https://sputnik.az/20230728/fed-faizleri-tarixi-maksimuma-qaldirib---bunun-manata-tesiri-nece-olacaq-457199811.html
FED faizləri tarixi maksimuma qaldırıb - Bunun manata təsiri necə olacaq?
FED faizləri tarixi maksimuma qaldırıb - Bunun manata təsiri necə olacaq?
Sputnik Azərbaycan
ABŞ Mərkəzi Bankı (FED) yeni qərarı ilə faizləri son 22 ilin ən yüksək səviyyəsinə çatdırıb. Ekspertin sözlərinə görə, faizlər qalxanda dollara tələbat artır... 28.07.2023, Sputnik Azərbaycan
2023-07-28T09:46+0400
2023-07-28T09:46+0400
2023-07-28T13:57+0400
fed
iqtisadiyyat
dollar
manat
fed
abş federal ehtiyat sistemi (fed)
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1c/443413308_0:0:3071:1728_1920x0_80_0_0_b46956c74cde211e76651595a331983a.jpg
BAKI, 28 iyul — Sputnik. ABŞ Mərkəzi Bankı (FED) faizləri yenidən 0,25% bəndi artıraraq 5,25%-5,50%-ə çatdırıb. Beləliklə, faiz dərəcələri son 22 ilin ən yüksək səviyyəsinə qalxıb. Ötən ildən bəri 11 dəfə faiz qaldıran FED-in növbəti addımları qaldırılan faizlərin təsirindən, iqtisadi və maliyyə proseslərindən asılı olacaq. Bəs, faizlərin qaldırılması dünya, o cümlədən Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? Bu addım manatın məzənnəsinə təsir göstərəcəkmi? Dünyada dollara tələbat artacaqmı? Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a bildirib ki, ABŞ-də inflyasiya ilə mübarizə çərçivəsində faizlər qaldırılır: "Yəni kreditlər az götürülsün və pul kütləsinin həcmi azalsın ki, qiymətlər artmasın. Digər tərəfdən, faizlər qalxanda dollara tələbat artır və ABŞ milli valyutası bahalaşır. FED uçot dərəcəsini qaldıranda ABŞ banklarında əmanət faizləri, qiymətli kağızların, xüsusilə istiqrazların gəlirliliyi artır. Bu zaman ABŞ iqtisadiyyatına pul qoyub daha çox gəlir götürmək olar. Bu da dollara tələbatı yüksəldir. Lakin paralel olaraq digər valyutalara da tələbat yüksəkdirsə, ola bilər, dollar bahalaşmasın. Digər ölkələrin də mərkəzi bankları faizləri artıra bilər. Bu halda dollar o qədər də bahalaşmır, çünki həmin ölkələrin də milli valyutasına tələbat artır". "Dollar digər valyutalar qarşısında bahalaşanda manat da həmin valyutalar qarşısında yüksəlir" Ekspert qeyd edib ki, FED-in faiz artırmasının Azərbaycan iqtisadiyyatına birbaşa mənfi təsiri yoxdur:"Əksinə, bəzi məsələlərdə müsbət təsiri var. Çünki Azərbaycanın valyuta gəlirləri əsasən dollardadır və faktiki olaraq manatın məzənnəsi dollara bağlanıb. Dollar digər valyutalar qarşısında bahalaşanda manat da həmin valyutalar qarşısında yüksəlir. Bu da valyutası aşağı düşən ölkələrdən, o cümlədən Avropadan malların və xidmətlərin Azərbaycana idxalını ucuzlaşdırır". O bildirib ki, ABŞ-də faizlərin artması bütövlükdə dünya iqtisadiyyatının böyüməsinin, inkişafının qarşısını alır. Bu baxımdan dünya iqtisadiyyatında yavaşlama ola bilər. Lakin qısa müddətli proseslərin Azərbaycan iqtisadiyyatına ciddi təsiri yoxdur. "Azərbaycanda manat