https://sputnik.az/20230727/kim-cen-in-soyquya-abs-dronlarina-benzeyen-yeni-dronlari-gosterib-457182692.html
Kim Çen In Şoyquya ABŞ dronlarına bənzəyən yeni dronları göstərib
Kim Çen In Şoyquya ABŞ dronlarına bənzəyən yeni dronları göstərib
Sputnik Azərbaycan
Şimali Koreya lideri Rusiya Müdafiə Nazirliyinin rəhbəri ilə birlikdə silah sərgisini ziyarət edib. 27.07.2023, Sputnik Azərbaycan
2023-07-27T13:15+0400
2023-07-27T13:15+0400
2023-07-27T13:15+0400
rusiyanın müdafiə naziri sergey şoyqu
dünya xəbərləri
sergey şoyqu
kim çen in
şimali koreya lideri kim çen in
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1b/457182520_0:0:1155:650_1920x0_80_0_0_054d7c6cbcaa624c072c217df191f12a.jpg
BAKI, 27 iyul — Sputnik. Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə birlikdə sərgiyə baş çəkib və sərgidə nazirə ən yeni silah növlərini nümayiş etdirib. Bu barədə iyulun 27-də Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat verib. Cənubi Koreyanın "Yonhap" agentliyinin məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin rəhbərinə xüsusilə iki pilotsuz təyyarə (dron və ya PUA) nümunəsi göstərilib. Nəşr yazıb ki, dronlardan biri ABŞ istehsalı olan RQ-4 "Global Hawk" kəşfiyyat dronuna, digəri isə ABŞ-ın MQ-9 "Reaper" kəşfiyyat dronuna bənzəyir. "Yonhap"ın jurnalistləri qeyd ediblər ki, təqdim edilən PUA-lardan birincisi Cənubi Koreyanın silahlanmasında olan "Global Hawk" dronuna o qədər bənzəyir ki, onlar eyni vaxtda Koreya yarımadası üzərində havada uçmağa başlasalar, onları hətta qarışdırmaq belə mümkündür. Xatırladaq ki, iyulun 25-də Şoyqunun başçılığı ilə Rusiya hərbi nümayəndə heyəti Respublikada keçirilən təntənəli tədbirlərdə iştirak etmək üçün KXDR-ə gəlib. Daha sonra məlum olub ki, Rusiya müdafiə naziri Pxenyanda Kim Çen Inla görüşüb. Tərəflər danışıqlarda milli müdafiə və təhlükəsizlik məsələlərini müzakirə edib, yeni silah və texnika nümunələrinin sərgisini ziyarət edib, bayram konsertində iştirak edib və hədiyyə mübadiləsi aparıblar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1b/457182520_0:0:1025:769_1920x0_80_0_0_a300fe9bea03ffba1879080f70889871.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiyanın müdafiə naziri sergey şoyqu, sergey şoyqu, kim çen in, şimali koreya lideri kim çen in
rusiyanın müdafiə naziri sergey şoyqu, sergey şoyqu, kim çen in, şimali koreya lideri kim çen in
Kim Çen In Şoyquya ABŞ dronlarına bənzəyən yeni dronları göstərib
Şimali Koreya lideri Rusiya Müdafiə Nazirliyinin rəhbəri ilə birlikdə silah sərgisini ziyarət edib.
BAKI, 27 iyul — Sputnik. Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə birlikdə sərgiyə baş çəkib və sərgidə nazirə ən yeni silah növlərini nümayiş etdirib.
Bu barədə iyulun 27-də Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat verib.
Cənubi Koreyanın "Yonhap" agentliyinin məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin rəhbərinə xüsusilə iki pilotsuz təyyarə (dron və ya PUA) nümunəsi göstərilib. Nəşr yazıb ki, dronlardan biri ABŞ istehsalı olan RQ-4 "Global Hawk" kəşfiyyat dronuna, digəri isə ABŞ-ın MQ-9 "Reaper" kəşfiyyat dronuna bənzəyir.
"Yonhap"ın jurnalistləri qeyd ediblər ki, təqdim edilən PUA-lardan birincisi Cənubi Koreyanın silahlanmasında olan "Global Hawk" dronuna o qədər bənzəyir ki, onlar eyni vaxtda Koreya yarımadası üzərində havada uçmağa başlasalar, onları hətta qarışdırmaq belə mümkündür.
Xatırladaq ki, iyulun 25-də Şoyqunun başçılığı ilə Rusiya hərbi nümayəndə heyəti Respublikada keçirilən təntənəli tədbirlərdə iştirak etmək üçün KXDR-ə gəlib.
Daha sonra məlum olub ki, Rusiya müdafiə naziri Pxenyanda Kim Çen Inla görüşüb. Tərəflər danışıqlarda milli müdafiə və təhlükəsizlik məsələlərini müzakirə edib, yeni silah və texnika nümunələrinin sərgisini ziyarət edib, bayram konsertində iştirak edib və hədiyyə mübadiləsi aparıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.