vurğulayıb.
Xəbər lenti
0