CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kərkük-Bakı aviareysi açılacaq

© Photo : Azerbaijan Airlines - AZAL / LYOKINAZAL
AZAL - Sputnik Azərbaycan, 1920, 27.07.2023
Abunə olmaq
Bu barədə Azərbaycanın İraqdaki müvəqqəti işlər vəkili Nəsir Məmmədov öz "Twitter" hesabında paylaşım edib.
BAKI, 27 iyul — Sputnik. 2023-cü il avqustun 1-dən "İraq Hava Yolları" Kərkük-Bakı-Kərkük marşrutu üzrə birbaşa uçuşlara başlayacaq.
Bu barədə Azərbaycanın İraqdaki müvəqqəti işlər vəkili Nəsir Məmmədov öz "Twitter" hesabında paylaşım edib.
Qeyd olunub ki, növbəti reyslərin Bağdad, Ərbil və Bəsrə şəhərlərindən olacağı gözlənilir.
Xatırladaq ki, iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə təkbətək görüşü olub.
Görüşdə dövlətimizin başçısı İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Qoşulmama Hərəkatının Zirvə toplantısı çərçivəsində bu ilin martında Azərbaycana səfəri və ikitərəfli əlaqələrimizin inkişafına dair onunla apardığı müzakirələri, həmçinin İraq Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüsseynin ölkəmizə səfəri zamanı keçirdiyi görüşü və əlaqələrimizin inkişafı ilə əlaqədar müzakirələri məmnunluqla xatırladıb.
Söhbət zamanı İraq Kürdüstan Regionu ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, sərmayələr, enerji sahəsində əməkdaşlıq, turizm imkanlarının artırılması, birbaşa aviareyslərin açılması və digər məsələlərlə bağlı müzakirələr aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0