https://sputnik.az/20230728/usaqlarin-yoluxucu-xesteliklere-qarsi-immunoprofilaktikasinda-catismazliqlar-askarlanib-457186262.html
Uşaqların yoluxucu xəstəliklərə qarşı immunoprofilaktikasında çatışmazlıqlar aşkarlanıb
Uşaqların yoluxucu xəstəliklərə qarşı immunoprofilaktikasında çatışmazlıqlar aşkarlanıb
Sputnik Azərbaycan
Audit 1 yanvar 2016-cı il tarixdən 1 yanvar 2023-cü ilə qədər olan fəaliyyəti və 42 081,8 min manat məbləğində vəsaiti əhatə edib. 28.07.2023, Sputnik Azərbaycan
2023-07-28T09:02+0400
2023-07-28T09:02+0400
2023-07-28T09:02+0400
xəstəlik
səhiyyə
immunlaşdırma
immun sistemi
immunitet
profilaktika
təbib
səhiyyə nazirliyi
peyvənd
https://cdnn1.img.sputnik.az/img/42067/68/420676889_0:112:3076:1842_1920x0_80_0_0_1e36d02ab59b9a12c8e4989a614437f2.jpg
BAKI, 28 iyul — Sputnik. Hesablama Palatası 2023-cü il üçün İş Planına əsasən uşaqların yoluxucu xəstəliklərə qarşı immunoprofilaktikası sahəsində həyata keçirilən fəaliyyətin auditini aparıb. Bu barədə Palatadan bildirilib. Audit 1 yanvar 2016-cı il tarixdən 1 yanvar 2023-cü ilə qədər olan fəaliyyəti və 42 081,8 min manat məbləğində vəsaiti əhatə edib. Peyvənd ilə bağlı elektron məlumat bazası kimi 2007-ci ildə yaradılmış Səhiyyə Nazirliyinin (Nazirlik) operatoru olduğu "Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi" (VESKS) çıxış edib, həmin bazaya 2011-ci ildən məlumat daxil edilməsinə başlanıb. VESKS 18.02.2013-cü il tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestri"nə, habelə 2022-ci ildə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "Dövlət informasiya ehtiyatları və sistemlərinin reyestri"nə daxil edilsə də, "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" ölkə prezidentinin 12 sentyabr 2018-ci il tarixli fərmanı ilə nəzərdə tutulmuş tədbirlər tam həyata keçirilməyib, bu dövlət informasiya sisteminin Əsasnaməsi təsdiq olunmayıb, VESKS-ın işinin təşkili Səhiyyə Nazirliyinin 5 sentyabr 2007-ci il tarixli əmri ilə tənzimlənib. Nazirlik tərəfindən VESKS məlumatları ilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) kağız üzərində tərtib etdiyi illik statistik hesabat forması arasında kəskin fərqlər müəyyən olunub ki, bu da ölkədə peyvənd növləri üzrə sayın real şəkildə müəyyənləşdirilməsinə şərait yaratmayıb. Məlumat bazasının fəaliyyətini tənzimləyən hər hansı hüquqi çərçivənin yaradılmaması özəl tibb müəssisələri tərəfindən vurulan peyvəndlərin VESKS-a inteqrasiyası imkanlarının tənzimlənməməsinə şərait yaradıb ki, bu da peyvənd olunmuş uşaqların faktiki sayının dəqiq müəyyənləşdirilməsində risklərə yol açıb. Eləcə də, peyvəndləmənin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində həyata keçirildiyini diqqətə alaraq bu tibb müəssisələrinin hüquq, vəzifə və öhdəliklərin tənzimlənməməsi fəaliyyətin ayrı-ayrı mərhələləri üzrə məsuliyyətin və hesabatlılığın müəyyənləşdirilməsinə şərait yaratmayıb. Paylanan vaksinlərin adına və sayına, peyvənddən imtinalara dair məlumatların VESKS-ə daxil edilməməsi ayrı-ayrı peyvənd növləri üzrə cari vəziyyəti qiymətləndirmək, eləcə də imtina səbəblərinin təhlili yolu ilə bu sahədə fəaliyyətin, o cümlədən məlumatlandırma tədbirlərinin istiqamətlərinin təkmilləşdirilməsi imkanlarını məhdudlaşdırıb. 