CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rəşad Dağlıya hökm oxundu

© Photo : REPORTRəşad Dağlı
Rəşad Dağlı - Sputnik Azərbaycan, 1920, 28.07.2023
Abunə olmaq
Prokuror onun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
BAKI, 28 iyul — Sputnik. Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirova (Rəşad Dağlı) hökm oxunub.
Sputnik Azərbaycan xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Prokuror onun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib.
Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.
R.Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.
Xəbər lenti
0