https://sputnik.az/20230728/amea-da-qerbi-azerbaycandaki-yer-adlari-ile-bagli-komissiya-yaradilib-457217625.html
AMEA-da Qərbi Azərbaycandakı yer adları ilə bağlı komissiya yaradılıb
AMEA-da Qərbi Azərbaycandakı yer adları ilə bağlı komissiya yaradılıb
Sputnik Azərbaycan
Yer adları ermənilər tərəfindən tarixi toponimlərimiz dəyişdirilməzdən öncə hansı adda olubsa, həmin formada da dəqiqləşdirilərək rəy veriləcək. 28.07.2023, Sputnik Azərbaycan
2023-07-28T13:43+0400
2023-07-28T13:43+0400
2023-07-28T13:45+0400
amea
elm
qərbi azərbaycan
azərbaycan milli elmlər akademiyası
komissiya
https://cdnn1.img.sputnik.az/img/42059/23/420592311_0:0:2000:1125_1920x0_80_0_0_cd6cb62251a246971fc3b307239a9b18.jpg
BAKI, 28 iyul — Sputnik. Qərbi Azərbaycanda yer adları ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) komissiya yaradılıb. Bu barədə Sputnik Azərbaycan-a AMEA-dan məlumat verilib. Belə ki, AMEA-nın Rəyasət Heyətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyul 2023-cü il tarixli "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na dəyişiklik edilməsi haqqında" Qərarının icrasını təmin etmək məqsədilə komissiya yaradılıb. Bu məqsədlə keçirilən iclasda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, eləcə də Akademiyada Qərbi Azərbaycanla bağlı tədqiqatlar aparan alimlər və aidiyyəti şəxslər iştirak ediblər. Prezident İlham Əliyevin 2022-ci ilin dekabr ayından etibarən Qərbi Azərbaycan istiqamətində məqsədli, genişləndirilmiş və sistemli iş apardığını deyən akademik İsa Həbibbəyli Qərbi Azərbaycan İcmasının təşəbbüsü əsasında artıq BMT, UNESCO və dünyanın digər beynəlxalq təşkilatları səviyyəsində qərarların qəbul olunduğunu, hətta Avropa İttifaqı səviyyəsində müzakirələrin aparıldığını diqqətə çatdırıb. Qeyd edib ki, Qərbi Azərbaycan məsələsi ictimai-siyasi, tarixi, elmi əhəmiyyəti ilə bərabər, Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində artıq Ermənistanla danışıqlar prosesinin bir parçasına çevrilib və de-fakto beynəlxalq səviyyədə müzakirə mövzusudur. AMEA-nın ölkə başçısının Qərbi Azərbaycanla bağlı çağırışlarına ilk gündən reaksiya verərək bu istiqamətdə sistematik qərarlar qəbul etdiyini bildirən akademik İsa Həbibbəyli artıq genişmiqyaslı işlərin həyata keçirildiyini, AMEA-nın Rəyasət Heyətinin qərarı ilə A.A.Bakıxanov adına Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsi, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsi və Nəsimi adına Dilçilik İnstitutunda Toponimika şöbəsinin yaradıldığını vurğulayıb. Eyni zamanda, AMEA-nın Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə Şurasının yaradıldığını və artıq bir neçə iclasının keçirildiyini, "Qərbi Azərbaycan Ensiklopediyası"nın hazırlanması ilə bağlı yaradılmış İşçi qrup tərəfindən isə ensiklopediyanın sözlüyü üzərində işlərin davam etdirildiyini, sözlüyün sentyabr ayında Rəyasət Heyətinin və Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə Şurasının müzakirəsinə çıxarılacağını bildirib. Həmçinin Qərbi Azərbaycanla bağlı AMEA-nın Tarix və Şərqşünaslıq institutlarının, Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyində mövcud olan xəritələrin müzakirə edilərək vahid qərara gəlinməsinin planlaşdırıldığını söyləyib. Bundan əlavə, Dilçilik İnstitutunun Toponimika şöbəsində ermənilər tərəfindən dəyişdirilmiş yer adlarının bərpasını əks etdirən "Toponimiya toplusu"nun hazırlanacağını diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli bu günlərdə AMEA-ya Qərbi Azərbaycanla bağlı daha bir məsələnin həvalə olunduğunu bildirib. Qeyd edib ki, Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun imzaladığı 19 iyul 2023-cü il tarixli 232 nömrəli qərarı ilə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na dəyişiklik edilib və "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na