https://sputnik.az/20230729/rafaelin-tablosunun-orijinalligini-yoxlamaq-ucun-suni-intellektden-istifade-edilib-457264268.html
Rafaelin tablosunun orijinallığını yoxlamaq üçün süni intellektdən istifadə edilib
Rafaelin tablosunun orijinallığını yoxlamaq üçün süni intellektdən istifadə edilib
Sputnik Azərbaycan
Ekspertlər daha bir tablonun dahi rəssamın orijinal əsəri ola biləcəyini düşünürlər. 29.07.2023, Sputnik Azərbaycan
2023-07-29T20:49+0400
2023-07-29T20:49+0400
2023-07-29T20:49+0400
rəsm
dünya xəbərləri
süni intellekt
rəssam
əsər
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1d/457264072_0:154:2047:1305_1920x0_80_0_0_3188a34c05beb925c2d047b35070acc1.jpg
BAKI, 29 iyul — Sputnik. Rafaelin tablosunun orijinallığını yoxlamaq üçün süni intellektdən istifadə edilib. Sputnik Azərbaycan xarici KİV-lərə istinadla xəbər verir ki, həmin tablo Rafaelin Drezden Qalereyasında saxlanılan məşhur “Sikstin Madonnası”na çox bənzəyir və ekspertlərin bir çoxu iddia edirlər ki, o, dahi rəssamın orijinal əsəri ola bilər. Bu tablo onun sahibi olan fondun adı ilə “Tondi de Bresi” adlandırılıb. Qeyd edək ki, “Madonna”nın mənşəyi ilə bağlı mübahisələr artıq 40 ildir davam edir. Süni intellekt bu iki əsəri müqayisə edib və onların arasında uyğunluq səviyyəsi 97 faiz olub. Süni intellekt insanın gözü ilə görə bilmədiyi nüansları da aşkara çıxarır. Bununla belə, sənətşünaslar yenə də ortaq məxrəcə gələ bilməyiblər. Bredford Universitetinin tədqiqatçıları israr edirlər ki, süni intellektin nəticələri ekspertlərin rəyindən daha obyektivdir. Məlumat üçün qeyd edək ki, "Madonna Litta" əsəri Leonardo da Vinçiyə aid edilən və Sankt-Peterburqdakı Ermitaj muzeyində saxlanılam XV əsrə aid rəsm əsəridir. Rəsmdə “Əmizdirici Madonna” ikonoqrafiyasına uyğun Körpə İsanı əmizdirən Məryəm təsvir edilib.Leonardo yaradıcılığının erkən dövrünə aid “Madonna qərənfillə” əsərində olduğu kimi fiqurlar qaranlıq interyerdə təqdim edilib. Arxada iki tağlı pəncərədən aerial prespektivdə tağlı peyzaj görünür. Məsih sol əlində Avropa alacəhrəsi tutur ki, bu da onun gələcək əziyyətlərinə işarədir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1d/457264072_0:0:2047:1535_1920x0_80_0_0_85f8df3cc031811aed3ee87e247b04e4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rəsm, süni intellekt, rəssam, əsər
rəsm, süni intellekt, rəssam, əsər
Rafaelin tablosunun orijinallığını yoxlamaq üçün süni intellektdən istifadə edilib
Ekspertlər daha bir tablonun dahi rəssamın orijinal əsəri ola biləcəyini düşünürlər.
BAKI, 29 iyul — Sputnik. Rafaelin tablosunun orijinallığını yoxlamaq üçün süni intellektdən istifadə edilib. Sputnik Azərbaycan xarici KİV-lərə istinadla xəbər verir ki, həmin tablo Rafaelin Drezden Qalereyasında saxlanılan məşhur “Sikstin Madonnası”na çox bənzəyir və ekspertlərin bir çoxu iddia edirlər ki, o, dahi rəssamın orijinal əsəri ola bilər.
Bu tablo onun sahibi olan fondun adı ilə “Tondi de Bresi” adlandırılıb.
Qeyd edək ki, “Madonna”nın mənşəyi ilə bağlı mübahisələr artıq 40 ildir davam edir. Süni intellekt bu iki əsəri müqayisə edib və onların arasında uyğunluq səviyyəsi 97 faiz olub.
Süni intellekt insanın gözü ilə görə bilmədiyi nüansları da aşkara çıxarır. Bununla belə, sənətşünaslar yenə də ortaq məxrəcə gələ bilməyiblər. Bredford Universitetinin tədqiqatçıları israr edirlər ki, süni intellektin nəticələri ekspertlərin rəyindən daha obyektivdir.
Məlumat üçün qeyd edək ki, "Madonna Litta" əsəri Leonardo da Vinçiyə aid edilən və Sankt-Peterburqdakı Ermitaj muzeyində saxlanılam XV əsrə aid rəsm əsəridir. Rəsmdə “Əmizdirici Madonna” ikonoqrafiyasına uyğun Körpə İsanı əmizdirən Məryəm təsvir edilib.
Leonardo yaradıcılığının erkən dövrünə aid “Madonna qərənfillə” əsərində olduğu kimi fiqurlar qaranlıq interyerdə təqdim edilib. Arxada iki tağlı pəncərədən aerial prespektivdə tağlı peyzaj görünür. Məsih sol əlində Avropa alacəhrəsi tutur ki, bu da onun gələcək əziyyətlərinə işarədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.