dollar qarşısında sabit qalacaq"-, deyə ekspert əlavə edib. "Manatın məzənnəsi 6 ildir ki, sabitdir" Qeyd edək ki, iyulun 11-də 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, makroiqtisadi sabitlik uzun illər ərzində təmin edilir. Manatın məzənnəsi altı ildir ki, sabitdir və bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir. Yəni, bu, düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində təbii ki, Azərbaycan vətəndaşı dayanır. Çünki makroiqtisadi sabitlik təbii ki, ölkə iqtisadiyyatına təsir edir. Amma, ilk növbədə, bunun ən ciddi təsiri insanların yaşayış səviyyəsinədir. Bizdə isə həm minimum əməkhaqları, həm minimum pensiyalar müntəzəm olaraq artırılır. Bununla paralel olaraq manat sabitdir. "Sabit məzənnə rejimi özünü doğruldur" Azərbaycan Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, Azərbaycanda sabit məzənnə rejimi birmənalı şəkildə özünü doğruldur. Əsas tərəfdaş ölkələrdə milli valyutanın ucuzlaşması onlardan Azərbaycana idxal edilən məhsulların qiymətlərinə azaldıcı təsir göstərib. Sabit məzənnə rejimi həm də inflyasiya baxımından özünü doğruldur. Azərbaycanda dollara tələb azalıb Qeyd edək ki, bu ilin ilk yarısında valyuta hərraclarında ümumilikdə 1 milyard 843,9 milyon dollar satılıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 37,5% azdır. Dollar/manat məzənnəsi 2026-cı ilədək dəyişməyəcək Xatırladaq ki, "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi 2026-cı ilə qədər USD/AZN məzənnəsinin 1,7 səviyyəsində qalacağını proqnozlaşdırır. Agentliyə görə, karbohidrogen qiymətlərində kəskin azalma olarsa və uzun müddət aşağı səviyyədə qalarsa hökumət manatın məzənnəsinə düzəlişlər etməyi düşünə bilər. Əlavə edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2023-2026-cı illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1c/443413308_198:0:2929:2048_1920x0_80_0_0_ea7bdc393db6011b755d7e8d94546285.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
fed, dollar, manat, fed, abş federal ehtiyat sistemi (fed)
fed, dollar, manat, fed, abş federal ehtiyat sistemi (fed)
FED faizləri tarixi maksimuma qaldırıb - Bunun manata təsiri necə olacaq?
09:46 28.07.2023 (Yenilənib: 13:57 28.07.2023) ABŞ Mərkəzi Bankı (FED) yeni qərarı ilə faizləri son 22 ilin ən yüksək səviyyəsinə çatdırıb. Ekspertin sözlərinə görə, faizlər qalxanda dollara tələbat artır və ABŞ milli valyutası bahalaşır.
BAKI, 28 iyul — Sputnik. ABŞ Mərkəzi Bankı (FED) faizləri yenidən 0,25% bəndi artıraraq 5,25%-5,50%-ə çatdırıb. Beləliklə, faiz dərəcələri son 22 ilin ən yüksək səviyyəsinə qalxıb. Ötən ildən bəri 11 dəfə faiz qaldıran FED-in növbəti addımları qaldırılan faizlərin təsirindən, iqtisadi və maliyyə proseslərindən asılı olacaq.
Bəs, faizlərin qaldırılması dünya, o cümlədən Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? Bu addım manatın məzənnəsinə təsir göstərəcəkmi? Dünyada dollara tələbat artacaqmı?
Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a bildirib ki, ABŞ-də inflyasiya ilə mübarizə çərçivəsində faizlər qaldırılır: "Yəni kreditlər az götürülsün və pul kütləsinin həcmi azalsın ki, qiymətlər artmasın. Digər tərəfdən, faizlər qalxanda dollara tələbat artır və ABŞ milli valyutası bahalaşır. FED uçot dərəcəsini qaldıranda ABŞ banklarında əmanət faizləri, qiymətli kağızların, xüsusilə istiqrazların gəlirliliyi artır. Bu zaman ABŞ iqtisadiyyatına pul qoyub daha çox gəlir götürmək olar. Bu da dollara tələbatı yüksəldir. Lakin paralel olaraq digər valyutalara da tələbat yüksəkdirsə, ola bilər, dollar bahalaşmasın. Digər ölkələrin də mərkəzi bankları faizləri artıra bilər. Bu halda dollar o qədər də bahalaşmır, çünki həmin ölkələrin də milli valyutasına tələbat artır".
"Dollar digər valyutalar qarşısında bahalaşanda manat da həmin valyutalar qarşısında yüksəlir"
Ekspert qeyd edib ki, FED-in faiz artırmasının Azərbaycan iqtisadiyyatına birbaşa mənfi təsiri yoxdur:
"Əksinə, bəzi məsələlərdə müsbət təsiri var. Çünki Azərbaycanın valyuta gəlirləri əsasən dollardadır və faktiki olaraq manatın məzənnəsi dollara bağlanıb. Dollar digər valyutalar qarşısında bahalaşanda manat da həmin valyutalar qarşısında yüksəlir. Bu da valyutası aşağı düşən ölkələrdən, o cümlədən Avropadan malların və xidmətlərin Azərbaycana idxalını ucuzlaşdırır".
O bildirib ki, ABŞ-də faizlərin artması bütövlükdə dünya iqtisadiyyatının böyüməsinin, inkişafının qarşısını alır. Bu baxımdan dünya iqtisadiyyatında yavaşlama ola bilər. Lakin qısa müddətli proseslərin Azərbaycan iqtisadiyyatına ciddi təsiri yoxdur.
"Azərbaycanda manat dollar qarşısında sabit qalacaq"-, deyə ekspert əlavə edib.
"Manatın məzənnəsi 6 ildir ki, sabitdir"
Qeyd edək ki, iyulun 11-də 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, makroiqtisadi sabitlik uzun illər ərzində təmin edilir. Manatın məzənnəsi altı ildir ki, sabitdir və bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir. Yəni, bu, düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində təbii ki, Azərbaycan vətəndaşı dayanır. Çünki makroiqtisadi sabitlik təbii ki, ölkə iqtisadiyyatına təsir edir. Amma, ilk növbədə, bunun ən ciddi təsiri insanların yaşayış səviyyəsinədir. Bizdə isə həm minimum əməkhaqları, həm minimum pensiyalar müntəzəm olaraq artırılır. Bununla paralel olaraq manat sabitdir.
"Sabit məzənnə rejimi özünü doğruldur"
Azərbaycan Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, Azərbaycanda sabit məzənnə rejimi birmənalı şəkildə özünü doğruldur. Əsas tərəfdaş ölkələrdə milli valyutanın ucuzlaşması onlardan Azərbaycana idxal edilən məhsulların qiymətlərinə azaldıcı təsir göstərib. Sabit məzənnə rejimi həm də inflyasiya baxımından özünü doğruldur.
Azərbaycanda dollara tələb azalıb
Qeyd edək ki, bu ilin ilk yarısında valyuta hərraclarında ümumilikdə 1 milyard 843,9 milyon dollar satılıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 37,5% azdır.
Dollar/manat məzənnəsi 2026-cı ilədək dəyişməyəcək
Xatırladaq ki, "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi 2026-cı ilə qədər USD/AZN məzənnəsinin 1,7 səviyyəsində qalacağını proqnozlaşdırır. Agentliyə görə, karbohidrogen qiymətlərində kəskin azalma olarsa və uzun müddət aşağı səviyyədə qalarsa hökumət manatın məzənnəsinə düzəlişlər etməyi düşünə bilər.
Əlavə edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2023-2026-cı illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülüb.