NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

SOCAR Macarıstandakı anbarları öz qazı ilə doldurmağa başlayıb

© AFP 2024 / SEBASTIEN BOZONQaz anbarı
Qaz anbarı - Sputnik Azərbaycan, 1920, 28.07.2023
Abunə olmaq
İyunun 2-də Bakıda Macarıstanın MVM CEEnergy enerji şirkəti ilə SOCAR arasında müqavilə imzalanıb.
BAKI, 28 iyul — Sputnik. Azərbaycan Dövlət Neft Şirkəti ) Macarıstandakı anbarları öz qazı ilə doldurmağa başlayıb. Bu barədə Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto məlumat verib.
"Müqaviləyə uyğun olaraq, Azərbaycanın neft şirkəti SOCAR Macarıstanın anbarlarına ilk 50 milyon kubmetr qazın vurulmasına başlayıb", - nazir özünün sosial şəbəkədəki səhifəsində yazıb.
İyunun 2-də Bakıda Macarıstanın MVM CEEnergy enerji şirkəti ilə SOCAR arasında müqavilə imzalanıb və müqaviləyə əsasən, ilin sonunadək Macarıstana 100 milyon kubmetr Azərbaycan qazı tədarük ediləcək. Gələcəkdə tədarükün həcminin ildə 1-2 milyard kubmetrə qədər artacağı gözlənilir. Siyarto o zaman bildirmişdi ki, şirkətlər 50 milyon kubmetr qazın saxlanması ilə bağlı razılığa gəliblər.
Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin (CQD) tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Onlar 25 il müddətinə nəzərdə tutulub və tədarükün həcmi 10 milyard kubmetrdən çox olmalıdır ki, bunun da 8 milyardı İtaliyanın, 1 milyardı Yunanıstan və Bolqarıstanın payına düşür. Azərbaycan və Aİ arasında əldə olunan razılaşmaya əsasən, yaxın beş ildə Avropaya qaz nəqli ildə 20 milyard kubmetrə çatdırılacaq.
Bakıdan Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniya vasitəsilə İtaliyanın cənubuna qədər 3,5 min km uzanan CQD inteqrasiya olunmuş boru kəməri sistemidir. Onun əsas xammal mənbəyi 1,2 trilyon kubmetr qaz ehtiyatı olan "Şahdəniz" yatağıdır.
Hələlik Rusiya Macarıstana əsas qaz tədarükçüsü olaraq qalır. 2021-ci ilin sentyabrında MVM "Qazprom"la Ukraynadan yan keçməklə Serbiya və Avstriyadan çəkilən boru kəmərləri vasitəsilə ildə cəmi 4,5 milyard kubmetr qazın tədarükünü nəzərdə tutan iki uzunmüddətli müqavilə bağlayıb. "Şimal axını" qaz kəmərinin istifadəsi dayandırıldığı üçün 2022-ci ilin oktyabrında cənub marşrutu – "Türk axını" və onun Bolqarıstan və Serbiya ərazisindən keçən qolu ilə Macarıstana Rusiya qazının nəqlinin artırılmasına dair razılıq əldə olunub. 2022-ci ildə Macarıstan bu marşrutla 4,8 milyard kubmetr qaz alıb.
Xəbər lenti
0