DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tonoyanı bağlı qapılar arxasında dinləyəcəklər

© SputnikDavid Tonoyan
David Tonoyan - Sputnik Azərbaycan, 1920, 28.07.2023
Abunə olmaq
Bir neçə ay əvvəl eks-nazir suallara yalnız televiziya kameraları qarşısında və baş nazir Nikol Paşinyanın iştirakı ilə cavab verməyə razı olduğunu bildirmişdi.
BAKI, 28 iyul — Sputnik. Ermənistanın həbsdə olan sabiq müdafiə naziri David Tonoyanın iştirakı ilə 44 günlük müharibənin öyrənilməsi üzrə komissiyanın iclası bağlı qapılar arxasında keçiriləcək. Bu barədə "Hraparak" qəzeti öz mənbələrinə istinadən yazır.
Bundan əvvəl məlum olub ki, məhkəmə Tonoyanın komissiyanın müzakirəsində iştirakına icazə verib, o, cəzaçəkmə müəssisəsinin əməkdaşının müşayiəti ilə parlamentə aparılacaq. İclas iki gün - avqustun 1 və 2-də keçiriləcək.
Bir neçə ay əvvəl eks-nazir suallara yalnız televiziya kameraları qarşısında və baş nazir Nikol Paşinyanın iştirakı ilə cavab verməyə razı olduğunu bildirmişdi. Qəzet yazır ki, Tonoyan fikrini dəyişib.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan artıq iki dəfə komissiyanın iclasında iştirak edib. Bundan əvvəl komissiyaya keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan, Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş və indiki rəisləri - Onik Qasparyan və Edvard Asryan və digər yüksək rütbəli məmurlar dəvət olunub.
Xəbər lenti
0