Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Lənkəranın icra başçısının qardaşını öz oğlu qətlə yetirib

© Sputnik / Rahim MuradovLüləsi və qundağı kəsilmiş ov tüfəngi
Lüləsi və qundağı kəsilmiş ov tüfəngi - Sputnik Azərbaycan, 1920, 28.07.2023
Abunə olmaq
Hadisə iyulun 26-da Kürdəmir rayonunun Pirəköcə kəndində baş verib.
BAKI, 28 iyul - Sputnik. Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun kiçik qardaşı Azər Qaraşovun qətlə yetirildiyi məlum olub.
Hüquq-mühafizə orqanlarından "Report"a verilən məlumata görə, A.Qaraşovun oğlu Azay Qaraşov atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.
Hazırda faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, hadisə iyulun 26-da Kürdəmir rayonunun Pirəköcə kəndində baş verib. Azər Qaraşov aldığı güllə yarasından dünyasını dəyişib. Əvvəlcə onun intihar etdiyi bildirilib.
Lakin Lənkəran Rayon İcra Hakimiyyəti hadisənin silahla ehtiyatsız davranması nəticəsində baş verdiyini açıqlayıb.
Bu gün isə Azər Qaraşovu oğlu Azay Qaraşovun qətlə yetirdiyi məlum olub.
Xəbər lenti
0