https://sputnik.az/20230729/xacaturyanin-adi-1991-ci-ilde-meseli-kendinde-cinayet-toretmis-sexsler-arasindadir---xn-457270782.html
Xaçaturyanın adı 1991-ci ildə Meşəli kəndində cinayət törətmiş şəxslər arasındadır - XİN
Xaçaturyanın adı 1991-ci ildə Meşəli kəndində cinayət törətmiş şəxslər arasındadır - XİN
Sputnik Azərbaycan
Ayxan Hacızadə Meşəli qətliamının iştirakçısının saxlanılması ilə bağlı Ermənistan XİN-ə cavab verib. 29.07.2023, Sputnik Azərbaycan
2023-07-29T20:37+0400
2023-07-29T20:37+0400
2023-07-29T20:38+0400
azərbaycan xəbərləri
azərbaycan xin
meşəli kəndi
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/14/447657259_0:0:850:478_1920x0_80_0_0_549c7e095bf8537182d2b81524c767c4.jpg
BAKI, 29 iyul - Sputnik. Ermənisan Xarici İşlər Nazirliyi yenə də dezinformasiya yayır. Bunu Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə tviter-də yazıb.Ermənistan XİN sözçüsü Ani Badalyanın yalan informasiyalar səsləndirməsinə cavab olaraq, Hacızadə qeyd edib ki, haqqında danışılan 68 yaşlı Vaqif Xaçaturyan Xocalıdakı Meşəli qətliamında iştirak etdiyi üçün beynəlxalq axtarışa verilib.Hacızadənin sözlərinə görə, istintaq müəyyən edib ki, Xaçaturyan 1991-ci ildə Meşəli kəndinə basqın edərək 25 azərbaycanlını qətlə yetirmiş, 14 nəfəri yaralamış, 358 azərbaycanlını öz yurd-yuvasından didərgin salmış erməni silahlı cinayətkarları sırasında yer alır.Qeyd edək ki, Vaqif Xaçaturyan bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
meşəli kəndi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/14/447657259_141:0:848:530_1920x0_80_0_0_d7ec0d22cbd752a86d8d7b75ac718795.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan xin, meşəli kəndi
azərbaycan xin, meşəli kəndi
Xaçaturyanın adı 1991-ci ildə Meşəli kəndində cinayət törətmiş şəxslər arasındadır - XİN
20:37 29.07.2023 (Yenilənib: 20:38 29.07.2023) Ayxan Hacızadə Meşəli qətliamının iştirakçısının saxlanılması ilə bağlı Ermənistan XİN-ə cavab verib.
BAKI, 29 iyul - Sputnik. Ermənisan Xarici İşlər Nazirliyi yenə də dezinformasiya yayır. Bunu Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə tviter-də yazıb.
Ermənistan XİN sözçüsü Ani Badalyanın yalan informasiyalar səsləndirməsinə cavab olaraq, Hacızadə qeyd edib ki, haqqında danışılan 68 yaşlı Vaqif Xaçaturyan Xocalıdakı Meşəli qətliamında iştirak etdiyi üçün beynəlxalq axtarışa verilib.
Hacızadənin sözlərinə görə, istintaq müəyyən edib ki, Xaçaturyan 1991-ci ildə Meşəli kəndinə basqın edərək 25 azərbaycanlını qətlə yetirmiş, 14 nəfəri yaralamış, 358 azərbaycanlını öz yurd-yuvasından didərgin salmış erməni silahlı cinayətkarları sırasında yer alır.
Qeyd edək ki, Vaqif Xaçaturyan bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.