https://sputnik.az/20230728/bu-gun-azerbaycanda-asura-gunu-qeyd-olunur-457209087.html
Bu gün Azərbaycanda Aşura günü qeyd olunur
Bu gün Azərbaycanda Aşura günü qeyd olunur
Sputnik Azərbaycan
680-ci il Məhərrəm ayının 10-da İmam Hüseyn, onun ailə üzvləri və tərəfdarları Kərbəla yaxınlığına xilafət ordusu tərəfindən qətl olunub. 28.07.2023, Sputnik Azərbaycan
2023-07-28T08:00+0400
2023-07-28T08:00+0400
2023-07-28T09:57+0400
cəmiyyət
aşura günü
azərbaycanda aşura günü
aşura
aşura mərasimi
şiə
imam hüseyn
imam
https://cdnn1.img.sputnik.az/img/07e6/08/08/444794138_0:103:2000:1228_1920x0_80_0_0_39501645dc13bbbcbaabdfc3afff6238.jpg
BAKI, 28 iyul - Sputnik. Bu gün hicri-qəməri tarixi ilə məhərrəm ayının 10-u, Aşura günüdür.Şiə müsəlmanların, o cümlədən, Azərbaycanda qeyd etdikləri bu gündə Məhəmməd Peyğəmbərin nəvəsi və dördüncü xəlifə Əli ibn Əbu Talibin oğlu, şiələrin üçüncü imamı Hüseyn ibn Əli və azsaylı məiyyəti hicrətin 61-ci ilində (miladi tarixlə 10 oktyabr 680-ci il) Kərbəlada qətlə yetirilib.Tarixçi Yadigar Sadıqlı bu hadisələr barədə belə yazır: "661-ci ildə xilafətdə hakimiyyəti ələ keçirən Müaviyə 680-ci il mayın 6-da öldü. O, ölümündən 4 il əvvəl oğlu Yezidi öz varisi təyin etmişdi. Bu, yəni, irsi monarxiya prinsipi İslam tarixində bir ilk idi və xeyli narazılıq doğurdu. Amma Müaviyə kimini rüşvətlə, kimini vəzifə ilə, kimini şirin dillə, kimini də hədə-qorxu ilə razı saldı. Çox az adam bunu qəbul etmədi ki, Hüseyn ibn Əli də onlardan biri idi. Yezid taxta çıxandan sonra da ona biyət etmədi.Xilafətin keçmiş paytaxtı Kufə şəhərinin əhalisi Hüseynə xəbər göndərərək xəlifə kimi Yezidi tanımadıqlarını bildirirlər və şəhərə gələrək onların üsyanına rəhbərlik etməsini istəyirlər. Hüseyn Kufədəki vəziyyəti dəqiq öyrənmək üçün əmisi oğlu Müslüm ibn Aqili göndərir. Müslüm Kufədə həqiqətən Yezidə qarşı ciddi müxalifət görür və əmioğlusuna şəhərə gəlməyi məsləhət görür. Hüseyn də ailə üzvləri və kiçik bir dəstə ilə yola düşür. Yolboyu dəstəsinə qoşulanlar da olur.Amma Kufə valisi Übeydullah ibn Ziyad Müslümü ələ keçirib edam edir, kufəlilərin də gözünü qorxudur. Hüseyn bu hadisələr haqqında yolda xəbər tutur, amma səfərini davam etdirir və məhərrəm ayının 2-də Kərbəla adlı yerdə xəlifə qoşunları ilə üz-üzə qalır. 4 minlik qoşuna Ömər ibn Səəd başçılıq edir.Hüseyn təslim olmur, ləyaqətsizlik saydığı addımı atmır. Dəstəsindən bəziləri gedir, 71 nəfər isə qalır. O cümlədən qardaşı Abbas ibn Əli və oğlu Əliəkbər ibn Hüseyn qalırlar.Son döyüş məhərrəm ayının 10-da baş verir. Vaxtilə Əlinin tərəfdarı olan, Siffeyn döyüşündə onun tərəfində Müaviyəyə qarşı vuruşan, sonra isə vəzifə, pul müqabilində Əməvilərin tərəfinə keçən Şimr ibn Zilcövşən xüsusi vəhşilik göstərir, sonda Hüseyni də onun qətlə yetirdiyi söylənilir".Həmin vaxtdan şiələr tərəfindən Aşura günü şiələr tərəfindən yas günü kimi qəbul olunur və onlar həmin günü əzadarlıq edirlər. Aşura mərasimi Azərbaycanda da geniş qeyd olunur.Tarixçinin Yadigar Sadıqlının sözlərinə əsasən, "Kərbəladan alınacaq ən mühüm dərs – imtina fədakarlığıdır. Kərbəla ləyaqətsizlik saydığın, doğru hesab etmədiyin addımdan həyatın bahasına olsa belə imtina etmək nümunəsidir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/08/444794138_114:0:1887:1330_1920x0_80_0_0_e3075b80bacb09b3408619e0da7a9a23.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aşura günü, azərbaycanda aşura günü, aşura, aşura mərasimi, şiə, imam hüseyn, imam
aşura günü, azərbaycanda aşura günü, aşura, aşura mərasimi, şiə, imam hüseyn, imam
Bu gün Azərbaycanda Aşura günü qeyd olunur
08:00 28.07.2023 (Yenilənib: 09:57 28.07.2023) 680-ci il Məhərrəm ayının 10-da İmam Hüseyn, onun ailə üzvləri və tərəfdarları Kərbəla yaxınlığına xilafət ordusu tərəfindən qətl olunub.