2016-2022-ci illər üzrə illik statistik hesabat formasındakı peyvənd sərfiyyatı göstəriciləri və VESKS-dakı peyvənd məlumatlarının təhlili faktiki olaraq həmin illərdə ölkə üzrə sərf olunan peyvənd dozalarının yalnız 44,5 %-nin uşaqların peyvəndlənməsinə sərf edildiyini, qeyd edilən dövr ərzində gözləniləndən artıq itkiyə gedən peyvəndin dəyərinin ümumi sərf edilən peyvəndlərin dəyərinin 51,1%-ni təşkil etdiyini göstərir. VESKS-in yuxarıda göstərilən səbəblərdən tam təkmil olmaması iki məlumat bazası arasında uyğunsuzluğa səbəb olmaqla itki sayının çox olması qənaətini formalaşdırmaqla profilaktik peyvənd fəaliyyətinə ümumi nəzarəti təmin edən və peyvəndlərin istifadəsi barədə illik hesabatları tərtib edən Respublika GEM-i peyvəndin real itki dərəcələrini aylıq və illik əsasda nəzarətdə saxlamaq imkanından məhrum edib. Bakı şəhərinin rayonları və ölkə üzrə immunoprofilaktika fəaliyyətinə cəlb edilən tibb müəssisələri və sahə həkim-pediatrlarının sayı əhali sayına qeyri-mütənasib paylanmış, "Pediatriya" və "Yoluxucu xəstəliklər" ixtisasları üzrə kadr təyinatları əsasən Bakı şəhərinin müəssisələri üzrə həyata keçirilib. Eləcə də, ölkə üzrə 74 GEM-də ştat cədvəli üzrə 144 həkim-epidemioloq ştatından təxminən yarısı vakant olub. Aparılan sorğularda bu meylin həm də əmək haqqı səviyyəsi ilə əlaqəli olmasının qeyd edilməsini də diqqətə alsaq, ştat sayına yenidən baxılması və ya bu vakant yerlərin tutulması məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi vacibliyini qeyd etmək imkanı verir. Uşaqlarda yoluxucu xəstəliklər və onların immunoprofilaktikası üzrə 2018-2022-ci illərdə Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş davamlı tibbi təhsil tədbirləri yalnız Bakı şəhərində keçirilib, Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və GEM tərəfindən 2016-2022-ci illərdə çap olunmuş təbliğat materiallarının 60%-dən çox hissəsi də paytaxtın tibb müəssisələrinə paylanıb, Nazirliyin rəsmi vebsaytında profilaktik peyvənd təqvimi yerləşdirilməyib, vətəndaşların peyvəndlər barədə SMS və ya mobil applikasiyalar vasitəsilə məlumatlandırılması təmin edilməmişdir. Tibb işçiləri arasında keçirilmiş sorğularda vətəndaşların peyvənd vurulmasından imtina səbəbləri kimi, peyvəndlərin mənşə ölkəsi, həmçinin yerli reaksiyalar və qısamüddətli qızdırma halları, bundan əlavə, uşaqlarda autizmə səbəb olmasına dair elmi əsası olmayan qənaətlərin göstərildiyi qeyd edilib ki, bu da immunlaşdırma sahəsində aparılan təbliğat fəaliyyətində yol verilmiş nöqsanlarla əlaqəli olmaqla nəticəliliyə təsir göstərib. 2016-2022-ci illərdə İnnovasiya və Təchizat Mərkəzi (İTM) tərəfindən UNICEF-lə əməkdaşlıq imkanlarından tam istifadə edilməyərək malların yerli şirkətlərdən daha baha qiymətlərlə satın alınması səbəbindən dövlət vəsaitinə qənaət imkanından istifadə olunmayıb, həmçinin 2019-2020-ci illərdə ümumilikdə vəsaitin bir hissəsi profilaktik peyvənd təqvimində olmayan peyvəndlərin alınmasına yönəldilib. Peyvənd ilə bağlı fəaliyyətin və tələbatın düzgün planlaşdırılmaması nəticəsində bəzi hallarda əlavə preparatların alınmasına yol verilmiş, eləcə də bir sıra hallarda müvafiq dərman vasitələrinin alınması həyata keçirilməyib. Belə ki, bəzi hallarda dövlət qeydiyyatında olmayan dərman vasitəsinin ölkəyə idxal edilməsinə yol verilib, eləcə də, milli profilaktik peyvənd təqvimində ölkədə mövcud vəziyyət nəzərə alınmadan, elmi əsaslandırma aparılmadan nəzərdə tutulan saydan artıq planların təsdiq edilməsi nəticəsində əlavə vəsait istifadəsinə şərait yaranıb. Ölkədə həmin illərdə vurulan peyvəndlərin orta hesabla 44,6%-i profilaktik peyvənd təqvimindən kənarlaşmaqla yerinə yetirilib, bağlanmış müqavilə əsasında tibb müəssisələrindən vaksin tullantılarının daşınmasında gecikmələrə yol verilib. İTM-də peyvəndlərin saxlanma şəraiti müvafiq tələblərə uyğun olmayıb. Hesablama Palatasının əvvəlki illərdə keçirdiyi nəzarət tədbirlərində də bu halın müəyyən edildiyi nəzərə alınaraq həmin nöqsanın İTM üçün sistematik xarakter daşıdığı diqqətə çatdırılmalıdır. Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklərin Elektron Müşahidə Sistemi "Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestri"nə və "Dövlət informasiya ehtiyatları və sistemlərinin reyestri"inə daxil edilməmiş, Naxçıvan MR-nın GEM-ləri bu sistemə inteqrasiya olunmayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42067/68/420676889_347:0:3076:2047_1920x0_80_0_0_c0120c44cfa0d995d69d5ffdea00bf61.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəstəlik, immunlaşdırma, immun sistemi, immunitet, profilaktika, təbib, səhiyyə nazirliyi, peyvənd
xəstəlik, immunlaşdırma, immun sistemi, immunitet, profilaktika, təbib, səhiyyə nazirliyi, peyvənd
Uşaqların yoluxucu xəstəliklərə qarşı immunoprofilaktikasında çatışmazlıqlar aşkarlanıb
Audit 1 yanvar 2016-cı il tarixdən 1 yanvar 2023-cü ilə qədər olan fəaliyyəti və 42 081,8 min manat məbləğində vəsaiti əhatə edib.
BAKI, 28 iyul — Sputnik. Hesablama Palatası 2023-cü il üçün İş Planına əsasən uşaqların yoluxucu xəstəliklərə qarşı immunoprofilaktikası sahəsində həyata keçirilən fəaliyyətin auditini aparıb.
Bu barədə Palatadan bildirilib.
Audit 1 yanvar 2016-cı il tarixdən 1 yanvar 2023-cü ilə qədər olan fəaliyyəti və 42 081,8 min manat məbləğində vəsaiti əhatə edib.
