DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Google" daha bir yeniliyə imza atıb

© AFP 2024 / KENZO TRIBOUILLARD"Google" loqosu
Google loqosu - Sputnik Azərbaycan, 1920, 29.07.2023
Abunə olmaq
Şirkət bu qabiliyyətin gələcəkdə robot texnikası tədqiqatlarını sürətləndirməyə kömək edəcəyini iddia edir.
BAKI, 29 iyul — Sputnik. Birləşmiş Ştatlarda yerləşən “Google” qlobal texnoloji firması cümə günü robotların müəyyən hərəkətləri yerinə yetirməsi üçün görmə funksiyasını yerinə yetirən və dilləri tərcümə edən yeni süni intellekt (AI) modelini təqdim edib.
Xarici KİV-lərin məlumatına görə, “Robotics Transformer 2” (RT-2) adlanan model internetdəki mətn və şəkillər üzərində öyrədilmiş görmə-dillər üzrə fəaliyyət modelidir. O, ümumi ideyaları və anlayışları öyrənə və sonra robotun davranışını məlumatlandırmaq üçün bu bilikləri ötürə bilir. RT-2, həmçinin mürəkkəb düşünməni həyata keçirməyə imkan verir və robotun hərəkətlərini idarə etmək üçün konsepsiyaları ötürməklə yanaşı, çıxış robot hərəkətlərini təmin edir.
"Çat-bot”lardan fərqli olaraq, RT-2, məsələn, alma toplamaq və ya zibil atmaq kimi vəzifələri yerinə yetirə bilən robot üçün siqnalları təmin etmək qabiliyyətinə malikdir. Başqa sözlə, RT-2 ilə robotlar bizim kimi daha çox öyrənə bilir, öyrənilmiş anlayışları yeni situasiyalara köçürürlər. Bu model süni intellektdə irəliləyişlərin robot texnikasına necə sürətlə keçdiyini göstərməklə yanaşı, daha çox yeniliklər üçün böyük vədlər verir, həmçinin ümumi təyinatlı robotların fəaliyyətini təmin edir.
“Google” firması ötən ay robot texnikası üçün “RoboCat” adlı özünü təkmilləşdirən süni intellekt agentini təqdim edib və bildirib ki, o, müxtəlif sahələrdə fərqli tapşırıqları yerinə yetirməyi öyrənə bilər. Bununla yanaşı, AI agenti texnologiyanı təkmilləşdirmək üçün özü yeni təlim məlumatları yaradır.
“RoboCat” böyük və müxtəlif məlumatlar bazasından istifadə etməklə 100-ə qədər əməliyyat vasitəsilə yeni bir tapşırığı yerinə yetirə bilsə də, Google bu qabiliyyətin gələcəkdə robot texnikası tədqiqatlarını sürətləndirməyə kömək edəcəyini qeyd edir. Çünki bu, insan nəzarəti təliminə ehtiyacı azaldır və ümumi təyinatlı robot daha sərbəst fəaliyyət göstərə bilir.
Məlumat üçün bildirək ki, Google (translit. Quql) — dünyanın ən böyük axtarış sistemidir. O eyni zamanda reklam sahəsində ixtisaslaşmış transmilli şirkətdir. ABŞ-da yaranan "Google" internetdə yerləşən bir çox xidmət və məhsullara sahiblik etməklə yanaşı, onları inkişaf etdirir. Gəlirinin böyük hissəsini AdWords proqramı ilə reklamlardan əldə edir. Şirkət Larri Peyc ve Sergey Brin tərəfindən, Stanford Universitetində doktorantura tələbəsi olduqları vaxt, 1998-ci ildə qurulub. Bu ikili tez-tez "Google Guys" kimi adlandırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0