CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaxda itkin düşən 30 yaşlı oğlan axtarılır

© AP Photo / Natacha Pisarenkoİnsan silueti
İnsan silueti - Sputnik Azərbaycan, 1920, 27.07.2023
Abunə olmaq
FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub.
BAKI, 27 iyul — Sputnik. Qax rayonunda itkin düşən şəxsin axtarışları davam etdirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, "112" qaynar telefon xəttinə Qax rayonunun Sarıbaş kəndi istiqamətində dağlıq-meşəlik ərazidə Qax rayon İlisu kənd sakini 1993-cü il təvəllüdlü Kamallı Rəhman Sədrəddin oğlunun itkin düşməsi barədə məlumat daxil olub və bununla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub.
Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
O, iyul ayının 23-də rayonun Sarıbaş kənd sakini Ramazan adlı çoban tərəfindən həmin kənd yaxınlığındakı "Alagöz" yaylağına fermada işləmək üçün aparılıb.
Həmin gündən etibarən onun itkin düşdüyü ehtimal edilir.
Xəbər lenti
0