https://sputnik.az/20230728/svec-tehlukesizlik-tedbirlerini-guclendirib-457231838.html
İsveç təhlükəsizlik tədbirlərini gücləndirib
İsveç təhlükəsizlik tədbirlərini gücləndirib
Sputnik Azərbaycan
15 dövlət departamentinə, o cümlədən İsveç Silahlı Qüvvələri, hüquq-mühafizə orqanları və İsveç Vergi Agentliyinə təhlükəsizlik xidmətinin rəhbərliyi altında... 28.07.2023, Sputnik Azərbaycan
2023-07-28T17:36+0400
2023-07-28T17:36+0400
2023-07-28T17:39+0400
isveç
dünya xəbərləri
təhlükəsizlik
tədbir
https://cdnn1.img.sputnik.az/img/42252/06/422520625_0:147:3120:1902_1920x0_80_0_0_a1118dc0615d6777ef874550be679c8a.jpg
BAKI, 28 iyul — Sputnik. İsveçin baş naziri Ulf Kristersson bildirib ki, hökumət bəzi dövlət qurumlarına Quranın yandırılması ilə bağlı aksiyalar fonunda təhlükəsizlik tədbirlərini gücləndirmək barədə göstəriş verib. "Son dağıdıcı hadisələr, xüsusilə də müxtəlif nümayiş xarakterli yanğınlar İsveç üçün riskləri artırıb. İsveç Təhlükəsizlik Xidmətinin məlumatına görə, biz terror hücumları üçün prioritet hədəfə çevrilmişik", - Kristersson bildirib. Qeyd olunur ki, 15 dövlət departamentinə, o cümlədən İsveç Silahlı Qüvvələri, hüquq-mühafizə orqanları və İsveç Vergi Agentliyinə təhlükəsizlik xidmətinin rəhbərliyi altında işi gücləndirmək tapşırılıb. Daha əvvəl İsveç Təhlükəsizlik Polisi (SÄPO) bildirib ki, bu yaxınlarda Stokholmda həyata keçirilən Quran yandırılması ilə bağlı aksiyalar krallıqdakı təhlükəsizlik vəziyyətinə mənfi təsir edib. İyunun sonunda Stokholmda Qurban bayramı zamanı Quranın təhqir edilməsi və yandırılması dünyanın bir çox ölkələrində geniş əks-səda doğurub. Hadisə İraq, Əlcəzair, Əfqanıstan, Misir, İndoneziya, Livan, Suriya, Türkiyə, Özbəkistan, Ərəb Dövlətləri Liqasının (LAS) baş katibi Əhməd Əbül Qeyt və Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının baş katibi tərəfindən pislənib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42252/06/422520625_195:0:2926:2048_1920x0_80_0_0_ead3a12e3b65e73498f1424a85f4d21d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
isveç, təhlükəsizlik, tədbir
isveç, təhlükəsizlik, tədbir
İsveç təhlükəsizlik tədbirlərini gücləndirib
17:36 28.07.2023 (Yenilənib: 17:39 28.07.2023) 15 dövlət departamentinə, o cümlədən İsveç Silahlı Qüvvələri, hüquq-mühafizə orqanları və İsveç Vergi Agentliyinə təhlükəsizlik xidmətinin rəhbərliyi altında işi gücləndirmək tapşırılıb.
BAKI, 28 iyul — Sputnik. İsveçin baş naziri Ulf Kristersson bildirib ki, hökumət bəzi dövlət qurumlarına Quranın yandırılması ilə bağlı aksiyalar fonunda təhlükəsizlik tədbirlərini gücləndirmək barədə göstəriş verib.
"Son dağıdıcı hadisələr, xüsusilə də müxtəlif nümayiş xarakterli yanğınlar İsveç üçün riskləri artırıb. İsveç Təhlükəsizlik Xidmətinin məlumatına görə, biz terror hücumları üçün prioritet hədəfə çevrilmişik", - Kristersson bildirib.
Qeyd olunur ki, 15 dövlət departamentinə, o cümlədən İsveç Silahlı Qüvvələri, hüquq-mühafizə orqanları və İsveç Vergi Agentliyinə təhlükəsizlik xidmətinin rəhbərliyi altında işi gücləndirmək tapşırılıb.
Daha əvvəl İsveç Təhlükəsizlik Polisi (SÄPO) bildirib ki, bu yaxınlarda Stokholmda həyata keçirilən Quran yandırılması ilə bağlı aksiyalar krallıqdakı təhlükəsizlik vəziyyətinə mənfi təsir edib.
İyunun sonunda Stokholmda Qurban bayramı zamanı Quranın təhqir edilməsi və yandırılması dünyanın bir çox ölkələrində geniş əks-səda doğurub. Hadisə İraq, Əlcəzair, Əfqanıstan, Misir, İndoneziya, Livan, Suriya, Türkiyə, Özbəkistan, Ərəb Dövlətləri Liqasının (LAS) baş katibi Əhməd Əbül Qeyt və Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının baş katibi tərəfindən pislənib.