https://sputnik.az/20230728/cagiriscilarin-ve-herbi-vezifelilerin-herbi-qeydiyyatinin-aparilmasi-qaydasi-deyisecek-457245274.html
"Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası" dəyişəcək
"Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası" dəyişəcək
Sputnik Azərbaycan
Müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı həmin orqan tərəfindən aparılır. 28.07.2023, Sputnik Azərbaycan
2023-07-28T18:19+0400
2023-07-28T18:19+0400
2023-07-28T18:20+0400
çağırışçı
cəmiyyət
azərbaycan respublikasının xarici kəşfiyyat xidməti
qanun
prezident ilham əliyev
fərman
çağırış
səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti
https://cdnn1.img.sputnik.az/img/07e6/02/06/438885898_0:50:1000:613_1920x0_80_0_0_330ab41869da2932e397e3bf72d9cba6.jpg
BAKI, 28 iyul — Sputnik. Hərbi qeydiyyatın təşkili qaydası təkmilləşdirilib. Sputnik Azərbaycan xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklikdə əksini tapıb. Əgər hazırda müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı həmin orqan tərəfindən aparılırsa, dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı həmin orqan tərəfindən mərkəzləşdirilmiş qaydada aparılacaq. Müvafiq icra hakimiyyəti orqanı həmin hərbi vəzifəliləri onların hərbi qeydiyyat sənədlərində hərbi qeydiyyatda olmaları barədə müvafiq icra hakimiyyəti orqanının qeydi olduğu təqdirdə yaşayış yeri üzrə qeydiyyata almalı və ya qeydiyyatdan çıxarmalıdır. Müvafiq icra hakimiyyəti orqanında müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, həmçinin müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilər bu qanunda nəzərdə tutulmuş qaydada hərbi qeydiyyata alınacaqlar. Qüvvədə olan qanuna əsasən, Müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı həmin orqan tərəfindən aparılır. Qeyd edilib ki, qanunda hərbi qeydiyyat anlayışının dəqiqləşdirilməsi, müvafiq icra hakimiyyəti orqanında müddətli həqiqi hərbi xidmətdən buraxılmış, həmçinin müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilərin hərbi qeydiyyat qaydasının təkmilləşdirilməsi nəzərdə tutulur. "Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası" da dəyişəcək. Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 13 iyun tarixli 914-VIQD nömrəli Qanununun tətbiqi haqqında" fərmanda əksini tapıb. Fərmana əsasən, Nazirlər Kabineti Dövlət Təhlükəsizliyi Xidmətində müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, həmçinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilərin hərbi qeydiyyata alınması prosedurunun müəyyən edilməsi məqsədilə Nazirlər Kabinetinin 2012-ci il 26 sentyabr tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş "Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası"nda üç ay müddətində müvafiq dəyişikliklər edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/06/438885898_59:0:942:662_1920x0_80_0_0_f711e79c11a4f4f68df07ea6b94be6ab.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
çağırışçı, azərbaycan respublikasının xarici kəşfiyyat xidməti, qanun, prezident ilham əliyev, fərman, çağırış, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti
çağırışçı, azərbaycan respublikasının xarici kəşfiyyat xidməti, qanun, prezident ilham əliyev, fərman, çağırış, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti
"Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası" dəyişəcək
18:19 28.07.2023 (Yenilənib: 18:20 28.07.2023) Müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı həmin orqan tərəfindən aparılır.
BAKI, 28 iyul — Sputnik. Hərbi qeydiyyatın təşkili qaydası təkmilləşdirilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklikdə əksini tapıb.
Əgər hazırda müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı həmin orqan tərəfindən aparılırsa, dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı həmin orqan tərəfindən mərkəzləşdirilmiş qaydada aparılacaq. Müvafiq icra hakimiyyəti orqanı həmin hərbi vəzifəliləri onların hərbi qeydiyyat sənədlərində hərbi qeydiyyatda olmaları barədə müvafiq icra hakimiyyəti orqanının qeydi olduğu təqdirdə yaşayış yeri üzrə qeydiyyata almalı və ya qeydiyyatdan çıxarmalıdır.
Müvafiq icra hakimiyyəti orqanında müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, həmçinin müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilər bu qanunda nəzərdə tutulmuş qaydada hərbi qeydiyyata alınacaqlar. Qüvvədə olan qanuna əsasən, Müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı həmin orqan tərəfindən aparılır.
Qeyd edilib ki, qanunda hərbi qeydiyyat anlayışının dəqiqləşdirilməsi, müvafiq icra hakimiyyəti orqanında müddətli həqiqi hərbi xidmətdən buraxılmış, həmçinin müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilərin hərbi qeydiyyat qaydasının təkmilləşdirilməsi nəzərdə tutulur.
"Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası" da dəyişəcək.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 13 iyun tarixli 914-VIQD nömrəli Qanununun tətbiqi haqqında" fərmanda əksini tapıb. Fərmana əsasən, Nazirlər Kabineti Dövlət Təhlükəsizliyi Xidmətində müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, həmçinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilərin hərbi qeydiyyata alınması prosedurunun müəyyən edilməsi məqsədilə Nazirlər Kabinetinin 2012-ci il 26 sentyabr tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş "Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası"nda üç ay müddətində müvafiq dəyişikliklər edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.