https://sputnik.az/20230727/ozbekistanin-bas-naziri-eli-esedovu-qonaq-cagirib-457178797.html
Özbəkistanın Baş naziri Əli Əsədovu qonaq çağırıb
Özbəkistanın Baş naziri Əli Əsədovu qonaq çağırıb
Sputnik Azərbaycan
Abdulla Aripov bildirib ki, Özbəkistan nümayəndə heyəti Azərbaycana son səfəri zamanı ölkənin bütün sahələrdə inkişaf etdiyinin şahidi olub. 27.07.2023, Sputnik Azərbaycan
2023-07-27T11:00+0400
2023-07-27T11:00+0400
2023-07-27T11:00+0400
əli əsədov
siyasət
özbəkistan
baş nazir
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1c/447972784_0:78:3364:1970_1920x0_80_0_0_f6f52d7de626d1de5c477cefa021a593.jpg
BAKI, 27 iyul — Sputnik. Özbəkistanın Baş naziri Abdulla Aripov Baş nazir Əli Əsədovu ölkəsinə rəsmi səfərə dəvət edib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, cari ilin 18-19 iyul tarixlərində Azərbaycanda rəsmi səfərdə olan Özbəkistanın Baş naziri Abdulla Aripov Baş nazir Əli Əsədova məktub ünvanlayıb. Məktubda qeyd edilib ki, səfər zamanı Özbəkistan nümayəndə heyəti uğurla həyata keçirilən dəyişikliklər sayəsində Azərbaycan Respublikasının bütün sahələrdə inkişaf etdiyinin şahidi olub. Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüş zamanı iki ölkə arasında mövcud olan dostluğun və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi və daha yüksək səviyyəyə çatdırılması ilə bağlı Azərbaycan və Özbəkistan liderlərinin yüksək əzmkarlığının hiss olunduğu vurğulanıb. Bildirilib ki, Bakı şəhərində yüksək səviyyədə təşkil olunmuş tədbirlər, gündəlikdə duran aktual məsələlər, aparılmış açıq və səmimi danışıqlar Azərbaycanla Özbəkistan arasında çoxplanlı qarşılıqlı faydalı strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişafına xidmət edəcəkdir. Nəqliyyat və logistika, energetika, sənaye kooperasiyası, kənd təsərrüfatı, mədəni-humanitar əməkdaşlıq və digər sahələrdə əldə edilmiş razılıqların iki qardaş xalqın rifahı naminə ardıcıl həyata keçiriləcəyinə əminlik ifadə olunub. Səfər çərçivəsində Füzuli şəhərində aparılan tikinti işləri ilə də tanış olduqlarını qeyd edən Özbəkistanın Baş naziri bu şəhərin yaxın illərdə Azərbaycanın ən maraqlı və gözəl yerlərindən birinə çevriləcəyini bildirib. A.Aripov həmçinin Azərbaycanın Baş nazirini Özbəkistana rəsmi səfərə dəvət edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1c/447972784_317:0:3048:2048_1920x0_80_0_0_e4dfe20abc2ff450f119ff2adffbc79e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
əli əsədov, özbəkistan, baş nazir
əli əsədov, özbəkistan, baş nazir
Özbəkistanın Baş naziri Əli Əsədovu qonaq çağırıb
Abdulla Aripov bildirib ki, Özbəkistan nümayəndə heyəti Azərbaycana son səfəri zamanı ölkənin bütün sahələrdə inkişaf etdiyinin şahidi olub.
BAKI, 27 iyul — Sputnik. Özbəkistanın Baş naziri Abdulla Aripov Baş nazir Əli Əsədovu ölkəsinə rəsmi səfərə dəvət edib.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, cari ilin 18-19 iyul tarixlərində Azərbaycanda rəsmi səfərdə olan Özbəkistanın Baş naziri Abdulla Aripov Baş nazir Əli Əsədova məktub ünvanlayıb.
Məktubda qeyd edilib ki, səfər zamanı Özbəkistan nümayəndə heyəti uğurla həyata keçirilən dəyişikliklər sayəsində Azərbaycan Respublikasının bütün sahələrdə inkişaf etdiyinin şahidi olub.
Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüş zamanı iki ölkə arasında mövcud olan dostluğun və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi və daha yüksək səviyyəyə çatdırılması ilə bağlı Azərbaycan və Özbəkistan liderlərinin yüksək əzmkarlığının hiss olunduğu vurğulanıb.
Bildirilib ki, Bakı şəhərində yüksək səviyyədə təşkil olunmuş tədbirlər, gündəlikdə duran aktual məsələlər, aparılmış açıq və səmimi danışıqlar Azərbaycanla Özbəkistan arasında çoxplanlı qarşılıqlı faydalı strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişafına xidmət edəcəkdir.
Nəqliyyat və logistika, energetika, sənaye kooperasiyası, kənd təsərrüfatı, mədəni-humanitar əməkdaşlıq və digər sahələrdə əldə edilmiş razılıqların iki qardaş xalqın rifahı naminə ardıcıl həyata keçiriləcəyinə əminlik ifadə olunub.
Səfər çərçivəsində Füzuli şəhərində aparılan tikinti işləri ilə də tanış olduqlarını qeyd edən Özbəkistanın Baş naziri bu şəhərin yaxın illərdə Azərbaycanın ən maraqlı və gözəl yerlərindən birinə çevriləcəyini bildirib.
A.Aripov həmçinin Azərbaycanın Baş nazirini Özbəkistana rəsmi səfərə dəvət edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.