https://sputnik.az/20230730/azerbaycan-respublikasinin-vetendasi-olmasi-ehtimal-olunan-bir-qrup-sexse-pasport-verilib-457285643.html
Azərbaycan Respublikasının vətəndaşı olması ehtimal olunan bir qrup şəxsə pasport verilib
Azərbaycan Respublikasının vətəndaşı olması ehtimal olunan bir qrup şəxsə pasport verilib
Sputnik Azərbaycan
Məsələ üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb 30.07.2023, Sputnik Azərbaycan
2023-07-30T18:32+0400
2023-07-30T18:32+0400
2023-07-30T18:53+0400
azərbaycan xəbərləri
azərbaycan
vətəndaş
türkiyə
https://cdnn1.img.sputnik.az/img/42229/51/422295196_0:107:2001:1232_1920x0_80_0_0_d4647e9d0165189f13076136a618b611.jpg
BAKI, 30 iyul - Sputnik. Azərbaycan Respublikası Hökuməti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Türkiyədə yaşayan Azərbaycan Respublikası vətəndaşlarına zəruri konsulluq və digər hüquqi yardımın göstərilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir.Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.Məsələ üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb və Türkiyə tərəfi ilə razılaşdırmaqla nümayəndə heyəti vətəndaşlarımıza müvafiq yardımın göstərilməsi üçün 2022-ci ilin oktyabr ayından etibarən İstanbul şəhərinə səfərlər edib.Səfərlər çərçivəsində vətəndaşlarımızla müsahibələr, onlara zəruri konsulluq və hüquqi yardımın göstərilməsi ölkəmizin İstanbul şəhərindəki Baş Konsulluğunda həyata keçirilir.Nəticədə layihə çərçivəsində indiyə qədər ümumilikdə 3827 nəfərin müraciəti cavablandırılıb, onlardan 2093 nəfərin pasport rəsmiləşdirilməsi üzrə, 459 nəfərin vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üzrə sorğuları icraata yönəldililib. 283 konsulluq əməliyyatı (subaylıq arayışı, doğumun qeydə alınması, nikahın qeydə alınması, tərcümənin təsdiqi və atalığın müəyyən edilməsi) həyata keçirilib.İşçi Qrupunun İstanbul şəhərinə növbəti səfərləri ilə bağlı elan Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğu və Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi internet səhifəsində, eləcə də sosial şəbəkə hesablarında dərc olunacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42229/51/422295196_23:0:1796:1330_1920x0_80_0_0_146070ee5d2e28b21a6d1c6b6099bc75.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, vətəndaş, türkiyə
azərbaycan, vətəndaş, türkiyə
Azərbaycan Respublikasının vətəndaşı olması ehtimal olunan bir qrup şəxsə pasport verilib
18:32 30.07.2023 (Yenilənib: 18:53 30.07.2023) Məsələ üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb
BAKI, 30 iyul - Sputnik. Azərbaycan Respublikası Hökuməti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Türkiyədə yaşayan Azərbaycan Respublikası vətəndaşlarına zəruri konsulluq və digər hüquqi yardımın göstərilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Məsələ üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb və Türkiyə tərəfi ilə razılaşdırmaqla nümayəndə heyəti vətəndaşlarımıza müvafiq yardımın göstərilməsi üçün 2022-ci ilin oktyabr ayından etibarən İstanbul şəhərinə səfərlər edib.
Səfərlər çərçivəsində vətəndaşlarımızla müsahibələr, onlara zəruri konsulluq və hüquqi yardımın göstərilməsi ölkəmizin İstanbul şəhərindəki Baş Konsulluğunda həyata keçirilir.
Nəticədə layihə çərçivəsində indiyə qədər ümumilikdə 3827 nəfərin müraciəti cavablandırılıb, onlardan 2093 nəfərin pasport rəsmiləşdirilməsi üzrə, 459 nəfərin vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üzrə sorğuları icraata yönəldililib. 283 konsulluq əməliyyatı (subaylıq arayışı, doğumun qeydə alınması, nikahın qeydə alınması, tərcümənin təsdiqi və atalığın müəyyən edilməsi) həyata keçirilib.
İşçi Qrupunun İstanbul şəhərinə növbəti səfərləri ilə bağlı elan Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğu və Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi internet səhifəsində, eləcə də sosial şəbəkə hesablarında dərc olunacaq.