https://sputnik.az/20230728/azerbaycanda-ozel-pensiya-fondu-yaradilir-deputat-457237759.html
Azərbaycanda özəl pensiya fondu yaradılır -Deputat
Azərbaycanda özəl pensiya fondu yaradılır -Deputat
Sputnik Azərbaycan
Millət vəkili bildirib ki, hökumətdə müzakirələr yekunlaşandan sonra sənəd Milli Məclisə təqdim olunacaq. 28.07.2023, Sputnik Azərbaycan
2023-07-28T15:34+0400
2023-07-28T15:34+0400
2023-07-28T15:51+0400
pensiya
cəmiyyət
vüqar bayramov
özəl pensiya fondları
https://cdnn1.img.sputnik.az/img/42279/64/422796457_0:0:3073:1728_1920x0_80_0_0_0cdb075a0b29c39da33d37dd2cb07956.jpg
BAKI, 28 iyul — Sputnik. Özəl pensiya fondunun yaradılması üçün normativ hüquq sənədlərin hazırlanması istiqamətində işlər görülür. Bu barədə deputat Vüqar Bayramov öz sosial şəbəkə hesabında məlumat yayıb. O, bildirib ki, hökumətdə müzakirələr yekunlaşandan sonra sənəd Milli Məclisə təqdim olunacaq. "Özəl pensiya fondlarının yaradılması məsələsi uzun müddətdir ki, müzakirə olunur. Demək olar, bütün inkişaf etmiş ölkələrdə bu təcrübədən istifadə olunur. Həmin dövlətlərin təcrübəsi göstərir ki, vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə edir. Özəl pensiya fondu imkan verir ki, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, həmçinin özəl pensiya fondundan pensiya ala bilsin. Yəni, bir deyil, iki mənbədən vəsait almaq pensiya məbləğinin artmasına gətirib çıxarır" deyə deputat bildirib. O, vurğulayıb ki, oxşar praktikanın Azərbaycanda da tətbiq edilməsinə ehtiyac var. Özəl pensiya fondu yaradılarsa, vətəndaş pensiya çıxan zaman əgər onun pensiya məbləği 500 manatdırsa, özəl pensiya fonduna ödədiyi ödənişlərə uyğun olaraq, məsələn, əlavə olaraq 300 manat almaq imkanı qazanacaq. Bu o deməkdir ki, vətəndaşımızın pensiyası bu halda 500 deyil, 800 manat olacaq: "Təbii ki, özəl pensiya fondunun etibarlılığı da çox önəmlidir. Fondda vəsaitlər milli valyutada yığılır və onun idarə edilməsi həyata keçirilir. Ona görə də, burada ilkin kapitalın formalaşdırılması, etibarlılığın artırılması vacibdir. Bu baxımdan, təklif edirik ki, özəl pensiya fondlarının yaradıldıqdan sonra orada yığılan vəsaitlərin indeksasiyası həyata keçirilsin, valyuta riskləri sığortalansın. Bütün riskləri nəzərə almaq üçün tam təkmil mexanizmin hazırlanması və təqdim edilməsi vacibdir. Bütün hallarda, özəl fond vətəndaşlarımız üçün pensiyalarını artırmaq üçün yeni imkan olacaq". Məlumat üçün bildirək ki, özəl pensiya fondları "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında və Strateji Yol Xəritə"lərində araşdırılması və ölkədə tətbiqi mümkün olan sahələrdən biri kimi göstərilərək artıq pensiya sisteminin inkişafına dair plana daxil edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda pensiya sisteminin inkişafına dair 5 illik fəaliyyət planı hazırlanır. "Beynəlxalq təşkilatları, xarici şirkətləri cəlb edərək bu planın hazırlanmasına başlamışıq. Planın önəmli komponentlərindən biri də özəl pensiya fondlarıdır. Qanunvericilikdə onların fəaliyyətinə heç bir qadağa yoxdur. Onların fəaliyyət mexanizminə, fəaliyyət dairəsinə, hüquqi, maliyyə rejimlərinə dair ətraflı araşdırmalar nəticəsində müvafiq normativlər hazırlanacaq" - deyə nazir əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42279/64/422796457_0:0:2731:2048_1920x0_80_0_0_a30efc008da804ee97829cf8d017a5ca.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pensiya, vüqar bayramov, özəl pensiya fondları
pensiya, vüqar bayramov, özəl pensiya fondları
Azərbaycanda özəl pensiya fondu yaradılır -Deputat
15:34 28.07.2023 (Yenilənib: 15:51 28.07.2023) Millət vəkili bildirib ki, hökumətdə müzakirələr yekunlaşandan sonra sənəd Milli Məclisə təqdim olunacaq.