aşağıdakı məzmunda 1.5-1-ci bənd əlavə edilib: "Qeydiyyat şöbəsində və konsulluq idarəsində vətəndaşlıq vəziyyəti aktlarının, icra hakimiyyətinin nümayəndəliyində doğumun, nikahın bağlanmasının və ölümün dövlət qeydiyyatı aparılarkən yer adları mövcud olan inzibati ərazi vahidlərinin adlarına uyğun yazılır. Ermənistan Respublikasındakı yer adları isə Azərbaycanın tarixi toponimlərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının tövsiyələri nəzərə alınmaqla yazılır." AMEA rəhbəri artıq bundan sonra Qeydiyyat şöbəsində və konsulluq idarəsində, vətəndaşlıq aktlarının, icra hakimiyyəti nümayəndəliyində doğumun, nikahın bağlanmasının və ölüm hallarının dövlət qeydiyyatı aparılarkən Ermənistan Respublikasındakı yer adlarının Azərbaycan tarixi toponimlərinə uyğun olaraq yazılmasının təmin edilməsi üçün AMEA tərəfindən rəy və tövsiyələrin veriləcəyini bildirib. Qeyd edib ki, yer adları ermənilər tərəfindən tarixi toponimlərimiz dəyişdirilməzdən öncə hansı adda olubsa, həmin formada da dəqiqləşdirilərək rəy veriləcəkdir. Akademiya rəhbəri AMEA alimlərinin ölkə başçısının Qərbi Azərbaycanla bağlı tapşırıqlarının öhdəsindən layiqincə gələcəklərini söyləyib. Sonra çıxış edən Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Akademiyada Qərbi Azərbaycanla bağlı aparılan sistematik tədqiqatlara görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib. Qərbi Azərbaycanın Vedi rayonunun Qaralar kəndində doğulduğunu və Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə Vedi rayonunun Ararat, Qaralar kəndinin isə Aralez adlandırıldığını deyən Əziz Ələkbərli Nazirlər Kabinetinin sözügedən qərarının Azərbaycanın tarixi toponimlərinin bərpasında mühüm rol oynayacağını söyləyib. Qeyd edib ki, 1935-ci ildən başlayaraq Qərbi Azərbaycanda xalqımıza məxsus tarixi toponimlər soyqırıma məruz qalıb və onlar ermənilər tərəfindən sistemli şəkildə dəyişdirilib. İcma sədri toponimlərlə bərabər, Qərbi Azərbaycanda xalqımıza məxsus mikrotoponimlərin də toplanmasının vacib faktorlardan olduğunu bildirib. O, Qərbi Azərbaycan İcmasının Nazirlər Kabinetinin sözügedən qərarının icrasında və aparılan tədqiqatlarda ortaya çıxan məsələlərin həllində AMEA-ya zəruri dəstəyi verəcəyini söyləyib. Müzakirələrdə, həmçinin akademiklər Arif Həşimov, Gövhər Baxşəliyeva, professor Kərim Şükürov, coğrafiya elmləri doktoru Zakir Eminov, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov və filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov çıxış edərək fikir və təkliflərini səsləndiriblər. Daha sonra AMEA-da sözügedən qərarın icrasının təmin edilməsi və operativ rəy və tövsiyələrin verilməsi məqsədilə akademik Gövhər Baxşəliyevanın sədrliyi, professor Nadir Məmmədlinin müavinliyi ilə komissiya yaradılıb. Sonda çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, bu gün Akademiyanın başlıca işi Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu və Prezident İlham Əliyevin müasir dövrün çağırışlarını rəhbər tutaraq inkişaf etdirdiyi Azərbaycançılıq ideologiyasının cəmiyyətdə təbliğidir və Qərbi Azərbaycanla bağlı tədqiqatlar da bu ideologiyanın mühüm bir qolu olaraq alimlərimiz tərəfindən məsuliyyətlə aparılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42059/23/420592311_168:0:1941:1330_1920x0_80_0_0_2bd1b195aa1cfb504196b4c653a264b8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
amea, qərbi azərbaycan, azərbaycan milli elmlər akademiyası, komissiya
amea, qərbi azərbaycan, azərbaycan milli elmlər akademiyası, komissiya
AMEA-da Qərbi Azərbaycandakı yer adları ilə bağlı komissiya yaradılıb
13:43 28.07.2023 (Yenilənib: 13:45 28.07.2023) Yer adları ermənilər tərəfindən tarixi toponimlərimiz dəyişdirilməzdən öncə hansı adda olubsa, həmin formada da dəqiqləşdirilərək rəy veriləcək.
