Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Rasim Balayev: Kreditini düşünən aktyor öz rolunu necə oynaya bilər?

© Sputnik / Kemale AliyevaRasim Balayev
Rasim Balayev - Sputnik Azərbaycan, 1920, 29.07.2023
Abunə olmaq
Xalq artisti deyib ki, aktyor sənətindən başqa heç nəyi düşünməməlidir, kreditini düşünən aktyor öz rolunu necə oynaya bilər?
BAKI, 29 iyul — Sputnik Hollivud aktyorları bu yaxınlarda böyük studiyalar və yayım şirkətləri ilə ödənişlərin artırılması ilə bağlı razılığa gəlmədiyinə görə tətilə başlayıblar. Etiraz aksiyalarına 160 minə yaxın kino və televiziya aktyoru qoşulub. Azərbaycanda da illərdir ki, kino və teatr aktyorları aldıqları qonorardan və məvacibdən narazı olduqlarını dilə gətiriblər. Amma tətil etmək Azərbaycan aktyorlarının ağlına belə gəlməyib. Əslində isə Azərbaycanın təvazökar həyat yaşayan məşhur aktyorları hazırkı vəziyyətdən çıxmaq üçün yollar axtarırlar.
Afaq Bəşirqızı: İki-üç nəfərə göstərilən qayğı teatra, kinoya göstərilən qayğı demək deyil
Xalq artisti Afaq Bəşirqızı bildirib ki, o dəfələrlə çıxışlarında aktyorların maddi vəziyyətinin ağır olduğunu qeyd edib. Sənət yoldaşlarının sosial vəziyyəti hər zaman onu düşündürüb: "Mən hər zaman demişəm, iki-üç nəfərə göstərilən qayğı ümumi teatra, kinoya göstərilən qayğı demək deyil. Çünki bir güllə bahar olmaz. Aktyor tək səhnədə heç nə edə bilməz. Aktyorun ətrafı olmalıdır. Hazırda aktyorlarımız çox pis vəziyətdədir. Yəqin ki xatırlayırsınız, 2019-cu ilin martında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüş keçirmişdi. Mən həmin görüşdə aktoyrların maaşlarının qaldırılmasını təklif etmişdim. Həmin görüşdə mənə söz verilməmişdi. Çıxışlarda şəxsi ambisiyalar çox idi. Ona görə, mikrafonu özümə tərəf çəkib danışdım. Onu bilirəm ki, ölkə başçısına çox şeylər düzgün çatırılmır. Ona görə, mikrafonu özümə tərəf çəkib, ürəkdən gələn sözlərimi cənab prezidentə və xanımına çatdırdım. Bu ilin apreldə teatr forumu keçirildi. Həmin forumda mən bu məsələni qaldırmışdım".
© Sputnik / Kemale AliyevaAfaq Bəşirqızı
Афаг Баширгызы - Sputnik Azərbaycan, 1920, 27.07.2023
Afaq Bəşirqızı
Hollivud aktyorları etiraz edirsə, yazıq Azərbaycan aktyorları bəs neyləsin?!
Xalq artisti Rasim Balayev də aktyorların durumunun ağır olduğunu, tətil olsa, özünün də qoşula biləcəyini deyib: "Hollivud aktyorları etiraz edirsə, yazıq Azərbaycan aktyorları bəs neyləsin? Bir dəfə Hollivudda idim. Orada mənə göstərdilər ki, bax bu Maykl Ceksonun mülküdür, bu filan akyorun villasıdır. Mən dedim ki, "gəlin burdan çıxaq gedək, bir az da qalsam bütün yaşamaq eşqim öləcək". Sovet dönəmində filmlər, dublyajlar çox idi. O vaxt indiki dövrlə müqayisədə çox yaxşı idi. İndi vəziyyət çox pisdir. Hətta bəzən pula görə mən də hansısa filmə çəkilirəm, sonra peşman oluram. Tətil olsa, mən də qoşularam. Aktyor sənətindən başqa heç nəyi düşünməməlidir. Kreditini düşünən aktyor öz rolunu necə oynaya bilər?"