Peyvənd ilə bağlı elektron məlumat bazası kimi 2007-ci ildə yaradılmış Səhiyyə Nazirliyinin (Nazirlik) operatoru olduğu "Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi" (VESKS) çıxış edib, həmin bazaya 2011-ci ildən məlumat daxil edilməsinə başlanıb. VESKS 18.02.2013-cü il tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestri"nə, habelə 2022-ci ildə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "Dövlət informasiya ehtiyatları və sistemlərinin reyestri"nə daxil edilsə də, "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" ölkə prezidentinin 12 sentyabr 2018-ci il tarixli fərmanı ilə nəzərdə tutulmuş tədbirlər tam həyata keçirilməyib, bu dövlət informasiya sisteminin Əsasnaməsi təsdiq olunmayıb, VESKS-ın işinin təşkili Səhiyyə Nazirliyinin 5 sentyabr 2007-ci il tarixli əmri ilə tənzimlənib.
Nazirlik tərəfindən VESKS məlumatları ilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) kağız üzərində tərtib etdiyi illik statistik hesabat forması arasında kəskin fərqlər müəyyən olunub ki, bu da ölkədə peyvənd növləri üzrə sayın real şəkildə müəyyənləşdirilməsinə şərait yaratmayıb. Məlumat bazasının fəaliyyətini tənzimləyən hər hansı hüquqi çərçivənin yaradılmaması özəl tibb müəssisələri tərəfindən vurulan peyvəndlərin VESKS-a inteqrasiyası imkanlarının tənzimlənməməsinə şərait yaradıb ki, bu da peyvənd olunmuş uşaqların faktiki sayının dəqiq müəyyənləşdirilməsində risklərə yol açıb.
Eləcə də, peyvəndləmənin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində həyata keçirildiyini diqqətə alaraq bu tibb müəssisələrinin hüquq, vəzifə və öhdəliklərin tənzimlənməməsi fəaliyyətin ayrı-ayrı mərhələləri üzrə məsuliyyətin və hesabatlılığın müəyyənləşdirilməsinə şərait yaratmayıb.
Paylanan vaksinlərin adına və sayına, peyvənddən imtinalara dair məlumatların VESKS-ə daxil edilməməsi ayrı-ayrı peyvənd növləri üzrə cari vəziyyəti qiymətləndirmək, eləcə də imtina səbəblərinin təhlili yolu ilə bu sahədə fəaliyyətin, o cümlədən məlumatlandırma tədbirlərinin istiqamətlərinin təkmilləşdirilməsi imkanlarını məhdudlaşdırıb.
2016-2022-ci illər üzrə illik statistik hesabat formasındakı peyvənd sərfiyyatı göstəriciləri və VESKS-dakı peyvənd məlumatlarının təhlili faktiki olaraq həmin illərdə ölkə üzrə sərf olunan peyvənd dozalarının yalnız 44,5 %-nin uşaqların peyvəndlənməsinə sərf edildiyini, qeyd edilən dövr ərzində gözləniləndən artıq itkiyə gedən peyvəndin dəyərinin ümumi sərf edilən peyvəndlərin dəyərinin 51,1%-ni təşkil etdiyini göstərir. VESKS-in yuxarıda göstərilən səbəblərdən tam təkmil olmaması iki məlumat bazası arasında uyğunsuzluğa səbəb olmaqla itki sayının çox olması qənaətini formalaşdırmaqla profilaktik peyvənd fəaliyyətinə ümumi nəzarəti təmin edən və peyvəndlərin istifadəsi barədə illik hesabatları tərtib edən Respublika GEM-i peyvəndin real itki dərəcələrini aylıq və illik əsasda nəzarətdə saxlamaq imkanından məhrum edib.
Bakı şəhərinin rayonları və ölkə üzrə immunoprofilaktika fəaliyyətinə cəlb edilən tibb müəssisələri və sahə həkim-pediatrlarının sayı əhali sayına qeyri-mütənasib paylanmış, "Pediatriya" və "Yoluxucu xəstəliklər" ixtisasları üzrə kadr təyinatları əsasən Bakı şəhərinin müəssisələri üzrə həyata keçirilib. Eləcə də, ölkə üzrə 74 GEM-də ştat cədvəli üzrə 144 həkim-epidemioloq ştatından təxminən yarısı vakant olub. Aparılan sorğularda bu meylin həm də əmək haqqı səviyyəsi ilə əlaqəli olmasının qeyd edilməsini də diqqətə alsaq, ştat sayına yenidən baxılması və ya bu vakant yerlərin tutulması məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi vacibliyini qeyd etmək imkanı verir.