BAKI, 28 iyul — Sputnik. Qərbi Azərbaycanda yer adları ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) komissiya yaradılıb.
Bu barədə Sputnik Azərbaycan-a AMEA-dan məlumat verilib.
Belə ki, AMEA-nın Rəyasət Heyətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyul 2023-cü il tarixli "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na dəyişiklik edilməsi haqqında" Qərarının icrasını təmin etmək məqsədilə komissiya yaradılıb.
Bu məqsədlə keçirilən iclasda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, eləcə də Akademiyada Qərbi Azərbaycanla bağlı tədqiqatlar aparan alimlər və aidiyyəti şəxslər iştirak ediblər.
Prezident İlham Əliyevin 2022-ci ilin dekabr ayından etibarən Qərbi Azərbaycan istiqamətində məqsədli, genişləndirilmiş və sistemli iş apardığını deyən akademik İsa Həbibbəyli Qərbi Azərbaycan İcmasının təşəbbüsü əsasında artıq BMT, UNESCO və dünyanın digər beynəlxalq təşkilatları səviyyəsində qərarların qəbul olunduğunu, hətta Avropa İttifaqı səviyyəsində müzakirələrin aparıldığını diqqətə çatdırıb. Qeyd edib ki, Qərbi Azərbaycan məsələsi ictimai-siyasi, tarixi, elmi əhəmiyyəti ilə bərabər, Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində artıq Ermənistanla danışıqlar prosesinin bir parçasına çevrilib və de-fakto beynəlxalq səviyyədə müzakirə mövzusudur.
AMEA-nın ölkə başçısının Qərbi Azərbaycanla bağlı çağırışlarına ilk gündən reaksiya verərək bu istiqamətdə sistematik qərarlar qəbul etdiyini bildirən akademik İsa Həbibbəyli artıq genişmiqyaslı işlərin həyata keçirildiyini, AMEA-nın Rəyasət Heyətinin qərarı ilə A.A.Bakıxanov adına Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsi, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsi və Nəsimi adına Dilçilik İnstitutunda Toponimika şöbəsinin yaradıldığını vurğulayıb. Eyni zamanda, AMEA-nın Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə Şurasının yaradıldığını və artıq bir neçə iclasının keçirildiyini, "Qərbi Azərbaycan Ensiklopediyası"nın hazırlanması ilə bağlı yaradılmış İşçi qrup tərəfindən isə ensiklopediyanın sözlüyü üzərində işlərin davam etdirildiyini, sözlüyün sentyabr ayında Rəyasət Heyətinin və Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə Şurasının müzakirəsinə çıxarılacağını bildirib.
