NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

ARDNŞ-in beş vitse-prezidenti getdi, 7-si isə "gəldi"

© Photo : SOCARSOCAR-ın baş ofisi
SOCAR-ın baş ofisi - Sputnik Azərbaycan, 1920, 28.07.2023
Abunə olmaq
SOCAR bir gündə beş vitse-prezidentini itirdi.
BAKI, 28 iyul - Sputnik. Yaşar Aydın oğlu Lətifov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Azərbaycan Respubliksı Prezidentinin digər Sərəncamı ilə Süleyman Mehrəli oğlu Qasımov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilib.
Həmçinin İlham Əliyevin sərəncamları ilə Daşqın Ələm oğlu İskəndərov, Xalik Rəfi oğlu Məmmədov və Bədəl Şamil oğlu Bədəlov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad ediliblər.
Başqa sərəncamlarla Fuad Bəkir oğlu Musayev, Arzu Sahib qızı Cavadova, İsmayıl Fikrət oğlu Zərgərli, Ziba Tacəddin qızı Mustafayeva, Babək Elbəniz oğlu Hüseynov, Anar Fərruh oğlu Məmmədov və Əfqan Elçin oğlu İsayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin ediliblər.
Bu sərəncamlar imzalandığı gündən qüvvəyə minir.
Xəbər lenti
0