https://sputnik.az/20230730/azerbaycan-xn-pakistanda-bas-veren-terror-aktini-pisleyib-457296923.html
Azərbaycan XİN Pakistanda baş verən terror aktını pisləyib
Azərbaycan XİN Pakistanda baş verən terror aktını pisləyib
Sputnik Azərbaycan
Pakistanda siyasi partiyanın qurultayında törədilən partlayış nəticəsində 40 nəfər ölüb, çox sayda yaralı var. 30.07.2023, Sputnik Azərbaycan
2023-07-30T23:52+0400
2023-07-30T23:52+0400
2023-07-30T23:53+0400
siyasət
xin
pakistan
terror aktı
partlayış
məhəmməd şahbaz şərif
https://cdnn1.img.sputnik.az/img/42063/78/420637815_0:23:2001:1148_1920x0_80_0_0_46208a6ef86234ddee256e8fe0940d5c.jpg
BAKI, 30 iyul - Sputnik. "Biz Bajaurda siyasi konqresdə törədilən terror aktını şiddətlə qınayırıq".Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Twitter hesabında yayılan bəyanatında qeyd olunub. ***Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində İslam Alimləri Assambleyası partiyasının konqresində kamikadzenin törətdiyi partlayış nəticəsində azı 40 nəfər ölüb.Fövqəladə hallar xidmətləri və yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, 200-dən çox insan da müxtəlif dərəcəli xəsarət alıb, xəstəxanaya yerləşdirilib.Partlayış yerli vaxtla saat 16:00 radələrində baş verib. Hadisə partiya liderlərindən birinin təxminən 400 nəfərin olduğu bir qrup tərəfdarı qarşısında çıxış edərkən olub.Pakistanın baş naziri Şahbaz Şərif hadisənin araşdırılması və məsuliyyət daşıyanların tapılması barədə göstəriş verib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42063/78/420637815_0:0:1773:1330_1920x0_80_0_0_5e13170674be59a188826782786329aa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xin, pakistan, terror aktı, partlayış, məhəmməd şahbaz şərif
xin, pakistan, terror aktı, partlayış, məhəmməd şahbaz şərif
Azərbaycan XİN Pakistanda baş verən terror aktını pisləyib
23:52 30.07.2023 (Yenilənib: 23:53 30.07.2023) Pakistanda siyasi partiyanın qurultayında törədilən partlayış nəticəsində 40 nəfər ölüb, çox sayda yaralı var.
BAKI, 30 iyul - Sputnik. "Biz Bajaurda siyasi konqresdə törədilən terror aktını şiddətlə qınayırıq".
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Twitter hesabında yayılan bəyanatında qeyd olunub.
“Biz 40 nəfərin ölümü, yüzdən çox insanın yaralanması ilə nəticələnən bu terror aktına qarşı qardaş Pakistanın yanındayıq. Hökumətə, həlak olanlara və onların ailələrinə başsağlığı veririk” – bəyanatda deyilir.
Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində İslam Alimləri Assambleyası partiyasının konqresində kamikadzenin törətdiyi partlayış nəticəsində azı 40 nəfər ölüb.
Fövqəladə hallar xidmətləri və yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, 200-dən çox insan da müxtəlif dərəcəli xəsarət alıb, xəstəxanaya yerləşdirilib.
Partlayış yerli vaxtla saat 16:00 radələrində baş verib. Hadisə partiya liderlərindən birinin təxminən 400 nəfərin olduğu bir qrup tərəfdarı qarşısında çıxış edərkən olub.
Pakistanın baş naziri Şahbaz Şərif hadisənin araşdırılması və məsuliyyət daşıyanların tapılması barədə göstəriş verib.