Uşaqlarda yoluxucu xəstəliklər və onların immunoprofilaktikası üzrə 2018-2022-ci illərdə Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş davamlı tibbi təhsil tədbirləri yalnız Bakı şəhərində keçirilib, Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və GEM tərəfindən 2016-2022-ci illərdə çap olunmuş təbliğat materiallarının 60%-dən çox hissəsi də paytaxtın tibb müəssisələrinə paylanıb, Nazirliyin rəsmi vebsaytında profilaktik peyvənd təqvimi yerləşdirilməyib, vətəndaşların peyvəndlər barədə SMS və ya mobil applikasiyalar vasitəsilə məlumatlandırılması təmin edilməmişdir. Tibb işçiləri arasında keçirilmiş sorğularda vətəndaşların peyvənd vurulmasından imtina səbəbləri kimi, peyvəndlərin mənşə ölkəsi, həmçinin yerli reaksiyalar və qısamüddətli qızdırma halları, bundan əlavə, uşaqlarda autizmə səbəb olmasına dair elmi əsası olmayan qənaətlərin göstərildiyi qeyd edilib ki, bu da immunlaşdırma sahəsində aparılan təbliğat fəaliyyətində yol verilmiş nöqsanlarla əlaqəli olmaqla nəticəliliyə təsir göstərib.
2016-2022-ci illərdə İnnovasiya və Təchizat Mərkəzi (İTM) tərəfindən UNICEF-lə əməkdaşlıq imkanlarından tam istifadə edilməyərək malların yerli şirkətlərdən daha baha qiymətlərlə satın alınması səbəbindən dövlət vəsaitinə qənaət imkanından istifadə olunmayıb, həmçinin 2019-2020-ci illərdə ümumilikdə vəsaitin bir hissəsi profilaktik peyvənd təqvimində olmayan peyvəndlərin alınmasına yönəldilib.
Peyvənd ilə bağlı fəaliyyətin və tələbatın düzgün planlaşdırılmaması nəticəsində bəzi hallarda əlavə preparatların alınmasına yol verilmiş, eləcə də bir sıra hallarda müvafiq dərman vasitələrinin alınması həyata keçirilməyib. Belə ki, bəzi hallarda dövlət qeydiyyatında olmayan dərman vasitəsinin ölkəyə idxal edilməsinə yol verilib, eləcə də, milli profilaktik peyvənd təqvimində ölkədə mövcud vəziyyət nəzərə alınmadan, elmi əsaslandırma aparılmadan nəzərdə tutulan saydan artıq planların təsdiq edilməsi nəticəsində əlavə vəsait istifadəsinə şərait yaranıb.
Ölkədə həmin illərdə vurulan peyvəndlərin orta hesabla 44,6%-i profilaktik peyvənd təqvimindən kənarlaşmaqla yerinə yetirilib, bağlanmış müqavilə əsasında tibb müəssisələrindən vaksin tullantılarının daşınmasında gecikmələrə yol verilib.
İTM-də peyvəndlərin saxlanma şəraiti müvafiq tələblərə uyğun olmayıb. Hesablama Palatasının əvvəlki illərdə keçirdiyi nəzarət tədbirlərində də bu halın müəyyən edildiyi nəzərə alınaraq həmin nöqsanın İTM üçün sistematik xarakter daşıdığı diqqətə çatdırılmalıdır.
Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklərin Elektron Müşahidə Sistemi "Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestri"nə və "Dövlət informasiya ehtiyatları və sistemlərinin reyestri"inə daxil edilməmiş, Naxçıvan MR-nın GEM-ləri bu sistemə inteqrasiya olunmayıb.