BAKI, 28 iyul - Sputnik. Bu gün hicri-qəməri tarixi ilə məhərrəm ayının 10-u, Aşura günüdür.
Şiə müsəlmanların, o cümlədən, Azərbaycanda qeyd etdikləri bu gündə Məhəmməd Peyğəmbərin nəvəsi və dördüncü xəlifə Əli ibn Əbu Talibin oğlu, şiələrin üçüncü imamı Hüseyn ibn Əli və azsaylı məiyyəti hicrətin 61-ci ilində (miladi tarixlə 10 oktyabr 680-ci il) Kərbəlada qətlə yetirilib.
Tarixçi Yadigar Sadıqlı bu hadisələr barədə belə yazır: "661-ci ildə xilafətdə hakimiyyəti ələ keçirən Müaviyə 680-ci il mayın 6-da öldü. O, ölümündən 4 il əvvəl oğlu Yezidi öz varisi təyin etmişdi. Bu, yəni, irsi monarxiya prinsipi İslam tarixində bir ilk idi və xeyli narazılıq doğurdu. Amma Müaviyə kimini rüşvətlə, kimini vəzifə ilə, kimini şirin dillə, kimini də hədə-qorxu ilə razı saldı. Çox az adam bunu qəbul etmədi ki, Hüseyn ibn Əli də onlardan biri idi. Yezid taxta çıxandan sonra da ona biyət etmədi.
Xilafətin keçmiş paytaxtı Kufə şəhərinin əhalisi Hüseynə xəbər göndərərək xəlifə kimi Yezidi tanımadıqlarını bildirirlər və şəhərə gələrək onların üsyanına rəhbərlik etməsini istəyirlər. Hüseyn Kufədəki vəziyyəti dəqiq öyrənmək üçün əmisi oğlu Müslüm ibn Aqili göndərir. Müslüm Kufədə həqiqətən Yezidə qarşı ciddi müxalifət görür və əmioğlusuna şəhərə gəlməyi məsləhət görür. Hüseyn də ailə üzvləri və kiçik bir dəstə ilə yola düşür. Yolboyu dəstəsinə qoşulanlar da olur.
Amma Kufə valisi Übeydullah ibn Ziyad Müslümü ələ keçirib edam edir, kufəlilərin də gözünü qorxudur. Hüseyn bu hadisələr haqqında yolda xəbər tutur, amma səfərini davam etdirir və məhərrəm ayının 2-də Kərbəla adlı yerdə xəlifə qoşunları ilə üz-üzə qalır. 4 minlik qoşuna Ömər ibn Səəd başçılıq edir.
Hüseyn təslim olmur, ləyaqətsizlik saydığı addımı atmır. Dəstəsindən bəziləri gedir, 71 nəfər isə qalır. O cümlədən qardaşı Abbas ibn Əli və oğlu Əliəkbər ibn Hüseyn qalırlar.
Son döyüş məhərrəm ayının 10-da baş verir. Vaxtilə Əlinin tərəfdarı olan, Siffeyn döyüşündə onun tərəfində Müaviyəyə qarşı vuruşan, sonra isə vəzifə, pul müqabilində Əməvilərin tərəfinə keçən Şimr ibn Zilcövşən xüsusi vəhşilik göstərir, sonda Hüseyni də onun qətlə yetirdiyi söylənilir".
Həmin vaxtdan şiələr tərəfindən Aşura günü şiələr tərəfindən yas günü kimi qəbul olunur və onlar həmin günü əzadarlıq edirlər. Aşura mərasimi Azərbaycanda da geniş qeyd olunur.
Tarixçinin Yadigar Sadıqlının sözlərinə əsasən, "Kərbəladan alınacaq ən mühüm dərs – imtina fədakarlığıdır. Kərbəla ləyaqətsizlik saydığın, doğru hesab etmədiyin addımdan həyatın bahasına olsa belə imtina etmək nümunəsidir".