https://sputnik.az/20230728/g20-olkeleri-yekun-beyanname-uzerinde-raziliga-gele-bilmeyib-457246105.html
G20 ölkələri yekun bəyannamə üzərində razılığa gələ bilməyib
G20 ölkələri yekun bəyannamə üzərində razılığa gələ bilməyib
Sputnik Azərbaycan
G20-nin energetika və maliyyə nazirlərinin iyul ayında keçirilən görüşləri də analoji şəkildə başa çatıb. 28.07.2023, Sputnik Azərbaycan
2023-07-28T19:51+0400
2023-07-28T19:51+0400
2023-07-28T19:51+0400
g20
dünya xəbərləri
g20 sammiti
sammit
hindistan
nazir
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/0e/448546129_0:160:3072:1888_1920x0_80_0_0_b0d5633d6538190eb3e02eba95020651.jpg
BAKI, 28 iyul — Sputnik. G20 ölkələrinin nümayəndələri Hindistanın Çennai şəhərində keçirilən görüşdən sonra birgə bəyannamə üzərində razılığa gələ bilməyiblər. Bu barədə Hindistanın ətraf mühit, meşələr və iqlim dəyişikliyi naziri Bhupender Yadav məlumat verib. "Bütün G20 ölkələrinin səyləri ilə biz yaxşı yekun sənəd hazırlaya bildik. O, 68 bənddən ibarətdir və onlardan 64-ü üzrə konsensus əldə olunub", - Yadav görüşün yekunlarına dair mətbuat konfransında deyib. G20-nin energetika və maliyyə nazirlərinin iyul ayında keçirilən görüşləri də analoji şəkildə başa çatıb. Belə görüşlərdən sonra danışıqların bütün bəndləri üzrə konsensus olmadığı halda, birgə bəyannamə əvəzinə iclaslarda müzakirə olunan mövzuları əks etdirən "yekun sənəd və sədrin xülasəsi" qəbul edilir. Nazir hansı məqamlarda fikir ayrılığının olduğunu və hansı ölkələrin etirazlarını bildirdiyini açıqlamayıb. "Reuters"in məlumatına görə, fikir ayrılıqları 2025 və 2030-cu ilə qədər olan dövrlər üçün istixana qazı emissiyalarının azaldılması hədəfləri ilə bağlı məqamlar ətrafında yaranıb. İnkişaf etməkdə olan ölkələr onların azaldılmasına qarşı çıxıblar, adı açıqlanmayan mənbə agentliyə bildirib. Eyni zamanda, iclasın yekunu olaraq ətraf mühitin mühafizəsinin müxtəlif aspektləri üzrə 10 texniki sənəd qəbul edilib. Onların arasında tullantısız bioiqtisadiyyat sahəsində təcrübə mübadiləsinə dair sənədlər, meşə yanğınlarının nəticələrinin aradan qaldırılmasında və mədən ərazilərinin bərpasında qabaqcıl təcrübəyə dair tövsiyyələr var.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/0e/448546129_171:0:2902:2048_1920x0_80_0_0_d5021421ecab79b3f66c80677c5a458a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
g20, g20 sammiti, sammit, hindistan, nazir
g20, g20 sammiti, sammit, hindistan, nazir
G20 ölkələri yekun bəyannamə üzərində razılığa gələ bilməyib
G20-nin energetika və maliyyə nazirlərinin iyul ayında keçirilən görüşləri də analoji şəkildə başa çatıb.
BAKI, 28 iyul — Sputnik. G20 ölkələrinin nümayəndələri Hindistanın Çennai şəhərində keçirilən görüşdən sonra birgə bəyannamə üzərində razılığa gələ bilməyiblər. Bu barədə Hindistanın ətraf mühit, meşələr və iqlim dəyişikliyi naziri Bhupender Yadav məlumat verib.
"Bütün G20 ölkələrinin səyləri ilə biz yaxşı yekun sənəd hazırlaya bildik. O, 68 bənddən ibarətdir və onlardan 64-ü üzrə konsensus əldə olunub", - Yadav görüşün yekunlarına dair mətbuat konfransında deyib.
G20-nin energetika və maliyyə nazirlərinin iyul ayında keçirilən görüşləri də analoji şəkildə başa çatıb. Belə görüşlərdən sonra danışıqların bütün bəndləri üzrə konsensus olmadığı halda, birgə bəyannamə əvəzinə iclaslarda müzakirə olunan mövzuları əks etdirən "yekun sənəd və sədrin xülasəsi" qəbul edilir.
Nazir hansı məqamlarda fikir ayrılığının olduğunu və hansı ölkələrin etirazlarını bildirdiyini açıqlamayıb.
"Reuters"in məlumatına görə, fikir ayrılıqları 2025 və 2030-cu ilə qədər olan dövrlər üçün istixana qazı emissiyalarının azaldılması hədəfləri ilə bağlı məqamlar ətrafında yaranıb. İnkişaf etməkdə olan ölkələr onların azaldılmasına qarşı çıxıblar, adı açıqlanmayan mənbə agentliyə bildirib.
Eyni zamanda, iclasın yekunu olaraq ətraf mühitin mühafizəsinin müxtəlif aspektləri üzrə 10 texniki sənəd qəbul edilib. Onların arasında tullantısız bioiqtisadiyyat sahəsində təcrübə mübadiləsinə dair sənədlər, meşə yanğınlarının nəticələrinin aradan qaldırılmasında və mədən ərazilərinin bərpasında qabaqcıl təcrübəyə dair tövsiyyələr var.