Həmçinin Qərbi Azərbaycanla bağlı AMEA-nın Tarix və Şərqşünaslıq institutlarının, Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyində mövcud olan xəritələrin müzakirə edilərək vahid qərara gəlinməsinin planlaşdırıldığını söyləyib. Bundan əlavə, Dilçilik İnstitutunun Toponimika şöbəsində ermənilər tərəfindən dəyişdirilmiş yer adlarının bərpasını əks etdirən "Toponimiya toplusu"nun hazırlanacağını diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli bu günlərdə AMEA-ya Qərbi Azərbaycanla bağlı daha bir məsələnin həvalə olunduğunu bildirib. Qeyd edib ki, Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun imzaladığı 19 iyul 2023-cü il tarixli 232 nömrəli qərarı ilə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na dəyişiklik edilib və "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na aşağıdakı məzmunda 1.5-1-ci bənd əlavə edilib: "Qeydiyyat şöbəsində və konsulluq idarəsində vətəndaşlıq vəziyyəti aktlarının, icra hakimiyyətinin nümayəndəliyində doğumun, nikahın bağlanmasının və ölümün dövlət qeydiyyatı aparılarkən yer adları mövcud olan inzibati ərazi vahidlərinin adlarına uyğun yazılır. Ermənistan Respublikasındakı yer adları isə Azərbaycanın tarixi toponimlərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının tövsiyələri nəzərə alınmaqla yazılır."
AMEA rəhbəri artıq bundan sonra Qeydiyyat şöbəsində və konsulluq idarəsində, vətəndaşlıq aktlarının, icra hakimiyyəti nümayəndəliyində doğumun, nikahın bağlanmasının və ölüm hallarının dövlət qeydiyyatı aparılarkən Ermənistan Respublikasındakı yer adlarının Azərbaycan tarixi toponimlərinə uyğun olaraq yazılmasının təmin edilməsi üçün AMEA tərəfindən rəy və tövsiyələrin veriləcəyini bildirib. Qeyd edib ki, yer adları ermənilər tərəfindən tarixi toponimlərimiz dəyişdirilməzdən öncə hansı adda olubsa, həmin formada da dəqiqləşdirilərək rəy veriləcəkdir.
Akademiya rəhbəri AMEA alimlərinin ölkə başçısının Qərbi Azərbaycanla bağlı tapşırıqlarının öhdəsindən layiqincə gələcəklərini söyləyib.
Sonra çıxış edən Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Akademiyada Qərbi Azərbaycanla bağlı aparılan sistematik tədqiqatlara görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib. Qərbi Azərbaycanın Vedi rayonunun Qaralar kəndində doğulduğunu və Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə Vedi rayonunun Ararat, Qaralar kəndinin isə Aralez adlandırıldığını deyən Əziz Ələkbərli Nazirlər Kabinetinin sözügedən qərarının Azərbaycanın tarixi toponimlərinin bərpasında mühüm rol oynayacağını söyləyib. Qeyd edib ki, 1935-ci ildən başlayaraq Qərbi Azərbaycanda xalqımıza məxsus tarixi toponimlər soyqırıma məruz qalıb və onlar ermənilər tərəfindən sistemli şəkildə dəyişdirilib. İcma sədri toponimlərlə bərabər, Qərbi Azərbaycanda xalqımıza məxsus mikrotoponimlərin də toplanmasının vacib faktorlardan olduğunu bildirib. O, Qərbi Azərbaycan İcmasının Nazirlər Kabinetinin sözügedən qərarının icrasında və aparılan tədqiqatlarda ortaya çıxan məsələlərin həllində AMEA-ya zəruri dəstəyi verəcəyini söyləyib.
Müzakirələrdə, həmçinin akademiklər Arif Həşimov, Gövhər Baxşəliyeva, professor Kərim Şükürov, coğrafiya elmləri doktoru Zakir Eminov, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov və filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
Daha sonra AMEA-da sözügedən qərarın icrasının təmin edilməsi və operativ rəy və tövsiyələrin verilməsi məqsədilə akademik Gövhər Baxşəliyevanın sədrliyi, professor Nadir Məmmədlinin müavinliyi ilə komissiya yaradılıb.
Sonda çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, bu gün Akademiyanın başlıca işi Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu və Prezident İlham Əliyevin müasir dövrün çağırışlarını rəhbər tutaraq inkişaf etdirdiyi Azərbaycançılıq ideologiyasının cəmiyyətdə təbliğidir və Qərbi Azərbaycanla bağlı tədqiqatlar da bu ideologiyanın mühüm bir qolu olaraq alimlərimiz tərəfindən məsuliyyətlə aparılır.