https://sputnik.az/20230727/rusiyaya-gonderilen-pomidor-ve-ciyelek-niye-geri-qaytarilib-aqta-sebebi-aciqladi-457192231.html
Rusiyaya göndərilən pomidor və çiyələk niyə geri qaytarılıb: AQTA səbəbi açıqladı
Rusiyaya göndərilən pomidor və çiyələk niyə geri qaytarılıb: AQTA səbəbi açıqladı
Sputnik Azərbaycan
AQTA pis gəlin kimi geri qaytarılan pomidor və çiyələyimiz barədə
2023-07-27T16:10+0400
2023-07-27T16:10+0400
2023-07-27T16:19+0400
pomidor
cəmiyyət
çiyələk
rusiya
"rosselxoznadzor"
aqta
https://cdnn1.img.sputnik.az/img/07e5/02/06/426158866_0:197:2771:1755_1920x0_80_0_0_6be154cc9f6980704ac1f90776302cc9.jpg
BAKI, 27 iyul — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə istinadən bəzi kütləvi informasiya vasitələrində Rusiyaya ixrac olunan 47.2 ton pomidor və 14 ton çiyələk məhsulunun geri qaytarılması ilə bağlı yayılan məlumata aydınlıq gətirib. AQTA-dan daxil olan məlumatda bildirilir ki, qeyd edilən məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri ilə bağlı hər hansı nöqsan müəyyən olunmayıb. Qeyd olunub ki, uyğunsuzluq məhsulların etiket məlumatları ilə bağlı olub: "Məhsul partiyaları geri qaytarıldıqdan sonra çiyələklə bağlı etiket məlumatlarındakı uyğunsuzluq aradan qaldırılaraq sözügedən məhsullar iyulun 24-də yenidən Rusiyaya ixrac edilib. Sahibkarlıq subyekti tərəfindən etiket məlumatlarındakı uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra pomidorların yenidən Rusiya Federasiyasına ixracı həyata keçiriləcək". Xatırladaq ki, Azərbaycandan Rusiyaya 61,2 ton bitki məhsulunun ixracının qarşısı alınıb. "Rosselxoznadzor"un Dağıstan üzrə İdarəsi məhsullarda karantin fitosanitar tələblərin pozulması hallarını aşkarlayıb. Ümumilikdə Azərbaycandan Rusiyaya ixrac edilən 3 partiya - 47,2 ton təzə pomidor və 1 partiya - 14 ton təzə çiyələk saxlanılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/06/426158866_0:0:2731:2048_1920x0_80_0_0_00b61a480dafaa44e06028ed1b20c995.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pomidor çiyələk rusiya aqta
pomidor çiyələk rusiya aqta
Rusiyaya göndərilən pomidor və çiyələk niyə geri qaytarılıb: AQTA səbəbi açıqladı
16:10 27.07.2023 (Yenilənib: 16:19 27.07.2023) Qeyd edilən məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri ilə bağlı hər hansı nöqsan müəyyən olunmayıb.
BAKI, 27 iyul — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə istinadən bəzi kütləvi informasiya vasitələrində Rusiyaya ixrac olunan 47.2 ton pomidor və 14 ton çiyələk məhsulunun geri qaytarılması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.
AQTA-dan daxil olan məlumatda bildirilir ki, qeyd edilən məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri ilə bağlı hər hansı nöqsan müəyyən olunmayıb.
Qeyd olunub ki, uyğunsuzluq məhsulların etiket məlumatları ilə bağlı olub: "Məhsul partiyaları geri qaytarıldıqdan sonra çiyələklə bağlı etiket məlumatlarındakı uyğunsuzluq aradan qaldırılaraq sözügedən məhsullar iyulun 24-də yenidən Rusiyaya ixrac edilib. Sahibkarlıq subyekti tərəfindən etiket məlumatlarındakı uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra pomidorların yenidən Rusiya Federasiyasına ixracı həyata keçiriləcək".
Xatırladaq ki, Azərbaycandan Rusiyaya 61,2 ton bitki məhsulunun ixracının qarşısı alınıb. "Rosselxoznadzor"un Dağıstan üzrə İdarəsi məhsullarda karantin fitosanitar tələblərin pozulması hallarını aşkarlayıb.
Ümumilikdə Azərbaycandan Rusiyaya ixrac edilən 3 partiya - 47,2 ton təzə pomidor və 1 partiya - 14 ton təzə çiyələk saxlanılıb.