BAKI, 28 iyul — Sputnik. Özəl pensiya fondunun yaradılması üçün normativ hüquq sənədlərin hazırlanması istiqamətində işlər görülür. Bu barədə deputat Vüqar Bayramov öz sosial şəbəkə hesabında məlumat yayıb. O, bildirib ki, hökumətdə müzakirələr yekunlaşandan sonra sənəd Milli Məclisə təqdim olunacaq.
"Özəl pensiya fondlarının yaradılması məsələsi uzun müddətdir ki, müzakirə olunur. Demək olar, bütün inkişaf etmiş ölkələrdə bu təcrübədən istifadə olunur. Həmin dövlətlərin təcrübəsi göstərir ki, vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə edir. Özəl pensiya fondu imkan verir ki, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, həmçinin özəl pensiya fondundan pensiya ala bilsin. Yəni, bir deyil, iki mənbədən vəsait almaq pensiya məbləğinin artmasına gətirib çıxarır" deyə deputat bildirib.
O, vurğulayıb ki, oxşar praktikanın Azərbaycanda da tətbiq edilməsinə ehtiyac var. Özəl pensiya fondu yaradılarsa, vətəndaş pensiya çıxan zaman əgər onun pensiya məbləği 500 manatdırsa, özəl pensiya fonduna ödədiyi ödənişlərə uyğun olaraq, məsələn, əlavə olaraq 300 manat almaq imkanı qazanacaq. Bu o deməkdir ki, vətəndaşımızın pensiyası bu halda 500 deyil, 800 manat olacaq: "Təbii ki, özəl pensiya fondunun etibarlılığı da çox önəmlidir. Fondda vəsaitlər milli valyutada yığılır və onun idarə edilməsi həyata keçirilir. Ona görə də, burada ilkin kapitalın formalaşdırılması, etibarlılığın artırılması vacibdir. Bu baxımdan, təklif edirik ki, özəl pensiya fondlarının yaradıldıqdan sonra orada yığılan vəsaitlərin indeksasiyası həyata keçirilsin, valyuta riskləri sığortalansın. Bütün riskləri nəzərə almaq üçün tam təkmil mexanizmin hazırlanması və təqdim edilməsi vacibdir. Bütün hallarda, özəl fond vətəndaşlarımız üçün pensiyalarını artırmaq üçün yeni imkan olacaq".
Məlumat üçün bildirək ki, özəl pensiya fondları "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında və Strateji Yol Xəritə"lərində araşdırılması və ölkədə tətbiqi mümkün olan sahələrdən biri kimi göstərilərək artıq pensiya sisteminin inkişafına dair plana daxil edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda pensiya sisteminin inkişafına dair 5 illik fəaliyyət planı hazırlanır. "Beynəlxalq təşkilatları, xarici şirkətləri cəlb edərək bu planın hazırlanmasına başlamışıq. Planın önəmli komponentlərindən biri də özəl pensiya fondlarıdır. Qanunvericilikdə onların fəaliyyətinə heç bir qadağa yoxdur. Onların fəaliyyət mexanizminə, fəaliyyət dairəsinə, hüquqi, maliyyə rejimlərinə dair ətraflı araşdırmalar nəticəsində müvafiq normativlər hazırlanacaq" - deyə nazir əlavə edib.