"Etiraz aksiyasına düşünmədən qoşularam"
Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev bildirir ki, Azərbaycan aktoyrları tətil elan edərsə, belə aksiyaya düşünmədən qoşular: "Böyük məmnuniyyətlə qoşularam. Bu gün Azərbaycan aktyoruna verilən qiymətə görə çox narazıyam: həm film sektorunda, həm dublyajda, həm də teatrda. Hər zaman efirlərdə müsahibələrimdə demişəm və deyəcəyəm. Bu gün populyar türk aktyorunun 1 bölümə aldığı məbləği almaq üçün Azərbaycanın tanınmış aktyoru 10 il işləməlidir. Dublyajda səhərdən axşama qədər boğaz cırırlar. Onlara gülünc bir məbləğ ödənilir. Seriala çəkilən aktyora ən yaxşı halda 850-1500 manat ödəyirlər. Mənim başqa sahələrdə çalışan tanışlarıma aldığım məvacibi deyəndə dəhşətə gəlirlər. Aktyor tanınmış insandır, o normal geyinməlidir. Aktyor cəmiyyətin, dövrün güzgüsüdür. Sovet dövründə yaşayan, işləyən aktyorlar bir filmdən bir ev ala biliblər. İndi isə elə pul verirlər ki, onunla ancaq kirayə yaşaya bilərsən, o da sürünə-sürünə".
© Courtesy of Elman RafiyevAzərbaycan Pantomima Teatrının aktoyru və direktoru, Əməkdar artist Elman Rəfiyev
Azərbaycan Pantomima Teatrının aktoyru və direktoru, Əməkdar artist Elman Rəfiyev - Sputnik Azərbaycan, 1920, 27.07.2023
Azərbaycan Pantomima Teatrının aktoyru və direktoru, Əməkdar artist Elman Rəfiyev
"Sənət yoldaşlarım etiraz etməkdənsə, aza qane olmağı üstün tuturlar"
Son illər Azərbaycan teatr və kinosunda unudulmaz obrazlar yaradan Zülfiyyə Qurbanova da təəssüf hissi ilə qeyd etdi ki, həmkarları arasında birlik olmadığından anoloji hadisə ölkəmiz üçün keçərli deyil:
© Sputnik / Murad OrujovZülfiyyə Qurbanova
Zülfiyyə Qurbanova - Sputnik Azərbaycan, 1920, 27.07.2023
Zülfiyyə Qurbanova
"Mən dəfələrlə sənət yoldaşlarıma demişəm ki, gəlin etiraz edək, az qonorara çəkilməyək, maaşımızı artırsınlar. Amma heç vaxt səslərini çıxarmayıblar. Aza qane olub oturublar. Ona görə də tətil məsələsi bizdə alınmaz. Aktyorlar həmişə öz sənət yoldaşlarını meydanda tək qoyurlar".
Qeyd edək ki, Hollivudda aktyorların tətilinə dəstək olaraq ABŞ Kinematoqrafçılar Gildiyasına xeyli məbləğdə maliyyə yardımı edilib. Ötən gün, aktyorların tətilinin ikinci həftəsində Hollivud ulduzu Dyuen Conson etiraz edən həmkarlarına maddi dəstək verib.
"Bu, bir anda tək şəxsdən aldığımız ən böyük ianədir. Təəccüblü olan odur ki, ianə olunan bir çek minlərlə aktyora masalarında yemək yeməyə, uşaqlarının təhlükəsizliyini təmin etməyə və maşınlarını işlək vəziyyətdə saxlamağa kömək edəcək. Sənətçinin bu məsələdə laqeyd qalmayaraq etdiyi səxavətli hərəkəti Gildiyanın davamlı işinə təkan verdi", - deyə ABŞ Kinematoqrafçılar Gildiyası fondunun rəhbəri Sid Uilson qeyd edib.
Xəbər lenti
0